İSTİ XƏBƏRLƏR
» » “Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"

“Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"



Azərbaycanın milli-mənəvi dəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfi deyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətə malik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində  daim diqqət mərkəzində saxlanılan mühüm məsələlər sırasındadır. 
Bu baxımdan özünün 70 illiyinə hazırlaşan Sumqayıt şəhərində Muğam Mərkəzinin inşasına başlanılması yalnız şəhər miqyasında deyil, ölkə miqyasında mühüm hadisə hesab edilə bilər.
Milli-mənəvi dəyərlərimizdən biri olan muğamımızın təbliği və inkişafı baxımından Sumqayıtda Muğam Mərkəzinin inşası Mənəvi Dəyərlərimizin Təbliği Fondu tərəfindən necə dəyərləndirilir? Muğamımızın təbliği və tərəqqisi baxımından gələckdə bu cür mərkəzlərin Sumqayıtla yanaşı digər şəhərlərimizdə də inşası arzuediləndirmi?
Moderator.az-a açıqlama verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov  Sumqayıtda Muğam Mərkəzinin inşasının təqdirəlayiq olduğunu bildirdi:
"Dəyərlərimizin, bütövlükdə mədəniyyətimizin yaşadılması çox vacibdir. Mədəniyyətimizin ən mühüm elementlerindən biri olan muğam sadəcə bizə məxsus dəyər deyil, bütövlükdə bütün bəşəriyyətin ortaq mədəniyyətinə verdiyimiz töhfədir. Yəni, muğam bizim, həm də dünyaya xitabımızdır. Təbii ki, bu cür dəyərlərin qorunması maddi baza tələb edir. Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır. Belə mərkəzlər insanlara öz dəyərlərini, tarixini, ənənələrini daha dərindən tanımağa və tanıtmağa imkan yaradır. Gələcəkdə bu cür mərkəzlərin regionlarda da inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər".
Məlumat üçün qeyd edək ki, son illər Sumqayıtda böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir ki, bu işlərdən biri də Muğam Mərkəzinin inşası ilə bağlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən Muğam Mərkəzinin cari ilin noyabr ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Seymur ƏLİYEV
Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0023 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO