İSTİ XƏBƏRLƏR
» » Sumqayıt hadisələri: Ermənilər təxribat üçün bu şəhəri xüsusi olaraq seçmişdilər

Sumqayıt hadisələri: Ermənilər təxribat üçün bu şəhəri xüsusi olaraq seçmişdilər


"Sumqayıtın iğtişaş törədilməsi yeri kimi seçilməsi ciddi düşünülmüşdü və bir sıra səbəbləri var idi". Bunu millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib. 

Deputat bildirib ki, hadisənin icraçıları bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni idi: 


"Sumqayıtda iğtişaş ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün Azərbaycanın digər bir şəhərində deyil, məhz Sumqayıtda törədildi? Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixən yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər. Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin-Əli və Bəxtiyarın öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi. Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi. Respublikanın demək olar, hər bir yerindən Sumqayıtda adamların məskunlaşması da şəraiti mürəkkəbləşdirirdi. Müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfi seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir".

Musa Qasımlı: "Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Stepanakertdə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər tərəfindən düşünülmüş şəkildə törədildiyi deməyə əsas yaradır"


Tarixçi bəyan edib ki, iğtişaş Ermənistanın təxribatının nəticəsi idi: 

"Hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Hələ XIX əsrin sonlarında və XX əsrdə erməni təşkilatlarının fəaliyyətinə dair arxiv materialları təkzibedilməz şəkildə sübut edir ki, onlar "ümumi erməni işi" üçün pul toplamaq üçün kassa dəftərləri hazırlamış, vəsait ödəməyən ermənilərə qarşı daim amansız olmuş və onları qəddarlıqla qətlə yetirmişlər. Bununla bağlı olaraq yüzlərlə ən mötəbər mənbəni misal göstərmək olar. Sumqayıtda da E.Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdı. Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə Stepanakertdə tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər tərəfindən düşünülmüş şəkildə deməyə əsas yaradır".

"Hadisəyə dair ən məxfi sənədlərin 

üzə çıxarılıb çap edilməsi xeyirli olardı"

"İğtişaş Ermənistan rəhbərliyinə daha geniş anti-Azərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazanmaq və saxtakarlıqla azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi. Sumqayıt hadisəsinə qısa nəzər yetirmək bir sıra məsələlərin həllini zəruri edir. İndiyədək bu hadisə əsl hüquqi-siyasi qiymətini almadığından ona baxılmasında və müvafiq qərarların qəbul edilməsində fayda var. Hadisəyə dair ən məxfi sənədlərin üzə çıxarılıb çap edilməsi xeyirli olardı. Gənclərimizin Sumqayıt hadisəsi ilə əlaqədar olaraq olaraq sosial şəbəkələrdə fəal olmalarına ehtiyac duyulur".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi. 

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

NÜVƏDİYƏ SON SƏFƏR
17:0121 avqust

NÜVƏDİYƏ SON SƏFƏR

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən