İSTİ XƏBƏRLƏR
» » Ermənistanın iflası erməni məmurların dilində necə səslənir?

Ermənistanın iflası erməni məmurların dilində necə səslənir?


Ermənistanda demoqrafik böhran vaxt keçdikcə dərinləşir. Son 28 ildə ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər idisə, 2019-cu ildə bu rəqəm 3 milyondan da aşağı düşüb.

Təsadüfi deyil. Ölkədəki iqtisadi böhran siyasi kataklizmlərlə müşayiət olunur. Bir-biri ilə döyüşən klanlar sabit idarəetməyə nail ola bilmir, eyni zamanda xarici diplomatiyada buraxılan səhvlər Ermənistanın siyasi nüfuzunu aşağı salmaqla yanaşı, bu ölkəni regional və beynəlxalq miqyaslı iqtisadi layihələrdən də kənarda saxlayır. Beləliklə, bütün bunlar sosial gərginliyi artırır, əhalinin yaşayış səviyyəsini günbəgün aşağı salır.

BMT-nin proqnozları isə daha bədbindir: 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proqnoza görə isə 13.9-a qədər qalxacaq.

Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya şöbəsinin rəisi Artak Markosyan acınacaqlı mənzərəni etiraf edir: "1992-2002-ci illərdə bizdə doğuş hallarının azalması göstəricisi 60 faiz təşkil edib. Bu, postsovet ölkələrində ən yüksək göstərici idi. 10 il ərzində doğumların sayı 70 mindən 32 minə qədər azalmışdı. Demoqrafik strategiyanın yoxluğu 27 il ərzində vəziyyəti ağırlaşdırıb".

Mərkəzi Bankın süni məzənnə siyasəti

Ermənistanın "Lragir" qəzetinin yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb: "Ermənistanda makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb".


"Minalanmış" siyasi və iqtisadi sahə


"Ermənilər "minalanmış" siyasi və iqtisadi sahədə yaşayır". Aysor.am saytının məlumatına görə, bunu Siyasi İqtisadiyyat İnstitutunun direktoru Andranik Tevanyan "Vernatun" İctimai-Siyasi Klubunun forumunda çıxışı zamanı deyib.

"Biz minalanmış siyasi və iqtisadi sahədə yaşayırıq və bu minalar vaxtaşırı partlayır, böyük və kiçik sarsıntılara səbəb olur", - deyə Andranik Tevanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda mülkiyyət qanuniliyi, hökumətin legitimliyi, iştirak və səlahiyyət kimi bir sıra böhranlar var.

Hökumətin yarıtmazlığını tənqid edənlər yalnız müxaliflər, cəmiyyətin neytral təbəqəsi deyil. Həm də hökumət üzvlərinin özüdür, onlar da etiraf edir ki, vəziyyət kritikdir. Ermənistanın əmək və sosial məsələlər nazirinin yuxarıda təqdim etdiyimiz etirafının obyektivliyini iqtisadiyyat naziri Tiqran Xaçaturyan "Past" qəzetinə verdiyi müsahibədə təsdiqləyir. O bildirib ki, hazırda Ermənistanda adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 15-20 faiz təşkil edir.

Nikolun vədi və reallıq...

Ermənistan baş nazirinin ölkədə inqilab edərək qalxdığı kürsüdən ölkənin acınacaqlı vəziyyəti, yəqin ki, daha aydın görünür. Hərçənd o, bütün problemlərin həll olunacağını, dinamik inkişafa nail olacağını vəd etmişdi, ancaq gerçəklik odur ki, ölkədə nəinki heç nə dəyişməyib, əksinə, böhran getdikcə daha da dərinləşib.

"Çiçəklənən Ermənistan" partiyasının rəhbəri, biznesmen Qagik Sarukyan bildirib ki, ölkədə sərmayə qoymaq üçün heç bir şərait yoxdur: "Nikol Paşinyanın ölkənin inkişafı ilə bağlı fikirləri reallığı əks etdirmir. Belə davam edərsə, onun respublikaya investisiya axını arzusu elə arzu olaraq qalacaq". 

Yeri gəlmişkən, "Çiçəklənən Ermənistan" partiyasının məlumatında deyilir: "2018-ci ilin yanvar-iyun aylarında Ermənistan iqtisadiyyatına 38 milyard dram (80 milyon 138 min 280 dollar), 2019-cu ilin yanvar-iyun aylarında isə 7,8 milyard dram (16 milyon 449 min 437 dollar) birbaşa xarici sərmayə qoyulub. Bu göstərici iqtisadi inkişafı təmin etmək üçün arzu edilən həddən çox aşağıdır".

Nəhayət, acı etiraf

Bəli, Paşinyanın iddialı açıqlamaları öz yerini bədbinliklə dolu etiraflara  verir: "Ümumi mənada, mən hesab edirəm ki, Ermənistanda bütün sahələrdə böhran var, çünki əgər bu böhran olmasaydı, Ermənistandakı hadisələr birbaşa baş verməzdi".

Bunu Ermənistan baş naziri Nikol Paşinyan "Üçmüədzin Ana Kürsü" kilsəsində Ali Ruhani Şurası Məclisinin iştirakçıları ilə görüşü zamanı bildirib.

O qeyd edib ki, 2018-ci ilin yazında Ermənistanın böhran olmayan sahəsi yox idi. "Üzr istəyirəm, mən demirəm ki, bu bir il yarım ərzində böhranlar həll edilib", - deyə Paşinyan etiraf edir.

Beləliklə, ölkədəki sosial-iqtisadi, eləcə də insan hüquqları, siyasi azadlıqlar sahəsindəki böhranlı vəziyyət, təbii olaraq, demoqrafik gərginliklə müşayiət olunur: erməni xalqı öz xoşbəxt gələcəyini bu ölkədə görmür və ölkədən köçməyi seçir.


Vüsal Məmmədov

Analitik Qrup


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır