20 Oktyabr, 2017 09:05

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Sumqayıtın uğurlu “Uğur”u!

23.08.2017 10:59

Bu yaxınlarda Həvəskarlar Liqasında 2016-17-ci il futbol mövsümü başa çatdı. “Bakı” Futbol Klubunun bazasında baş tutan final qarşılaşmasında Sumqayıtın “Uğur” komandası “Qaraçuxur”la üz-üzə gəlib və 2:1 hesabı iləqalib gələrək çempion adını qazanıb. Cəmi bir ildir yaranan bir komandanın Həvəskarlar Liqasında olsa belə, ilk mövsümdəcə çempion adını qazanması diqqət çəkməyə bilməz. Sumqayıt futbol şəhəri kimi tanınır, zaman-zaman bu şəhərdən güclü futbolçular çıxıb, bu gün də çıxır və gələcəkdə də çıxacaq. Çünki burda az qala hər məhlədə istedadlı uşaqlar var. Bu mənada bu şəhəri təmsil edən "Uğur”un çempion adını qazanması bizi o qədər də təəccübləndirmədi. Bununla belə, komanda ilə daha yaxından tanış olmaq, mövcud durumu, gələcək hədəfləri haqda daha ətraflı bilgi almaq üçün rəhbərlik və məşqçilər korpusu ilə görüşmək qərarına gəldik. Görüş zamanı məlum oldu ki, klubun prezidenti Vasif Maşayev eyni zamabda “Uğur”u maliyələşdirən və bütün ağırlığını çiyinlərində daşıyan yeganə şəxsdir.


Onunla söhbətə komandanın yaranma zərurətindən başladıq: “Komandamız yeni komandadır, 2016-cı ildə yaranıb. Düzü, ilk dəfə bu komandanı yaradanda fikrimiz sırf uşaq futbolunu inkişaf edirmək idi. Bu səbəbdən də 4 yaş qrupundan ibarət komanda ilə AFFA-nın bayrağı altında keçirilən ölkə çempioatına qatılmağa qərar verdik. Xüsusilə 2008 və 2004-cü il təvəllüdlü futbolçularımıza böyük ümidimiz var idi. Ancaq futbol elə şeydir ki, içində olunca iddialar, hədəflər də artır. Elə oldu ki, bir müddət sonra eyni zamanda Həvəskarlar Liqasında oynamaq ideyası ortaya çıxdı. Oturduq, baş məşqçimiz Qəzənfər Abbasovla da məsləhətləşdik, bəzi məqamları götür-qoy elədik və düşündük ki, bu da vacibdir. Bilirdik ki, Həvəskarlar Liqasında oynayıb uğur qazanmaqla həm şəhərimizi, həm də gələcəkdə beynəlxalq aləmdə ölkəmizi də layiqincə təmsil edə bilərik. Çünki bildiyiniz kimi, Həvəskarlar Liqasını qalibi həmdə ölkəni UEFA Regional Liqasında təmsil etmək hüququ qazanır. Komandanı yaradanda hədəfimiz də bu idi ki,sırf sumqayıtlı futbolçuları bu komandaya cəlb edəcəyik. Elə sumqayıtlı uşaqlardan təşkil olunan heyətlə də mübarizəyə başladıq və mövsümün sonunda çempion qadını qazandı. Özü də məğlubiyyətsiz. Ümumiyyətlə, komandamız mövsüm ərzində çempionat, kubok və yoldaşlıq görüşləri daxil 38 matç keçirdi və bunların heç birincə məğlub olmadı. 31 oyunda qalib gəlib, 7 oyunu heç-heçə etdik.


Klub  prezidenti hər işə peşəkar yanaşmağa çalışdıqlarını da xüsusi vurğuladı: “İlk gündən qarşımıza qoyduğumuz məqsədlərdən biri də bu olub  ki, adımız həvəskar olsa da işimizi peşəkar səviyyədə qurmalıyıq. Bunun üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün komandamızın məşqçilər korpusu fəaliyyət göstərir. Klubun inzibatçısı, həkimi, hətta qapıçılarla işləyən məşqçisi də var. Mövsümün əvvəlində komanda üçün Türkiyənin İstanbul şəhərindən 4 dəst geyim sifariş etdik. Bundan başqa, hərbi geyimə bənzəyən bir geyim dəstimiz də var, hansı ki, matəm günlərinə təsadüf edən oyunlara həmin formalarla çıxmağı məqsədəuyğun sayırıq. Bundan başqa, səfər oyunları üçün xüsusi avtobus ayırılır, komandanın səfərdə məskunlaşması, oyundan öncə gecələməsi, qidalanması hamısı yüksək səviyyədə təşkil olunur. Eyni zamanda klubun təbliği, piarı üzərində iş aparılır və rəsmi saytımızı da yaxın 1-2 ay ərzində hazırlayıb istifadəyə verməyi planlaşdırırıq. Bundan başqa, komandamızın fan klubu da yaradılıb və istər ev, istərsə də səfər oyunlarında bizi dəstəkləyirlər. Onların səfərlərə yollanması üçün də nəqliyyat təşkil olunur”.


Həmsöhbətimiz klubun maddi durumu haqda da danışdı: “Klubun bütün maddi yükünü hazırda tək daşıyıram. Düzü, mövsüm öncəsi müəyyənləşdirməmişdik ki, il ərzində hansı büdcə bizə bəs edəcək. Amma təxmini məbləği bilirdik. Onu deyim ki, ilk mövsümdə futbolçulara maaş verilmədi. Ancaq mükafatlar qoyulurdu. Futbolçular oyunların çəkisinə və dərəcəsinə görə pul mükafatı alırdılar. Lakin qərara almışıq ki, növbəti mövsümdən futbolçulara maaş da verilsin. Çünki onlar çəkdikləri əziyyətlə bunu haqq etdiklərini sübut etdilər. Bir sözlə, hələ ki, komandanı öz gücümüzə saxlayırıq. Amma təbii ki, gələcəkdə hədəflər böyüdükcə əlavə sponsorlara da ehtiyac olacaq. Məsələn, I Divizionda oynamaq üçün tələblər daha yüsəkdir və əlavə maddi dayaq olmalıdır. İstər sponsorlar, istərsə də şəhər rəhbərliyi tərəfindən. Yəni bu, olsa ancaq sevinərik. Çünki “Uğur” bütün Sumqayıtı təmsil edir. Bununla bərabər, düşünürük ki, bundan öncə ilk növbədə biz özümüzü təsdiq etməli, hansısa uğur qazanmalıyıq ki, sabah kimdənsə nə isə istəməyə də dilimiz olsun”.



Klub prezidenti gələcək hədəflər haqda da fikirlərini bölüşdü: “Növəti mövsüm I Divizionda oynaya bilərdik. Buna gücümüz, orda da uğurlu çıxış etmək potensialımız var. Bir söz deyim, biz yarımfinalda “Bakı” komandasına qalib gələndən sonra qulağımıza çatdı ki, AFFA nümayəndələri də bizim haqda xoş sözlər söyləyiblər, hətta deyiblər ki, bu komanda I Divizion səviyyəsində komandadır. Təbii ki, bunları eşitmək bizim üçün çox xoş idi. Amma biz belə qərara gəldik ki, növbəti mövsümdə də Həvəskarlar Liqasında çıxış edək. Bunun da bir neçə səbəbi var. İlk növbədə hər şeyi mərhələ-mərhələ keçmək istəyirik. Qeyd etdiyimiz kimi, komandamız yenidir. Zaman-zaman formalaşıb daha yuxarılara hazır vəziyyətdə qalxmaq istəyirik. Bilirik ki, I Divizionun öz tələbləri var və yeni mövsümdən bu tələblər daha da sərtləşdirilib. Yəni tam hazır olub  bunun üçün müraciət etmək lazımdır. İkincisi, növbəti mövsüm Həvəskarlar Liqasının qalibi olan komanda Azərbaycanı Avropada təmsil edəcək. Bu şansı da əlimizdən vermək istəmirik. Gedib I Divizionda 4-5-ci yeri tutmaqdansa, Həvəskarlar Liqasında qalib olub şəhərimizi, ölkəmizi Avropada təmsil etməyi daha üstün tuturuq. Həm də hədəfimiz Avropada tək çıxış etmək yox, o kuboku da Azərbaycana gətirməkdir”.


Maşayevdən bir məsələyə də münasibət öyrəndik. Məlumdur ki, hazırda Sumqayıtın Premyer Liqada bir təsilçisi var və şəhər azarkeşləri daha çox o komandanın oyunlarna gedir. Bu, “Uğur” üçün narahatlıq doğurmur ki? Klub prezidentinin cavabı belə oldu: “Sumqayıt futbol şəhəridir. Yeni yaranmış “Uğur”un ilk ildəcə sırf sumqayıtlı futbolçularla çempion adını qazanması da bunun  sübutudur. Mən düşünürəm ki, Sumqayıt kimi şəhərin iki yox, üç, dörd komandası olmalıdır. O ki qaldı sualınıza cavaba, xeyr, qətiyyən narahat eləmir. Azarkeş elə məsələdir ki, fərdi olan şeydir. Kim hansı komandaya istəyir, azarkeşlik edir. Həm də hansı liqada oynamağımızdan asılı olmayaraq hər ikimiz Sumqayıtı təmsil edirik. Mən çox istərdim ki, “Sumqayıt” azarkeşləri həm də bizə azarkeşlik etsinlər”.


Klub prezidentindən sonra komandanın baş məşqçisi Qəzənfər Abbasovun da fikirlərini öyrəndik. Çünki bu, baş məşqçi kimi onun ilk işi və ilk uğurudur. Abbasov daha öncə uşaq futbolunda çalışsa da böyük klubda ilk fəaliyyəti və elə ilk uğuru da “Uğur”la oldu: “Müəyyən müddətdir ki, uşaq futbolunda çalışıram, hazırda “C” kateqoriyasına sahibəm. Amma böyük futbolda ilk fəaliyyətim məhz “Uğur”la oldu. Düşünürəm ki, uğurlu oldu və komandamız çempion adını qazandı. Həqiqətən çox çətin mövsüm oldu, güclü rəqiblər də var idi. Amma qarşıya qoyulan məqsədə çatdıq. Bununla belə, çatmalı olduğumuz daha bir məqsəd var. Bazar günü həvəskarlar arasında ölkə kubokunun final matçı var və rəqibimiz “Masallı” komandasıdır. Şağan qəsəbəsində baş tutacaq həmin oyunda da qalib gəlib mövsümü “qızıl dubl”la bitirmək istəyirik. Klub prezidentimizin də bildirdiyi kimi, növbəti mövsümdə də Həvəskarlar Liqasında çıxış edib növbəti dəfə çempion olmağı hədəfləyirik. Bu dəfə işimiz ikiqat çətin olacaq. Çünki ilk ildə debütant olduğumuz üçün bizi ciddi qəbul etmirdilər. Lakin bu dəfə mübarizəyə çempion kimi qoşulacağıq. Bundan başqa, qalib komanda Avropaya vəsiqə qazanacağından digər komandalar da daha güclü heyətlə növbəti mövsümə qoşulacaq. Kubok oyunundan sonra komandanı istirahətə göndərəcəyik. Heyətdə yəqin ki dəyişiklik olacaq. Çünki bəzi futbolçularımız “Uğur”u tərk edib. Çempion olandan sonra futbolçularımıza I Divizion klublarından təkliflər gəlməyə başladı. İki futbolçumuz “Zaqatala” ilə müqavilə bağladı, bir futbolçumuz “Vətən”ə keçdi, bir futbolçumuz da “Binə”nin hədəfinfəfir və böyük ehtimalla o da gedəcək. Ona görə də gedənlərin yerini doldurmaq məcburiyyətindəyik. Düşünürəm ki, növbəti mövsümə kimi güclü heyət formalaşdırıb Sumqayıt azarkeşlərinin dəstəyi ilə yenidən çempion adını qazana biləcəyik”.


Həmsöhbətlərimlə söhbət zamanı məlum oldu ki, əsas komandanın təşkil olunması uşaq futboluna heç bir təsir etməyəcək. Komanda növbəti mövsündə də AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatna 4 yaş qrupu ilə qatılacaq. Bu arada, ötən il “Uğur”un uşaq komandası Lənkəranda keçirilən “Zirvə” turnirinin də qalibi olub.


Biz də öz növbəmizdə “Uğur” komandasına bundan da böyük uğurlar arzulayırıq və bütün sumqayıtlıları bu komandanı dəstəkləməyə çağırırıq. İmkanlı sponsorların, Sumqayıt şəhər rəhbərliyinin bu komandaya dəstəyi də ancaq və ancaq işin xeyrinə, Sumqayıt futbolunun  inkişafına xidmət etmiş olar.

 

Anar XANLAROV

digər xəbərlər
- Sumqayıt stadionunun direktoru vəzifəsindən azad olundu
- “Hafka”yla Siyavuş Novruzov İsgəndər Cavadovun ad günündə - Foto
- Azərbaycan futbolçuları Messi, Beyl, Riberi ilə birgə reklama çəkiliblər
- “Sumqayıt”ın U-19 və U-17 kollektivlərindən qələbə
- Portuqaliyalı futbolçuya ağır cəza verildi
- Futbolçu tribunaya qalxdı, azarkeşi vurdu, həbs olundu - Foto+Video
- “Qarabağ”ın rəqibinin baş məşqçisi dəyişir
- Yalnız “Sumqayıt” və “Xəzər Lənkəran”
- Millimizi 1/8 finala daşıyan oyunun - Videosu
- Yunanıstanın rəqibi Kosta Rika oldu

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
19 Oktyabr, 2017
21:15 İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ ÜÇÜN - Təlim
12:04 Ronaldodan sonra Messi...
11:57 Novruz Məmmədov: "Siyasətdə baş verənlər idmanda da təkrar olunur "
11:51 DTX-dən əməliyyat
11:47 Xəzərə çirkab suları axıdılır...
11:39 "WhatsApp" istifadəçiləri üçün yenilik
16 Oktyabr, 2017
15:47 "168 saat"ən əməkdaşına vəzifə verildi
14:37 Sumqayıt təşkilatı region gənclərini maarifləndirir
14 Oktyabr, 2017
21:13 İBTİDAİ SİNİF və AZƏRBAYAN DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN
12 Oktyabr, 2017
16:05 Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb
15:54 Böyük güclərin Şimali İraq qovğası
09 Oktyabr, 2017
11:30 Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib
05 Oktyabr, 2017
16:52 Müəllim bənzərsiz simadır
16:18 Bölgələrdə səhiyyə xidmətləri yaxşılaşdırılır
02 Oktyabr, 2017
21:02 Sumqayıtda “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinə start verildi
29 Sentyabr, 2017
10:22 Mərkəzi kitabxanada Qarabağ qazilərinin fəal oxucularla görüşü keçirildi
09:38 Azərbaycanda İsveçrə Universitetinin diplomunu almaq imkanı – QƏBUL MÜSAHİBƏ İLƏ APARILIR
09:19 Ağır qəza törətmiş məmur oğlundan şikayət - Fotolar
27 Sentyabr, 2017
10:35 Qərb Universitetində Çexiyanın Nyuton Kollecinin mütəxəssisinin mühazirələri başladı
25 Sentyabr, 2017
21:50 Sumqayıt Gənclər Evinin fəaliyyətini qiymətləndirin, təkliflər verin - SORĞU
14:30 Sumqayıtda Gənclər Təşkilatları 9 aylıq hesabat verdi
24 Sentyabr, 2017
21:07 “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib
22 Sentyabr, 2017
14:39 Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib – FOTOLAR
21 Sentyabr, 2017
13:48 “Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.
13:29 Final Matçının Vaxtı Dəqiqləşdi
19 Sentyabr, 2017
12:52 Səlim Müslümov: Pensiyaların artımı mexanizmi artıq dəyişib
18 Sentyabr, 2017
16:59 Aprel döyüşləri təbliğ olunacaq - LAYİHƏ
13:02 SUMQAYIT - "MƏNİM AĞ ŞƏHƏRİM"!
12:03 Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu
11:58 Asif Kurban: "Türkmən eli Azərbaycan və Türkiyənin ayrılmaz bir hissəsidir"
11:56 Bu gün Milli Musiqi günüdür
11:50 Sumqayıt və Rustavi şəhərləri arasında əməkdaşlıq genişlənir
16 Sentyabr, 2017
22:52 Zaur Svanadze: Ədalətli nəticə oldu
22:45 Samir Abasov: Qol imkanlarından yararlana bilmirik
14:27 Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib
15 Sentyabr, 2017
13:33 Şəhidlərimizin övladları Çanaqqalada Qazilər Günündə...
13:28 Ermənilərin növbəti təxribatının qarşısı alınıb
13:25 London metrosunda PARTLAYIŞ
12:17 İtaliya yığması Bakıya gəlir
14 Sentyabr, 2017
09:37 Qərb Universiteti daha bir beynəlxalq uğura imza atıb
13 Sentyabr, 2017
21:36 Məhəmmədrza Şəfii Kədkəni - YAXŞI YOL!
10 Sentyabr, 2017
22:56 Elşad Əhmədov: Komandanı məşqə kimin çıxaracağını bilmirəm
22:39 Samir Abasov: İkinci hissəyə görə gərginəm
06 Sentyabr, 2017
11:10 Sumqayıtlı deputat aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb
05 Sentyabr, 2017
12:16 Müəllimlər üçün 4 VAKANSİYA
01 Sentyabr, 2017
21:49 “Tiamo kids” Sumqayıtda daha bir ünvanda
31 Avqust, 2017
10:16 Qərb Universitetində Dillər Mərkəzi yaradılıb
29 Avqust, 2017
17:42 Onu yenidən sədr seçdilər - SUMQAYITDA
11:40 Sumqayıtlılar “Servi” mebel parkından hədiyyələr qazandılar – SİYAHI+FOTOLAR
26 Avqust, 2017
20:58 Sumqayıtda tədris mərkəzinin yeni filialı açılır – İŞTİRAKÇILAR BU ŞİRKƏTLƏRDƏN ENDİRİMLƏR ALACAQ
24 Avqust, 2017
12:02 Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyyə olundu –VİDEO
11:53 "Vur, komandir, vur!" VİDEOsunun qəhrəmanından YENİ XƏBƏR
23 Avqust, 2017
14:09 "Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU
11:18 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
11:04 Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı
10:59 Sumqayıtın uğurlu “Uğur”u!
22 Avqust, 2017
10:37 İt dişləməsindən ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı
10:34 “Sumqayıt regional "ASAN xidmət" mərkəzinə edilən müraciətlərin məmnunluq səviyyəsi 99 faizdən çox olub” - direktor Ramal Sabirli (MÜSAHİBƏ)
20 Avqust, 2017
19:21 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
17 Avqust, 2017
15:26 "Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX
12:50 İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalı azdır"
12:47 Yol polisləri qadını qarət edən oğruya aman vermədi
12:43 FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
15:28 İtalyan jurnalistin "Qarabağ əsgəri" - QANUNSUZ SƏFƏRDƏN REPORTAJ
11:30 Sumqayıtdakı reyddən MARAQLI GÖRÜNTÜLƏR
11 Avqust, 2017
12:49 Sumqayıtlıların nəzərinə: cədvəl yenə dəyişir
10 Avqust, 2017
15:54 Ortoped-travmotoloq: “20- 50 yaş insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər” – MÜSAHİBƏ
15:45 Qarabağ müharibəsi iştirakçılarının tibbi və sosial xidmətlərə çıxış imkanları yaxşılaşdırılır
15:35 Sumqayıt icra hakimiyyəti işçilərinin əmək haqqı artdı
09 İyul, 2017
12:57 Sumqayıtda 57 ilin “Volqa”sı: əsasən bəy-gəlin maşını üçün istifadə olunur – VİDEO
12:47 DİM-dən II və III qrupların abituriyentlərinə müraciət: buraxılış vərəqəsini çap edin!
08 İyul, 2017
09:54 Sumqayıtda VIII Çağırış Kubokunun qalibləri müəyyən olundu
07 İyul, 2017
15:05 Gəncəli-sumqayıtlı jurnalist od püskürdü: "Gəncəli soyqırımı aparılır"
14:37 Taksi sürücüsü gecə qadın müştərinin evinə getdi — Bu hala düşdü – FOTO
14:36 Sumqayıt sakinin maşınında silah və narkotik tapılıb
14:18 Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR
14:10 Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü
06 İyul, 2017
17:16 Əməkdar artistə ağır itki
14:26 Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir
13:42 Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm