İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda ilk dəfə səs verəcək gənclər maarifləndirilib

Sumqayıtda ilk dəfə səs verəcək gənclər maarifləndirilib

Sumqayıtda dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlar görülür. “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində ilk dəfə səs verəcək gənclərlə dəyirmi masa formatında tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunan tədbiri açaraq ölkəmizdə gənc nəslə göstərilən qayğıdan, respublikamızda dövlət gənclər siyasətinin uğurla yerinə yetirilməsindən danışıb.

Elgün Hümbətov tədbirin məqsədinin “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclərin seçkilərdə iştirakının təbliği, seçkilərdə ilk dəfə iştirak edəcək gənclərin seçki prosesi, iştirak hüququ, seciçilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsi olduğunu qeyd edib.

Sonra təlimçi Ramil Süleymanov iştirakçılara seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verib, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçkinin obyektivliyini təmin etmiş olacağını bildirib.

Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb
15:0527 noyabr

Sumqayıtda aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri davam edir. Sumqayıt şəhərində fəaliyyət göstərən 41, 42, 43 və 44 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün 3 günlük maarifləndirici treninqlər başa çatıb.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür