İSTİ XƏBƏRLƏR
» » Şimali Karolinada yaşayan sumqayıtlı rəqqasə

Şimali Karolinada yaşayan sumqayıtlı rəqqasə



Bəlkə də çox adam bilmir ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən "Gülnarə" rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.


Deyir ki,- "Mən o məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı versin"- http://www.reqs-mektebi.az-baku.com/history.html
Sadə azərbaycanlı ailəsində böyüyüb boya-başa çatıb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq alır. Məğlubiyyəti xoşlamır. Daim zəfər çalmağa çalışır...
Bakıda dünyaya gəlsə də 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini 1985-ci ildə orada- 15 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt flialının axşam şöbəsinə qəbul olunub. 1991-ci ildə oranı mühəndis-kimyaçı texnoloq kimi bitirib. Eyni zamanda, 1985-ci ildən 1994-cü ilədək Üzvi Kimya Zavodunun layihə şöbəsində çalışıb. 1994-1996-cı illərdə Sintetik Kauçuk Zavodunun yanğından mühafizə xidmətində növbətçi dispeçer vəzifəsində işləyib. Həmin illər Bakıda fəaliyyət göstərən bal rəqsləri məktəbində incəsənətin bu növünün sirlərinə yiyələnib. 1996-1999-cu illərdə Sumqayıtda "SK klubu" adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Sonra bir il "Gülnarə" rəqs məktəbində müəllim işləyib...

...Ömür-gün yoldaşı Ceri Rey avio mütəxəsisdir. İki övladı var- böyük oğlu Daniyar 18, ikinci oğlu Timoti 16 yaşındadırlar...
Gülnarə xanım 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına gələndən sonra bir neçə il "Target" mağazalar şəbəkəsində işləyib. 2006-cı ildən "Fred Astaire Dance Studio"da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışır. Həmin studiya 1947-ci ildən fəaliyyətdədir. Burada orta yaşlı həvəskarlara bal rəqslərinin sirlərini öyrədirlər. Kollektiv dəfələrlə klublar arası müsabiqələrdə finala çıxaraq, mükafatlara layiq görülüb...
Bütün bunlarla yanaşı, Gülnarə xanım San Fransisko Sağlamlıq Məşqçiləri İnstitutunda onlayn təhsil alır. Bu ilin əvvəlindən "True Healt-Healt coaching" adlı fərdi studiyasını yaradaraq müştərilərə sağlam həyat tərzi ilə əlaqədar dərslər keçir. Qısa müddətdə bu sahədə bir sıra uğura imza da ata bilib...
Dünya rəqslərini məharətlə ifa etməyi bacaran bu xanım, milli rəqslərimizi əcnəbilərə təbliğ etməkdən də çəkinmir. Azərbaycan və onun mədəniyyəti haqqında ağız dolusu danışaraq, ölkəmizi sevdirməyə çalışır...
İdmanla mütəmadi məşğul olur. Uzaq məsafələrə yürüş etməyi xoşlayır. Tez-tez 20 km-lik marafonlarda iştirak edir. Həmişə də yarışın ön sırasında yer tutur...
Bəli, ABŞ-ın Şimali Karolina ştatında Gülnarə adında bir azərbaycanlı xanım da yaşayır. "Azərbaycan!" deyiləndə gözlərindən sevinc boylanır...
Elman Eldaroğlu

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.  

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il