17 Dekabr, 2017 23:42

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

"Mənə elə gəlir ki, Sumqayıtda bu qədər işi eyni anda görən bir adam tapa bilməzsiniz" - Rafiq Odayla MÜSAHİBƏ

28.06.2017 21:20

Həyatda bir çox fəaliyyət sahəsinin öhdəsindən müvəfəqiyyətlə gələ bilən insanlarla çox nadir hallarda qarşılaşırıq. Budəfəki müsahibimiz həmin şəxslərdən biri, Azərbaycan Respublikasının Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, «Azərikimya» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri, «Möhtəşəm Azərbaycan» ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, şair, publisist,  "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, respublikanın əməkdar jurnalisti Rafiq Odaydır. 
Rafiq müəllim, soyadınız Bayramovdur.  Özünüzə Oday təxəllüsünü götürməyinizə səbəb nədir?
- Mən ədəbi yaradıcılığa təxminən 80-ci illərdə başlamışam və həmin vaxtlar şeirlərimi Rafiq Bayram imzası ilə yazırdım. İlk şeirim bu imza ilə 1983-cü ildə dərc olundu və 1988-89-cu illərə qədər də məhz Bayram təxəllüsü ilə şeirlər yazdım.  1988-ci ildə, 28 yaşım olmağına baxmayaraq yaxşı mənada risk elədim, şeirlərimi topladım və nəşriyyata üz tutdum. O vaxt bilirsiniz ki, kitabda, qəzetdə şeir və ya məqalə dərc etdirmək böyük bir inqilab sayılırdı və kimin ki, şeirləri dərc olunurdu, hamısı 30-40 yaşlarında idilər. Bir söz də deyim ki, əgər nəşriyyatda nə isə dərc elətdirmək istəyirdinsə, mütləq ona iki müsbət rəy verilməli idi. Mən 1 il gözləməli oldum, 1989-cu ildə mənə müsbət cavab gəldi və məni  nəşriyyata dəvət elədilər. Kitabımın adı "Bir yol başlamışam” oldu və kitab artıq çap olunmağa başladı. Nəşriyyatın baş redaktoru İslam Türkay zəng edib dedi ki, sənin soyadın ilə Tofiq Bayramın soyadı qulaqda eyni şəkildə qafiyələnir. Bəlkə başqa bir təxəllüs seçəsən özünə. Mən əslən Naxçıvanın Şərur rayonunun Şəhriyar kəndindən olduğum üçün hətta təklif də etdilər ki, təxəllüsün Şəhriyar olsun. Qeyd edim ki, kəndin adının Məhəmməd Hüseyn Şəhriyarın adı ilə əlaqəsi yoxdur. Lakin bu, mənim üçün çox əhəmiyyətli idi, çünki bundan sonra Allah qismət edərsə, bütün yaradıcılığım boyu eyni təxəllüs ilə yazılarım, şeirlərim dərc olunacaqdı. Buna görə də mən üç gün möhlət istədim və üç təxəllüs ilə nəşriyyata müraciət etdim. Onların içərisindən həm özümün, həm də ki, ölməz şairimiz Xəlil Rza Ulutürkün də bəyəndiyi Oday təxəllüsünü seçdim və mən bu təxəllüs ilə şeirlər yazmağa başladım. Onu da qeyd edim ki, Naxçıvan şəhəri üzrə 29 yaşında, dövlət xətti ilə şeirləri dərc olunan ilk şair mən olmuşam.  Çoxları mənə deyir ki, sən Türkiyə türküsən bəyəm, Oday təxəllüsü ilə şeirlər yazırsan?! Lakin Oday təxəllüsünün əslində  dilimizdəki iki sadə sözdən- "Od” və "Ay” sözlərindən əmələ gəldiyini çoxu bilmir. Buradakı "Od” sözü odlar yurdu olan Azərbaycanı, "Ay” sözü isə bayrağımızdakı ayı təmsil edir. 
Bu yaxınlarda "Bir də mi gəlsin?" şeiriniz qardaş Türkiyənin "Kardelen" dərgisində dərc olunub və şeiriniz Türkiyə türkcəsinə tərcümə edilib. Tərcümədən razı qaldınızmı? Ümumiyyətlə şeirinizdə ifadə etmək istədiyiniz fikirlər öz mənasını saxlayıbmı?
-    Türkiyə türkcəsi ilə bizim dilimiz eyni kökdən əmələ gəlib və bu dillər arasında 90 faiz oxşarlıq var. Bəzi sözlər var ki, onların dilimizdə işlənməyinin əleyhinəyəm. Eynilə Türkiyə türkcəsində işlənən və əleyhinə olduğum sözlər də var. Amma deyərdim ki, onların işlətdiyi sözlərin hamısının bizim dildə qarşılığını tapmaq mümkündür. Hətta Türkiyənin elə kəndləri var ki, onlar danışanda bizim sözlərdən çox istifadə edirlər. Ümumiyətlə Azərbaycan dili türk dilləri içərisində ən gözəl, ən şirin, ifadə vasitəsinə görə ən yüksək səviyyədə olan dildir. Gələcəkdə türk xalqlarının ortaq dilini yaratsalar, mən inanıram ki, sözlərin 60-70 faizi sırf bizim dildən götürləcək. Qaldı ki, şeirimin tərcüməsinə, dediyim kimi, dillərimiz oxşardır, düşünürəm ki, tərcümə uğurlu alınıb və sözlər demək olar ki, eyni olduğu üçün mənasını itirməyib.

 
Müsahibələrimizin birində Əli Nəcəfxanlı: "Həm şair, həm də jurnalist kimi fəaliyyət göstərmək çox çətindir" deyə bildirmişdi. Bu barədə siz nə düşünürsünüz?
-     Mən bunu çətinlik kimi qiymətləndirməzdim, sadəcə deyərdim ki, bir iş digərinə mane olur. Əsasən jurnalistika poeziyaya maneçilik törədir. Şairlik xüsusi bir sənət və ya vəzifə deyil və deyə bilməzsiniz ki, mən filan yerdə şair işləyirəm. Bizim qələm dostumuz Zirəddin Qafarlıdan cavan vaxtı soruşanda ki, sən harda işləyirsən, zavodda şair işləyirəm deyirdi (gülür). Amma jurnalistika peşədir və hazırda mənim əsas gəlirim sırf  "Azərkimya” İstehsalat Birliyindəki jurnalistika fəaliyyətim ilə bağlıdır. Mən həftə sonları, bayramlarda, məzuniyyətdə olduğum zaman Azərbaycan Jurnalistlər Birliyində oluram və özümə burada rahatlıq tapıram. Poeziya elə bir şeydir ki, bu, sırf ilham, təb ilə bağlı olduğundan onda vaxt söhbəti yoxdur . Lakin jurnalistika peşə olduğu üçün  konkret vaxt tələb edir və bu baxımdan da jurnalistika poeziyanı bir az ləngidir.  Düşünürəm ki, Əli Nəcəfxanlı da məsələyə sırf bu aspektdən yanaşıb. 
"Azərkimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbərisiniz. Məmurluq sizin yaradıcılığınıza necə təsir edir?
- Deyim ki, mən heç orda məmur deyil, adi bir işçi missiyasındayam və sadəcə mənə tapşırılan işləri layiqincə yerinə yetirməyə çalışıram. Çox şükür ki, rəhbərlik də məndən razıdır və bu vaxta qədər özüm haqqında heç  bir şikayət və ya mənfi rəy eşitməmişəm. Oradakı işim sadəcə vaxt baxımından və xarakterim baxımından mənə təsir edə bilər, hansı ki, mən daha çox sərbəstliyi sevən adamam.  Ümumiyyətlə ədəbi yaradıcılıq elə bir şeydir ki, adi bir anda sənə ilham gələr və yazmağa başlayarsan. Çox  vaxt mən səhər durub dənizkənarı ilə işə gedərkən o təb mənə gəlir və mən çəkilib bir kənara qeydlər edirəm. Bəlkə də kənardan baxanlara bu bir az qəribə görünür və düşünürlər ki, bu, nə edir belə?!  Məmurluq, tabeçilik fəaliyyəti mənim yaradıcılığıma başqa hər hansı bir təsir göstərmir. 
"Bir yol başlamışam" adlı kitabınız ilə başladığınız yolun uğurlu olmasının səbəbi nədir?
- Mənim fikrimcə, həyatda üç şeyə əməl etsən, daim uğur qazanacaqsan və hörmətin olacaq:  Birincisi, yalan danışma! Çünki sən yalanı bir, iki və uzağı, üç dəfə danışa bilərsən, daha sonra qarşındakı sənə inanmayacaq və artıq onun gözündə etimadını itirəcəksən.  İkincisi, heç vaxt gecikmə! Mən həmişə çalışmışam ki, dəvət olunduğum yerə gecikməyim. Çünki gecikmək "mənim kitabım”da yoxdur.  Üçüncüsü isə yalan yerə vəd vermə! Bir işi ki, yerinə yetirməyəcəksən, yalandan camaatı aldatmağın yeri yoxdur. Ya söz vermərəm, ya da ki, canımla qanımla sözümün arxasında durmağa çalışaram. Düşünürəm ki, uğurlarımı bu üç prinsipə əməl etməyimə borcluyam.

"Vətən gəz" adlı ilk mətbu şeirinizin hansı misralarını xatırlayırınız?
- Vətən deyib bağırmaqla kar aşmaz,
Hünərində, zəhmətində vətən gəz.
Dağ cüssəyə kölgə olmaq yaraşmaz
Mənliyində, qeyrətində vətən gəz.
 
Yaxşı nədir, yaman nədir ara sən
Ağ olana heç vaxt demə qara sən
İşdir, bir vaxt düşər olsan dara sən
Babəklərin cürətində vətən gəz. 
Son olaraq nə demək istərdiniz?
- Siz bayaq sual verdiniz ki, məmurluq yaradıcılığınıza necə təsir edir. Mən istəyirəm ki, bu suala cavab kimi bir neçə əlavə edim. Ümumiyyətlə vaxt baxımından imkanı çox məhdud olan biriyəm və hətta söhbət əsnasında məndən soruşulanda ki, nə var nə yox, hər şey var, vaxt yoxdur deyirəm. Buna baxmayaraq,  nə qədər təvəzökarlıqdan uzaq olsa da, yenə də deyim ki,  bu qədər işi eyni anda görən bir adam Sumqayıtda tapa bilməzsiniz. Son 10-15 ili götürsək, bu müddət ərzində təxminən Jurnalistlər Birliyinin xətti ilə 2000-dən artıq kitab, 15 almanax  çap etdirmiş, 300-dən çox kitaba redaktor olmuşam. Bundan başqa 80-90 kitaba ön söz yazmışam və ya müəllifinin  yaradıcılığını təhlil etmişəm, özümün 10-dan çox kitabım çap olunub və bir neçə qəzetin təsisçisi olmuşam. Həmçinin gundelik.info və edebiyyat-az.com portallarının təsisçisi və direktoruyam. Düşünürəm ki, əgər insanın ürəyində sənətinə, peşəsinə qarşı sevgi varsa, nə vaxt, nə də ki, digər təsirlər ona mane ola bilməz. 
Söhbətləşdi: Elnarə Salamova

xeberle.com

digər xəbərlər
- Rasim Ocaqov - 80
- Sumqayıtda “Dolu” filmi nümayiş olunub
- Sumqayıt telekanalına qarşı oğurluq iddiası – VİDEO
- Bu gün Milli Musiqi günüdür
- Sumqayıtda “Bir kitab oxudum, həyatım dəyişdi” layihəsi həyata keçirilir
- Emin Ağalarov finalda (FOTO)
- Toto Kutunyo “Sarı Gəlin” mahnısını oxuyacaq
- Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan kimdir? - Foto
- Gənclər Fondu qrant müsabiqəsi elan etdi
- Mübariz Mənsimov Lənkəranskinin ölümündən danışdı

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
17 Dekabr, 2017
13:19 QEYD: Söyə-söyə yox, sevə-sevə dəstək olan sumqayıtlılar
15 Dekabr, 2017
22:49 Qubada “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində yekun təlimi keçirildi
12 Dekabr, 2017
12:58 ŞAHMAT ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİ SONA ÇATDI
13:09 Sumqayıtda Beynəlxalq cüdo turniri keçirildi
12:39 Sumqayıt məktəblərində “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüşlər keçirilir
11 Dekabr, 2017
17:49 Təbələlər Çexiya səfirliyində
10 Dekabr, 2017
18:03 Vətəni, xalqı naminə fədakarlıqla tankların üstünə gedən, SSRİ nazirini "trevoqa" ilə müşavirədən çıxaran Rasim Eminbəyli
09 Dekabr, 2017
17:08 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib
06 Dekabr, 2017
19:11 Sumqayıtda “Şəhadət” filmi nümayişi olundu
17:24 Sumqayıtda "Sağlam Gənclik Formalaşdıraq" layihəsi çərçivəsində tədbir keçirilib
05 Dekabr, 2017
22:33 Məktəblilər universitet kitabxanasından istifadə edir
19:53 SUMQAYITI “NƏQLİYYAT KÖNÜLLÜLƏRİ”
19:38 Mən özüm də oradan ayrılmaq istəyirdim – Tərlan Əhmədli
03 Dekabr, 2017
12:49 Abituriyentlər bu universitetdə ödənişsiz kurslarda iştirak edir
12:20 İrəvanın Nazarbayev qorxusu
11:22 Lavrov: “Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur”
11:13 Ramil Usubov Sumqayıtda - 44 sakini qəbul etdi
02 Dekabr, 2017
19:35 Sumqayıt sakinlərinə şad xəbər: bu marşrut avtobusları yeniləri ilə əvəz ediləcək - SİYAHI
18:16 Aİ dönər və şaurmanı qadağan etmək istəyir
15:14 Sumqayıtın bu ərazilərində yaşayan sakinlərə şad xəbər: yaxın müddətdə... - AÇIQLAMA
01 Dekabr, 2017
20:53 Əfqanıstan prezidenti: "Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyəcəyik"
19:04 Şad xəbər: hökumət faiz borclarını ödəyəcək – Fərman
18:13 Kolumbiyada "Koroğlu" operasından parçalar nümayiş olunub
14:56 “İsrail texnologiyası Azərbaycanın hərbi gücünə güc qatır” - Arye Qut
13:11 Kərə yağı ucuzlaşacaqmı? - Ekspert rəyləri
30 Noyabr, 2017
15:57 Sumqayıtın yeni “Karsan”ları, narazı sərnişinlər və kontrarqument - SƏBƏB+AÇIQLAMA
15:23 Gənclik Gələcəyimizdir devizi altında düşərgə davam edir
15:28 Gənclərin Yay Məktəbi başlayıb
29 Noyabr, 2017
22:56 Gənclər üçün təlimlər davam edir: REDUCO RUN
20:02 Facebook çökdü...
19:44 “WhatsApp”dan səsli mesajlarla bağlı YENİLİK
19:41 Azərbaycanda sosial xidmətlərin əhatə dairəsi genişlənir
18:10 Bu ölkənın Bakıda səfirliyi açıldı
18:07 Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər
12:07 Azərbaycan cərrahları virtual əməliyyat aparır
11:26 BMT Azərbaycanda ana ölümlərinin azaldılması yollarını təklif edir
11:14 Prezidentin qızını heyran edən Reyhan kimdir?
11:01 Sumqayıtlı polisin tələbəsi dünya çempionatının qalibləri sırasında
10:49 15 yaşlı azərbaycanlı qızın ixtirası İvanka Trampı heyran etdi
28 Noyabr, 2017
19:24 “Bakı-Tbilisi-Qars”la sərnişinlərin daşınacağı vaxt AÇIQLANDI
19:19 Sumqayıtda "Şərq" bazarı söküldü, bəs yerində nə tikiləcək? - RƏSMİ AÇIQLAMA
19:17 Sumqayıtda xeyriyyəçilər qocaları unutmurlar - FOTO
15:42 Tanınmış yazıçının yeni romanının ilk təqdimatı Sumqayıtda keçiriləcək
15:36 Rusiya: İranla razılaşma pozulmaq ərəfəsindədir
15:26 Sumqayıt məktəbliləri ilə peşəyönümü barədə söhbət aparılıb
15:12 Əkin yerlərini yandıranlar cərimələnəcək - QANUN
14:45 Qazaxıstan Prezidenti sumqayıtlı jurnalistə medal verdi
14:43 Putinin Bakı səfirini geri çağırmasında "sirr” nədir?
14:24 Cüdo üzrə şəhər çempionatı başa çatdı
27 Noyabr, 2017
16:29 Sumqayıtda tələbələr ilə “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüş keçirildi
16:22 Şair Süleyman Hüseynov oxuculara və ədəbiyyatımıza vətənpərvərlik "And"ı verdi
13:51 Qərbi Kaspi Universitetinin Texnoparkı barədə Türkiyə mediasında
12:58 Türk komandiri Azərbaycan bayrağını...
12:41 Ermənistanın AB-yə assosiativ üzv olmasına hüquqi haqqı yoxdur - Politoloqdan AÇIQLAMA
12:35 Dağlıq Qarabağ separatçıları Tiflisdə sərgi açdı
26 Noyabr, 2017
12:59 Yumurtanı belə yeməyin...
12:40 Bu qidalar sizi tez qocaldır
11:39 Səfir tələbələrlə görüşdü
25 Noyabr, 2017
11:20 Bu maşınları alın, yoxsa gecikərsiniz – Ekspert
24 Noyabr, 2017
19:37 Sumqayıtda könüllü gənclər təltif olundu
13:27 Bərzanini dəstəkləyən məmur işdən çıxarıldı
23 Noyabr, 2017
20:34 Sumqayıtın 68 yaşı və “50 ilin işığında”
15:15 “Mil” ilk layihəsinə start verdi
15:04 Elxan Şahinoğlu: "Sülh Platforması İrəvanla yanaşı Minsk Qrupunu da dilemma qarşısında qoyub"
12:58 “Beşiktaş”dan Qurban Qurbanova hədiyyə
12:56 AMB: “Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”
12:54 "Dağlıq Qarabağ"ı tanımırıq
11:03 DTX -dan antiterror əməliyyatı
10:56 Sumqayıtın “KARSAN”ları
10:54 Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
10:46 Sumqayıtın əsas girişində reyd: yük avtomobilləri cərimə meydançasına aparıldı
22 Noyabr, 2017
17:42 Sumqayıtda “Motivasiya” mövzusunda təlim keçirildi
17:36 SUMQAYIT - 68
13:47 Universitet tələbələrini işlə təmin edir
12:43 Atambayev Putini mükafatlandırdı
12:22 Azərbaycan pakistanlı iş adamlarını əczaşılıq sahəsinə sərmayə qoymağa dəvət edib
12:20 "The Washington Times": ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır
10:39 Azərbaycanda bu vəzifələr ləğv edildi - SƏRƏNCAM
10:33 68 yaşlı Sumqayıt
10:28 Azərbaycanda bu şəxslərin əməkhaqqı artırıldı
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm