İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda Milli Qəhrəman Bəhruz Mansurova həsr olunmuş film təqdim edilib

Sumqayıtda Milli Qəhrəman Bəhruz Mansurova həsr olunmuş film təqdim edilib

Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş filmin təqdimatı keçirilib. Tədbir Mədəni İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, “Qısa ömrün uzun yolu” sənədli-bədii filmi “Bay Film” studiyası tərəfindən lentə alınıb. Film 1995-ci ilin mart hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəmanoğlunun əziz xatirəsinə həsr edilib.

Filmin təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Tərlan Hacızadə, yazıçı, publisist Hafiz İmamnəzərli, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov çıxış edərək belə əsərlərin gənclərin mənəvi tərbiyəsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra filmin prodüseri Gəray Əlibəyov, ssenari müəllifi Vaqif Rəsuloğlu, quruluşçu rejissoru Sevindik Rəsulov çıxış edərək yaradıcı proses haqqında məlumat veriblər.

Daha sonra çıxış edən Milli Qəhrəmanın qardaşı, polkovnik Bəhrəm Mansurov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və qonaqlara ailəsi adından təşəkkür edib, belə təbliğat kampaniyalarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir filmin nümayişi ilə davam edib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür