İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt kimyaçıları ötən 70 ildə şərəfli yol keçib"

"Sumqayıt kimyaçıları ötən 70 ildə şərəfli yol keçib"



Bu gün Sumqayıtın hər bir qarışında bayram əhval-ruhiyyəsi hiss olunur. Bu, təbiidir. Çünki biz sakinlər öz doğma şəhərimizin - vaxtilə SSRİ-nin əsas neft-kimya kompleksinin cəmləşdiyi sənaye mərkəz kimi tikilən, bu gün isə inkişaf edərək, müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni- məişət şəbəkəsi olan coğrafi məkana çevrilən Sumqayıtın 70 illik yubileyini qeyd edirik.

Bu sözləri "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev deyib.

O qeyd edib ki, vaxtilə insanlar, əsasən də gənclər respublikamızın bütün rayonlarından böyük ümidlərlə Sumqayıta gəlib, buradakı tikinti və quruculuq işlərində çalışıb, sonra da ailə quraraq Sumqayıtı özlərinə tale şəhəri seçiblər. Məhz buna görə də Sumqayıt "gənclər şəhəri" adlanıb. SSRİ dövründə əsas kimya müəssisələri burada inşa olunduğundan, sonradan Sumqayıtın adına "kimyaçılar şəhəri" də əlavə olundu. Bu gün də Sumqayıt hər iki statusu adında qoruyub saxlayır.

Oqtay Niftəliyev bildirib ki, Sumqayıt kimyaçıları gələn il öz 75 illik bayramını qeyd edəcək. Bu zaman kəsiyində Sumqayıt kimyaçıları şərəfli yol keçib. Artıq, bütün fiziki və mənəvi cəhətdən köhnələn müəssisələr fəaliyyətini dayandırıb, əvəzində infrastruktur müasirləşdirilərək, yeni sənaye klasterləri şəbəkəsi - nəhəng, müasir sənaye parkları yaradılıb. Sumqayıtın 70 illik yubiley tədbirində Prezident İlham Əliyevin dediyi kimi, şəhər bugünki çağırışlara cavab verən, Cənubi Qafqazın ikinci sənaye mərkəzi kimi təmərküzləşib.

SOCAR-ın tərkibində olan "Azərikimya" İB-nin şəhərin inkişafına öz töhfəsini verdiyini bildirən O.Niftəliyev deyib: "Biz çox sevinirik ki, ulu öndər Heydər Əliyevin Sumqayıta göstərdiyi diqqət və qayğı dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Prezidentimizin 15 ildə Sumqayıta 24 dəfə səfər etməsi və bu səfərlərin təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması dediklərimizin sübutudur. Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, kimya sənaye parklarının inşa olunması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması, əməkçilərin iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, şəhərin ekologiyasının saflaşdırılması, insanların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili bunu deməyə əsas verir ki, Sumqayıt yeni üfüqlərə doğru inamla addımlayır".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

  Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Etilen Polietilen Zavodu:   müəssisədə hansı yeniliklər gözlənilir?
16:5607 avqust

Etilen Polietilen Zavodu: müəssisədə hansı yeniliklər gözlənilir?

"Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodu 2020-ci ilin 2-ci rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək. Bununla da zavodda illik etilen istehsalının həcmi 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi isə 50-55 min tondan 187 min tona çatdırılacaq.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli