İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR




Lətifələrin reytinqi

5-ci yer

Roza adlı qız nişanlısıgilə gedir. Qapını döyür. Nişanlısı qapını açanda onu görcək anasına səsləyir:

- Mama, Roza gəldi.

Qız ağlaya-ağlaya "Mama Roza sənin nəslindir" söyləyərək nişanı geri qaytarır.


4-cü yer

Bir dar şortikli, göbəyi görünən, sinəsi açıq qız marketə girir, əyilib günəbaxan tumları satılan stenddən xeyli nəsə axtarır, sonra satıcıdan söruşur:

- Dayı, "Bizim ailə"nin böyüyü var?

Ağsaqqal satıcı başını yelləyib, eynəyinin altından qızı başdan ayağa süzərək deyir:

- Xeyir, sizin ailənin böyüyü olsa sən bu viddə evdən çıxmazsan.


3-cü yer

Rusiyanın Anekdotı.ru portalında həftənin lətifəsi.

- Putinomika nədir?

- Bu elə bir sehirli iqtisadiyyatdır ki, ölkə dünyanın ən böyük neft idxalçısı Səudiyyə Ərəbistanı qədər neft, ən böyük qaz idxalçıları Kanada və Norveçin birgə idxal etdiyi qədər qaz idxal edir, amma adambaşına düşən Daxili Məcmu Məhsulun səviyyəsinə görə hətta Estoniyanı belə keçə bilmir.


2-ci yer

Yol polisi gecə yarı bir avtomobili saxlayır:

- Bu nədir, bu avtomobil bayaqdan 4 dəfə qırmızıda keçib, protiv gəlib, piyadanın üstünə sürüb, tratuara çıxıb, avtobusu sürtüb.

Kişi:

- Rəis, toydan çıxırdıq, yarım litr gillətmişəm deyə rulu arvadağaya vermişəm.

Yol polisi:

- Ay vətəndaş, məgər bu, sükanı arvada vermək üçün əsas verir ki? Elə özün sürərdin də.


1-ci yer

1-ci kurs. Texniki Universitetdə metanaliz üzrə birinci mühazirə. Müəllim:

- Mövzunu yazın. Həqiqi dəyişikliyin həqiqi funksiyası. Sürrektiv, inyektiv və biektiv funksiyalar.

Arxa partadan səs gəlir:

- Alo! Ata. Mən fikrimi dəyişdim. Bundansa elə əsgərliyə gedərəm.


***

Aforizm

"O insan ki, gün ərzində arı kimi aktivdir, öküz kimi güclüdür, at kimi işləyir və evinə it kimi yorğun gəlir, gərək mütləq veterinarla məsləhətləşsin. 

Böyük ehtimala görə, o qoyundur".

Çanq İnq Yu (Çin)


İbrətamiz əhvalat

Həyat yoldaşının onu sevib-sevmədiyini yoxlamaq istəyən kişi ona vida məktubu yazır. Evi tərk edəcəyini yazaraq məktubu stolun üstünə qoyur və çarpayının altında gizlənərək həyat yoldaşının gəlişini gözləyir. Bunun uşaq hərəkəti olduğunu başa düşsə də, xanımının ona qarşı nə hiss etdiyini yoxlamaq istəyi ona qalib gəlir. Məktubu oxuyan qadının ağlayacağını, rəfiqələrinə zəng edəcəyini düşünən kişi gözlədiklərinin əksi ilə qarşılaşır. Nəhayət ki, evə gələn qadın məktubu oxuyaraq, bir neçə dəqiqə sükutdan sonra kağıza nə isə yazmağa başlayır. Bir neçə dəqiqədən sonra isə o, paltarını dəyişir, şən mahnıya qulaq asaraq rəqs etməyə başlayır, kədərlənmək əvəzinə, çox şən görünür. Bunu müşahidə edən kişi şok vəziyyətinə düşür, amma bu hələ son deyil. Qadın telefonu götürür və hansısa nömrəni yığır: - Salam əzizim. Mən hazıram, indi yanına gələcəm. Bu axmağa gəlincə isə, mən axır ki, onu bezdirdim, o da çıxıb getdi. Mən ona necə ərə gedə bilmişəm? Çox heyf ki, səninlə əvvəldən rastlaşmamışam. Görüşərik əzizim! 

Dəstəyi yerinə asan qadın, evdən çıxır. Bir neçə dəqiqədən sonra, dəhşətli hisslər keçirən kişi çarpayının altından çıxaraq, stolun üstündəki məktubu götürür və həyat yoldaşının ona nə yazdığını oxumağa başlayır.

Məktubda yazılmışdı: "Çarpayının altından çıxan ayaqlarını görürəm. Mağazaya çörək almağa gedirəm". 


Müraciət

“Qızlar, şalvar geyindiniz, dinmədik. 

Papaq qoydunuz, dinmədik. 

Maşın sürdünüz, dinmədik. 

Bəs avtobusun ən axırıncı oturacağında oturmaq nəydi?”

Sumqayıtlı qaqaş.


Etiraf

"Bir dəfə istədim təbib məsləhətinə riayət edərək siqareti atıb, qoz, fındıq, bal alım, bir həftə başımı qatım. Çıxan xərclərə baxıb dedim, yox, lazım deyil, salamatı elə siqaret çəkməkdir.


Sevgi

"Topaz"da it yarışmasına pul qoyan adam 1-ci gələcəyinə mərc etdiyi itə deyir:

- Qardaşımsan, bərk qaç!


Etiraf 

"3 gün əvvəl toyda gəlin atan gülü tutmuşam. Elə həyacanlıyam ki, hər qapı döyüləndə qaçıb şirin çay hazırlayıram".


Sitat

"Ağı qaradan seçən mərəzəli uşaq ilk dəfə qar görəndə elə bilər, göydən yerə şor yağır."


Ev tapşırığı

Yol böyüyün, su kiçiyindir.

Elə isə, uzaqda olan suyun arxasınca birinci kim getməlidir?


Qəzəb

Kilosu 10 manata bal almışam, bir gündədir, inan ki, arıya göstərsəm əsəbdən onu paraliç vurar.


Şüar

"Yaşasın saçı rəngsiz, burnu əməliyyatsız, dodağı silikonsuz və dırnağı qaynaqsız qızlar. Ura!"

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

OXUMASANIZ DA OLAR
10:5018 iyul

OXUMASANIZ DA OLAR

Bizimkilərin Dubay sərgüzəştləri
18:5217 iyul

Bizimkilərin Dubay sərgüzəştləri

1971-ci il dekabrın 1-də yaradılmış Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət mərkəzi Dubaydır. 1985-ci ildə bu şəhər azad iqtisadi zona elan edilib. 1992-ci ildən sonra azərbaycanlılar buranı kəşf etdilər. Ərəbistanda ingilis dilini bilən qadınlara iş tapıldı. Onlar tərcüməçi və böyük ticarət

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri