17 Oktyabr, 2017 20:45

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

“Sumqayıt regional "ASAN xidmət" mərkəzinə edilən müraciətlərin məmnunluq səviyyəsi 99 faizdən çox olub” - direktor Ramal Sabirli (MÜSAHİBƏ)

22.08.2017 10:34

Budəfəki həmsöhbətimiz "ASAN xidmət” mərkəzinin direktoru Ramal Sabirlidir. Ramal müəllimlə Sumqayıt regional "ASAN xidmət” mərkəzinin fəaliyyəti barəsində söhbətləşdik.

 
HAŞİYƏ: Ramal Sabirli 1987-ci il sentybarın 28-də Ağsu rayonunda anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ali təhsil alıb. 2010-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mütəxəssis vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Abşeron regional bölməsində məsləhətçi vəzifəsində işləyib1 dekabr 2015-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt regional "ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışır.2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var.
 
-      Sumqayıt regional  "ASAN xidmət”  mərkəzi nə zaman yaradılmışdır, işçi və könüllü sayı nə qədərdir?
-      Sumqayıt regional  "ASAN xidmət” mərkəzinin açılışı 3 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilib. Fəaliyyətə başladığı ilk dövrdə Sumqayıt şəhəri ilə yanaşı 4 rayonun: Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərən mərkəz 2014-cü ilin 25 mart tarixindən  Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakininə də xidmət göstərməyə başlayıb. Mərkəzdə dövlət orqanları və funksional yardımçı xidmətlər göstərən müəssisələr də daxil olmaqla 165 əməkdaş fəaliyyət göstərir. Hazırda Sumqayıt regional  "ASAN xidmət”də könüllü sayı 76 nəfər təşkil edir. Fəaliyyətə başladığı gündən isə Sumqayıt regional "ASAN xidmət”  mərkəzində könüllülük fəaliyyəti ilə məşğul olanların sayı 2000-i keçib.
 
-      Mərkəzdə hansı dövlət orqanları var və ümumilikdə nə qədər xidmət göstərilir ?
-         Mərkəzdə vətəndaşlar 10 dövlət orqanının göstərdiyi 25 əsas, ümumilikdə isə 200-dən çox xidmətdən yararlana bilərlər. Bu dövlət orqanlarına Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Milli Arxiv İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daxildir. Burada həmçinin funksional yardımçı xidmətlər: tibb xidməti, fotostudiya, kafe, tərcümə, hüquqi yardım, mədəniyyət tədbirlərinə bilet satışı, bank, sığorta xidmətləri, Azərbaycan Respublikası Prezidenti tabeliyində Mənzil İnşaat Dövlət Agentliyi "MİDA” MMC , Azərişıq və Azərsu ASC fəaliyyət göstərir.
 
-         Könüllülər əsasən hansı sahələr üzrə fəaliyyət göstərirlər?
-         Asan xidmət mərkəzində vətəndaşlara xidmət müəssisənin ilk mərtəbəsində yerləşən məlumat köşkündən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara  müxtəlif xidmətlərlə bağlı ərizələrin yazılmasında kömək edir, ictimai rəyin öyrənilməsi üzrə sorğuları təşkil edir və mərkəzdə sosial aksiyaların və mədəniyyət tədbirlərinin həyata keçirilməsində fəal iştirak edirlər.
 
-          İndiki dövrə qədər olan müraciət sayı nə qədərdir?
-         Yarandığı tarixdən bu günədək Sumqayıt regional "ASAN xidmət” mərkəzinə 2 milyondan çox vətəndaş müraciət edib. Məmnunluq səviyyəsi isə  99%-dən çox olub.


-         Müraciətlər əsasən hansı xidmətlərlə bağlı olur?

-         Gün ərzində mərkəzə 3000-ə yaxın vətəndaş müraciəti olur. Onların əksəriyyəti şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması, eləcə də funksional yardımçı xidmətlərin payına düşür.
 
-         Mobil Səyyar xidmət haqqında danışardınız. İndiyədək təxminən nə qədər vətəndaşımız bu xidmətdən yararlanıb?
-         2013-cü il iyunun 1-dən etibarən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən 1 aya qədər fəaliyyət göstərir.  Mobil Səyyar xidmətdən bu günədək 900 000-dən çox vətəndaş yararlanıb. Bütün mərkəzlərdə olduğu kimi, Sumqayıt regional "ASAN xidmət” mərkəzinə məxsus mobil avtobus il ərzində mərkəzin əhatə etdiyi ərazilərdə vətəndaşlara "Asan xidmət”i daha əlçatan edir. 
 
-         Səyyar xidmət haqqında məlumat verərdiniz.
-         "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara üçün səyyar formada xidmətlər həyata keçirilir. Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulan qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər
    Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir. Bu günə qədər Sumqayıt regional "ASAN xidmət” mərkəzinin səyyar xidmətindən 1500-dən yuxarı  vətəndaş yararlanıb.
 
-         "ASAN xidmət” mərkəzində hansı sosial-mədəni tədbirlər və aksiyalar həyata keçirilir?

-         Sumqayıt regional "ASAN xidmət” mərkəzi yarandığı tarixdən bu günədək müxtəlif tədbirlər və sosial aksiyaların keçirilməsi ilə fəal məşğul olur. Bu işdə mərkəzdə fəaliyyət göstərən könüllülər fəal iştirak edirlər. Əlamətdar günlər, bayram günləri mərkəzin əməkdaşları və könüllüləri tərəfindən müxtəlif şəkildə qeyd olunur. Fəaliyyətdə olduğu 4 il ərzində Mərkəz tərəfindən bir sıra xeyriyyə tədbiri keçirilib. Eləcə də "Yaşıl ASAN” layihəsi çərçivəsində "Yaşıl Dağ” və "Hər vərəqi bir yarpağa dəyişək” sosial aksiyaları, "Sənədsiz məktəbli qalmasın” layihəsi, "Multikulturalizm” ilinə həsr olunan konsert-tədbiri, yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş tamaşa, "Teatr və onun tarixi”nə həsr olunan tamaşa-tədbir, müxtəlif illərdə Gənclər gününə həsr olunan sərgi, flaşmob və "Gəncliyin Səsi” festivalı çərçivəsində keçirilən konsert tədbirləri KİV-də işıqlandırılıb.
 
-         Bir az da AKT, ASAN Məktub, ASAN Kadr, Asan School və İdeya Bankının fəaliyyəti və sizin onlarda iştirakçılığınız haqqında danışardınız

-         Asan Könüllüləri Təşkilatı 2013-cü ildə yaradılıb. Yarandığı andan bütün "ASAN xidmət” mərkəzlərinin 1000-dən çox könüllüsünü sıx əlaqələrlə birləşdirən  bu təşkilatda Sumqayıt regional "ASAN xidmət” mərkəzinin könüllüləri də fəal iştirak edir. Təşkilatın həyata keçirdiyi əksər layihələrdə mərkəzimiz uğurla çıxış edib. Bunlardan "Könüllülər yurdu Azərbaycan” , Könüllülərin I və II Ümumrespublika Forumu, "Əsgərə məktub” layihəsi, Könüllülərin I Spartakiadası, Könüllülər Parlamenti və s. qeyd etmək olar. Eləcə də AKT-nin təşkilatçılığı ilə könüllülərin özünü inkişafına yönəlmiş mütəmadi təlim və seminarlar, yay məktəbləri, regionlara müxtəlif gəzintilər həyata keçirilir.
ASAN Məktub həssas qrupa məxsus uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə yaradılmış sosial layihədir. Bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, "ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir. Bu layihə çərçivəsində bu günədək Sumqayıt regional "ASAN xidmət” mərkəzindən 42 ASAN qasid təyin olunub.
ASAN School-un missiyası Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsindən və könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsindən ibarətdir. Könüllülər Master 1 və Master 2 proqramı çərçivəsində könüllülük fəaliyyəti ilə məşğul olurlar.  "Master 1” çərçivəsində gənclər müxtəlif təlimlərdə iştirak edir və praktiki vərdişlər yiyələnirlər. Bununla yanaşı, gənclər arasında komandada iş bacarıqları formalaşdırılır. "Master 1” 8 həftə ərzində həyata keçirilir. Proqram çərçivəsində gənclərin fəaliyyəti xüsusi hazırlanan qiymətləndirmə qaydalarına əsasən qiymətləndirilir və yekunda proqram iştirakçıları 3 növ sertifikatdan birini və xasiyyətnamə əldə edirlər. "Master 2” pilləsi "ASAN School” könüllülük proqramının ikinci pilləsi olaraq könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə ixtisas sahəsi üzrə təcrübə toplamaq istəyən könüllülər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tərəfdaş qurumun əməkdaşlığı nəticəsində həyata keçirilir.
"ASAN Kadr” Karyera mərkəzi çərçivəsində fəaliyyət göstərən vakansiya portalıdır. Karyera Mərkəzi "ASAN School” könüllülük proqramı tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə yaradılıb. Qeyd edək ki, www.asankadr.az portalı 12 mart 2015-ci il tarixində Bərdə regional "ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva təqdim olunub.Sumqayıt regional "ASAN xidmət” mərkəzinin yüzlərlə məzun könüllüsü ASAN Kadr sayəsində işlə təmin olunub.
İdeya Bankı 2012-ci il 20 noyabr tarixində yaradılıb və ilk ideya bu tarixdə qəbul olunub. Bankın yaradılmasında ilkin məqsəd Dövlət Agentliyinin, o cümlədən "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün vətəndaşlardan ideyaların toplanması ilə bağlı olub.
2015-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası İdeya Bankına qoşulub. Hazırda bütün mərkəzlərin könüllüləri və əməkdaşları İdeya Bankında qeydiyyatdan keçmiş və innovativ ideyalarını Bank vasitəsilə qeydiyyatdan keçirirlər. Sumqayıt regional "ASAN xidmət” mərkəzinin könüllülərinə "İdeya Bankı” və "Layihələrin hazırlanması-təqdimat bacarıqları” mövzusunda təlimlər keçirilir. Keçirilən ideya məclislərində mərkəzin könüllüləri uğurla iştirak ediblər.             
 
Elnarə Salamova
Xeberle.com

digər xəbərlər
- Sumqayıt Dövlət Universitetinin rektoru könüllülərlə görüşdü
- Sumqayıtda "Karyerada ilk addım"
- İnterAz Sumqayıtda
- Sumqayıtda ekoloji aksiya keçirildi
- Sumqayıtlı tarixçi-pedaqoqun yeni test kitabçası çapdan çıxıb
- Adı "Yaşıl" güzəranı "Qara" dərə
- Sumqayıtda “Müstəqiliyimiz əbədidir!” (FOTOLAR)
- Sumqayıtdakı şadlıq saraylarına “Menyunu sadələşdir” qadağası, ya məsləhəti verilib? – ARAŞDIRMA (RƏY)
- Sumqayıt, Gəncə və Bakıda “Yehova şahidləri” necə təşkilatlanır? - TƏFƏRRÜAT
- Sumqayıt Dövlət Universiteti ilə “Azərişıq” ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
16 Oktyabr, 2017
15:47 "168 saat"ən əməkdaşına vəzifə verildi
14:37 Sumqayıt təşkilatı region gənclərini maarifləndirir
14 Oktyabr, 2017
21:13 İBTİDAİ SİNİF və AZƏRBAYAN DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN
12 Oktyabr, 2017
16:05 Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb
15:54 Böyük güclərin Şimali İraq qovğası
09 Oktyabr, 2017
11:30 Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib
05 Oktyabr, 2017
16:52 Müəllim bənzərsiz simadır
16:18 Bölgələrdə səhiyyə xidmətləri yaxşılaşdırılır
02 Oktyabr, 2017
21:02 Sumqayıtda “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinə start verildi
29 Sentyabr, 2017
10:22 Mərkəzi kitabxanada Qarabağ qazilərinin fəal oxucularla görüşü keçirildi
09:38 Azərbaycanda İsveçrə Universitetinin diplomunu almaq imkanı – QƏBUL MÜSAHİBƏ İLƏ APARILIR
09:19 Ağır qəza törətmiş məmur oğlundan şikayət - Fotolar
27 Sentyabr, 2017
10:35 Qərb Universitetində Çexiyanın Nyuton Kollecinin mütəxəssisinin mühazirələri başladı
25 Sentyabr, 2017
21:50 Sumqayıt Gənclər Evinin fəaliyyətini qiymətləndirin, təkliflər verin - SORĞU
14:30 Sumqayıtda Gənclər Təşkilatları 9 aylıq hesabat verdi
24 Sentyabr, 2017
21:07 “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib
22 Sentyabr, 2017
14:39 Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib – FOTOLAR
21 Sentyabr, 2017
13:48 “Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.
13:29 Final Matçının Vaxtı Dəqiqləşdi
19 Sentyabr, 2017
12:52 Səlim Müslümov: Pensiyaların artımı mexanizmi artıq dəyişib
18 Sentyabr, 2017
16:59 Aprel döyüşləri təbliğ olunacaq - LAYİHƏ
13:02 SUMQAYIT - "MƏNİM AĞ ŞƏHƏRİM"!
12:03 Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu
11:58 Asif Kurban: "Türkmən eli Azərbaycan və Türkiyənin ayrılmaz bir hissəsidir"
11:56 Bu gün Milli Musiqi günüdür
11:50 Sumqayıt və Rustavi şəhərləri arasında əməkdaşlıq genişlənir
16 Sentyabr, 2017
22:52 Zaur Svanadze: Ədalətli nəticə oldu
22:45 Samir Abasov: Qol imkanlarından yararlana bilmirik
14:27 Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib
15 Sentyabr, 2017
13:33 Şəhidlərimizin övladları Çanaqqalada Qazilər Günündə...
13:28 Ermənilərin növbəti təxribatının qarşısı alınıb
13:25 London metrosunda PARTLAYIŞ
12:17 İtaliya yığması Bakıya gəlir
14 Sentyabr, 2017
09:37 Qərb Universiteti daha bir beynəlxalq uğura imza atıb
13 Sentyabr, 2017
21:36 Məhəmmədrza Şəfii Kədkəni - YAXŞI YOL!
10 Sentyabr, 2017
22:56 Elşad Əhmədov: Komandanı məşqə kimin çıxaracağını bilmirəm
22:39 Samir Abasov: İkinci hissəyə görə gərginəm
06 Sentyabr, 2017
11:10 Sumqayıtlı deputat aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb
05 Sentyabr, 2017
12:16 Müəllimlər üçün 4 VAKANSİYA
01 Sentyabr, 2017
21:49 “Tiamo kids” Sumqayıtda daha bir ünvanda
31 Avqust, 2017
10:16 Qərb Universitetində Dillər Mərkəzi yaradılıb
29 Avqust, 2017
17:42 Onu yenidən sədr seçdilər - SUMQAYITDA
11:40 Sumqayıtlılar “Servi” mebel parkından hədiyyələr qazandılar – SİYAHI+FOTOLAR
26 Avqust, 2017
20:58 Sumqayıtda tədris mərkəzinin yeni filialı açılır – İŞTİRAKÇILAR BU ŞİRKƏTLƏRDƏN ENDİRİMLƏR ALACAQ
24 Avqust, 2017
12:02 Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyyə olundu –VİDEO
11:53 "Vur, komandir, vur!" VİDEOsunun qəhrəmanından YENİ XƏBƏR
23 Avqust, 2017
14:09 "Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU
11:18 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
11:04 Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı
10:59 Sumqayıtın uğurlu “Uğur”u!
22 Avqust, 2017
10:37 İt dişləməsindən ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı
10:34 “Sumqayıt regional "ASAN xidmət" mərkəzinə edilən müraciətlərin məmnunluq səviyyəsi 99 faizdən çox olub” - direktor Ramal Sabirli (MÜSAHİBƏ)
20 Avqust, 2017
19:21 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
17 Avqust, 2017
15:26 "Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX
12:50 İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalı azdır"
12:47 Yol polisləri qadını qarət edən oğruya aman vermədi
12:43 FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
15:28 İtalyan jurnalistin "Qarabağ əsgəri" - QANUNSUZ SƏFƏRDƏN REPORTAJ
11:30 Sumqayıtdakı reyddən MARAQLI GÖRÜNTÜLƏR
11 Avqust, 2017
12:49 Sumqayıtlıların nəzərinə: cədvəl yenə dəyişir
10 Avqust, 2017
15:54 Ortoped-travmotoloq: “20- 50 yaş insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər” – MÜSAHİBƏ
15:45 Qarabağ müharibəsi iştirakçılarının tibbi və sosial xidmətlərə çıxış imkanları yaxşılaşdırılır
15:35 Sumqayıt icra hakimiyyəti işçilərinin əmək haqqı artdı
09 İyul, 2017
12:57 Sumqayıtda 57 ilin “Volqa”sı: əsasən bəy-gəlin maşını üçün istifadə olunur – VİDEO
12:47 DİM-dən II və III qrupların abituriyentlərinə müraciət: buraxılış vərəqəsini çap edin!
08 İyul, 2017
09:54 Sumqayıtda VIII Çağırış Kubokunun qalibləri müəyyən olundu
07 İyul, 2017
15:05 Gəncəli-sumqayıtlı jurnalist od püskürdü: "Gəncəli soyqırımı aparılır"
14:37 Taksi sürücüsü gecə qadın müştərinin evinə getdi — Bu hala düşdü – FOTO
14:36 Sumqayıt sakinin maşınında silah və narkotik tapılıb
14:18 Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR
14:10 Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü
06 İyul, 2017
17:16 Əməkdar artistə ağır itki
14:26 Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir
13:42 Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”
13:36 Metroda qiymətlər artır? – Rəsmi cavab
05 İyul, 2017
13:00 Sumqayıtda 31 yaşlı gənc məktub yazaraq intihar etdi: “Məni anamın yanında basdırarsınız" - VİDEO+FOTO
11:46 Turistlər Sumqayıt Bulvarı haqda nə dedi? – VİDEOREPORTAJ
11:27 Bu il narkotiklə bağlı 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib
11:21 Azərbaycanlılar bu ölkələrə vizasız gedəcəklər
04 İyul, 2017
17:07 Zakir Fərəcov gənc könüllülərlə görüşüb – FOTOLAR
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm