İSTİ XƏBƏRLƏR
» » 9-cu mikrorayon sakinləri qaz və su təchizatından şikayət edir

9-cu mikrorayon sakinləri qaz və su təchizatından şikayət edir



Sumqayıt şəhər 9-cu mikrorayon 26-cı bina sakinləri binanın su və qazla təchizatından narazılıq edirlər. 
"168 saat"a ünvanlanan müraciətdə bildirilir ki, xüsusilə aşağı mərtəbələrdə su və qaz təchizatı keyfiyyətli deyil: "Çox minnətdarıq ki, binamızın həyəti asfaltlandı. Bu binalar tikiləndən heç bir icra başçısının bizim məhəllənin yollarını yada salmırdı. Sağ olsun, Zakir müəllim bütün yollarımızı səliqəyə saldı. İnanırıq ki, su və qaz problemimiz də həll olunacaq. Hazırda su da, qaz da qrafiklə gəlir. Tərslikdən su olanda, qaz olmur, qaz olanda da su tapmaq problem olur. Birinci mərtəbələrdə axşam saat 19.00-dan sonra qaz gəlmir demək olar ki. Ondan sonra su normallaşır. O vaxta qədər də su normal təzyiqlə gəlmir". 
Sakinlər binanın zirzəmisinin də su ilə dolu olduğunu bildirirlər. "Gəlib bir neçə dəfə suyu çəkiblər, ancaq yenə də zirzəmi təmiz deyil. Zirzəmidə çirkab və qrunt suların yığılıb qalması yayda ağcaqanadların artmasına səbəb olur. Bu isə təbii ki, müxtəlif yoluxucu xəstəliklərin yayılması riski yaradır."
Rəy bildir +
Oxşar xəbərlər
Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

13-cü mikrorayon sakinləri şikayət edir
12:1606 mart

13-cü mikrorayon sakinləri şikayət edir

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə