İSTİ XƏBƏRLƏR
» » Azərbaycan ədəbiyyatında ilkə imza atan sumqayıtlı yazıçı

Azərbaycan ədəbiyyatında ilkə imza atan sumqayıtlı yazıçı


Hər hansı bir yeniliyə ilk imza atmaq hər adamın qismətinə düşmür. Bu gün onun ana dilimizdə dedektiv janrında yazan ilk qadın yazıçı olduğu barədə hələ ki, söz deməyə heç kim tələsmir. Amma onun "Görünməyən həqiqət" dedektiv kitabı imzasını Azərbaycan ədəbiyyatı tarixində daim yaşadacaq...

Sakit, ağıllı, müstəqil düşüncəli və kübar xanımdır. İti zəkası, özünəməxsus rəngarəng xarakteri ilə seçilir. Bağışlamağı bacarır. Dostluqda sədaqətli, ünsiyyətdə mülayimdir...

Sumqayıt şəhərində dünyaya gəlib. 2004-cü iildə həmin şəhərin N.Tusi adına orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illərdə Sumqayıtda fəaliyyət göstərən müxtəlif kompüter mərkəzlərində müəllim işləyib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.Az saytında redaktor vəzifəsində çalışıb. 2017-ci ilin iyun ayından Qadin.Net saytının baş redaktorudur...


İndiyədək beş kitabı işıq üzü görüb. İlk kitabı "Görünməyən həqiqət" 2013-cü ildə, "Bir yarpağın arzusu" adlı ikinci kitabı 2015-ci ildə, "Hər şey qızım üçün" üçüncü kitabı 2016-cı ildə, sayca dördüncü kitabı "Adsız" 2017-ci ildə, sonuncu "Vanuatu adasının sakinləri" adlı beşinci kitabı isə 2019-cu ilin fevral ayında işıq üzü görüb...

...Ailəlidir, Murad adında bir oğlu, Xədicə adında bir qızı var. Murad 10, Xədicə isə 6 yaşındadırlar...

Haqqında söhbət açdığım yazıçı-jurnalist Xəyalə Murad həm də istedadlı tərcüməçidir. Bu günədək tərcümə etdiyi bir sıra hekayələr müxtəlif hekayə toplusunda yer alıb. 2018-ci ildə isə Vladimir Jeleznikovun "Müqəvva" əsərini tərcümə edərək oxuculara təqdim edib. Kitab qısa müddət ərzində dəfələrlə "ayın ən çox satılan kitabı" olub...

Yaradıcılığı bir sıra ədəbi mükafatlara layiq görülüb. Onların arasında "Fəxri fərman" və "Ən yaxşı hekayə" mükafatları da var. Onun "Vanuatu adasının sakinləri" romanının sinopsisi isə Rusiya Dövlət kinostudiyası olan "LENFİLM"in elan etdiyi beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb. "Yaşam naminə" hekayəsi sayəsində 2017-ci il noyabrında İsveçdə keçirilən "VI Beynəlxalq Ədəbiyyat Festivalı"-nda 38 ölkədən qoşulan 1200 yazıçı arasından fərqlənərək finalist olub. Və həmin hekayəsi ilə 2018-ci il aprelində "Jenskoe Derevo resursnosti" adlı Beynəlxalq Ədəbiyyat müsabiqəsində III yer tutub...

Bəli, ana dilimizdə dedektiv janrında kitabı nəşr olunan ilk qadın yazıçı məqamına yüksələn Xəyalə Murad gənc olmasına baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixində öz imzası ilə əbədi yaşayacaq. 

 Elman Eldaroğlu

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”
11:4607 noyabr

“Bu gün dünya ədəbiyyatında şeir nəsrə uduzur”

Bu gün "Qonaq otağı"nda sumqayıtlı şair, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru , professor Rafiq Yusifoğludur.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il