İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda harda piyada keçidinə ehtiyac var?

Sumqayıtda harda piyada keçidinə ehtiyac var?


Sumqayıt böyüdükcə şəhərin bütün infrastrukturunun da bu böyüməyə uyğunlaşdırılması tələb olunur. Əhalinin çoxalması, şəhər iqtisadiyyatının şaxələnməsi, şəhərə gələn qonaqların sayının artması şəhərin bütün sosial infrastrukturunun da təkmilləşdirilməsi zərurət kimi görünür. 
Son 4 ildə şəhərdə bu yöndə məqsədyönlü və ardıcıl addımlar atılıb, xüsusilə yeni sosial və inzibati binaların tikilməsi, yaşayış binalarının və bağçaların dam örtüklərinin yenilənməsi, məcburi köçkünlər üçün yaşayış kompleksinin salınması, ayrı-ayrı tikinti şirkətləri tərəfindən yaşayış binalarının tikilməsi, müxtəlif sosial və xidmət müəssisələrinin yaradılması, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yolların təmiri və nəhayət, nəhəng bulvar dediklərimizin təsdiqidir. 
Məcburi köçkünlər üçün yaşayış kompleksinin salınması məcburi köçkün soydaşlarımızın məskunlaşdığı yataqxana və bağçaların, eləcə də digər sosial obyektlərin boşaldılması deməkdir ki, bu da öz növbəsində həmin binaların şəhərin sosial ehtiyaclarının ödənməsi üçün şəhərə qaytarılması anlamındadır.

2 milyard manatdan çox investisiya
"Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub". Bunu Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib. Onun sözlərinə görə, şəhərdə 2015-ci illə müqayisədə 2018-ci ildə ümumi məhsul buraxılışı 2.5 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, orta aylıq əmək haqqı 18,4 faiz artıb. Yerli büdcə xərcləri 2015-ci ildə 30,0 milyon manat olmuşdusa, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 44,0 milyon manat təşkil edib. Yəni, 2015-ci illə müqayisədə 46 faiz artıb. Mətbuat katibi bildirib ki, Sumqayıt şəhərində 2015-2018-ci illər ərzində infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub, 25540 yeni iş yeri açılıb: "2018-ci ildə ümumi məhsul buraxılışı 2 milyard manat, sənaye müəssisələrində məhsul istehsalı 1 milyard 300,0 milyon manat həddini ötüb".
E. Qocayev bildirib ki, son 3 ildə Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib: "Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub".

Piyada keçidi və dayanacaq arzusu
Şəhər əhalisinin artımı şübhəsiz, yollarda da sıxlığa səbəb olur. Həm maşın, həm də piyada sıxlığı yeni tələblər yaradır.
Sumqayıtlıların dilindən son vaxtlar iki istək tez-tez eşidilir: 
Birincisi, şəhərin bəzi yerlərində yeraltı və ya asma piyada keçidinə ehtiyac var.
İkincisi, yeraltı maşın dayanacaqları qurulmalıdır.
Bu istəklərin hər ikisinə bəzən Mərkəzi Bazarın Sülh küçəsi istiqamətindəki tıxaclarda, hərəkətin çətinliyində hiss etdikdə haqq qazandırmaq olur.
"168 saat"ın redaksiyasına aid olan Facebook-dakı "Sumqayıtlılar" səhifəsində bu mövzuda apardığımız sorğudakı əksər cavablarda isə sakinlərin "Heydər Park" və 6-cı mikrorayon arasında belə bir keçidi arzuladığı hiss olunur.
Şəhər böyüyür, bu gün olmasa da tezliklə bu keçidlər labüd olacaq. Yeni çağırışlara isə indidən hazır olmalıyıq. 

Dünya İSGƏNDƏROVA
Rəy bildir +
Oxşar xəbərlər
Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

DOST xidməti:  sosial sahə ilə bağlı islahatlar  proqramının davamı
11:1923 aprel

DOST xidməti: sosial sahə ilə bağlı islahatlar proqramının davamı

Vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun əsas xəttini təşkil edir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və"DOST" mərkəzlərinin yaradılması məhz bu siyasətdən irəli gələn təşəbbüsdür. 

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?
10:0116 aprel

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?

Böyüyən şəhər investisiya yatırımı üçün adətən cəlbedici görünür. Sumqayıt indi inkişafının bu dövrünü yaşayır: əhali artır, ərazi böyüyür, yeni iş yerləri, istehsal müəssisələri açılır...

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO