17 Oktyabr, 2017 20:47

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

SUMQAYIT - "MƏNİM AĞ ŞƏHƏRİM"!

18.09.2017 13:02

Akif Həsənoğlu vaxtilə yaxından tanış ola bilmədiyinə təəssüf etdiyi

BMT nümayəndəsini 25 ildən sonra Sumqayıta niyə dəvət edir?

Dünyada ən çox sevdiyi, hələ 53 il əvvəl ilk dəfə uzaqdan görərək, "Ağ şəhər" kimi təsəvvür etdiyi Sumqayıtın son iki il ərzində arzuladığı şəkildə, bəyaz, yaraşıqlı bir şəhərə çevrilməsinə bəlkə də hamıdan çox, xüsusi olaraq sevinən, hədsiz qürur duyan bir sumqayıtlı var - Akif Həsənoğlu (Zeynalov)!

Sumqayıtın kimya sənayesinin 60-cı illər qurucularından olan, Azərbaycanda ən böyük tikinti təşkilatlarından birinin - "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin yaradıcısı və Baş direktoru kimi hamının yaxşı tanıdığı Akif müəllim həm də istedadlı bir dramaturq kimi Sumqayıta həsr etdiyi ilk pyesini və ilk filmini də hələ 25 il əvvəl "Mənim Ağ şəhərim" adlandırmışdı.

Bu, Akif Həsənoğlunun ssenarisi əsasında çəkilmiş həmin film idi ki, 1993-ci ildə Sumqayıtda keçirilən böyük bir rəsmi tədbirdəki çıxışına BMT nümayəndəsi bu sözlərlə başlamışdı: “Mən bu şəhərə gələndə ilk olaraq Sumqayıta həsr olunan “Mənim ağ şəhərim” kinofilminə baxdım. Yəqin ki 20 ildən sonra mən artıq təqaüddə olacam. Ancaq arzu edərdim ki, təqaüdə çıxandan sonra bu şəhərə gələndə müəllifin arzu etdiyi o Ağ şəhəri görüm”.

Bəli, bu gün o "Ağ şəhər" Akif Həsənoğlunun gənclik arzularının reallığı olaraq təkcə sumqayıtlıları deyil, bu şəhərin qonaqlarını da sevindirir, valeh edir. Yəqin ki, bir vaxtlar dövlət müstəqilliyinin ilk illərini yaşayan Azərbaycanda BMT-nin nümayəndəsi olmuş Paoolo Lembonu Sumqayıtın bugünü daha çox sevindirər, məmnun edərdi. Odur ki, məhz indi - düz iki il əvvəl bu şəhərə yeni, çox işgüzar və təşəbbüskar, yaradıcı-qurucu bir rəhbər təyin edildikdən sonra Sumqayıtın necə də daha müasir, daha gözəl, əfsanəvi bir şəhərə çevrildiyini o xoş diləkli, xoş arzulu P.Lemboya göstərmək, doğma şəhəri onunla birgə qarış-qarış gəzərək, fəxr etmək, öyünmək üçün Akif müəllim onu Azərbaycana, Sumqayıta dəvət etmək niyyətindədir. Arzusundadır ki, çox gec də olsa - yaranışından 66 il sonra, nəhayət ki, bu dəniz şəhərinin də çox gözəl, bənzərsiz bulvarını - sahil parkını, lap yaxın vaxtlarda istifadəyə veriləcək dəniz limanını ona göstərsin, gəmi və katerlə onunla birgə Xəzərin "gəmi izi" (ayaq izi!) dəyməyən lacivərd ləpəli qoynunda dəniz gəzintisinə çıxıb, yaxınlıqdakı Abşeron kənd və qəsəbələrinə səyahətə çıxsınlar.

Akif müəllim öz qonağına böyük bir həvəslə şəhərin indi güzgü kimi düz və hamar olan, gecə işıqları altında bərq vuran yollarını, pəncərələri əlvan işıqlardan sayrışan, müasir görkəm almış binalarını, dünyanın ən gözəl gül-çiçəkləri ilə bəzədilmiş küçə, park və meydanlarını göstərmək, ağaclar altında qoyulmuş rahat skamyalarda oturub, çay süfrəsi arxasında Sumqayıtın dünənindən, bugünündən, sabahından danışmaq arzusundadır. Və ən əsası ona fəxrlə bildirmək istəyindədir ki, bir vaxtlar P.Lembonun bəlkə də heç reallaşacağına gümanı olmadan xoş bir xəyal kimi dilə gətirdiyi arzusu bu gün çin olub. Bu arzunu isə axır ki çox qısa bir zamanda inanılmaz həqiqətə çevirməyi bacaran bir şəhər rəhbəri tapıldı ki, indi yaşından, cəmiyyətdəki mövqeyindən asılı

olmayaraq hər bir sumqayıtlı ona qəlbən təşəkkür edir, onunla fəxr edir, öyünür. Çünki indi şəhərə çıxanda əvvəlki illərdən fərqli olaraq hər addımda ətrafdakı xoş mənzərələri görüb, böyük-kiçik - hamının ürəyi açılır, gözləri gülür, qəlbi sevinir.

...Babası ilə ilk dəfə parkda kövrək addımlarla gəzən 2-3 yaşlı uşağın da qeyri-ixtiyari babasının əlini dartaraq, gözəlliyi ilə göz oxşayan əlvan güllərə sarı əyilib xoşuna gəlmiş bir gülü qoparmaq istəyində belə bu şəhərə vurğunluq var, bu şəhəri cazibədar, sevimli edənlərə sanki bir minnətdarlıq, təşəkkür var. Hətta babanın "olmaz!" desə də, ataların "dövlətdə - dəvə, övladda - nəvə" misalının sanki daha bir təsdiqi olaraq, görən olmasın deyə ehtiyatla sağa-sola göz gəzdirib, istəkli, "baldan şirin" nəvəsinə bir qızılgül dərib verməsində də bu şəhərin rəhbərliyinə minnətdarlıq, təşəkkür ifadəsi var.

İndi sumqayıtlılar üçün şəhərə gələn qonaqları gəzdirib-əyləndirmək, istirahətlərini yaddaqalan, mənalı, qəlblərini xoş etmək üçün daha əlavə vaxt itirib, həm də kifayət qədər xərcə düşüb, paytaxta getməyə də qətiyyən ehtiyac yoxdur. Gözəlliklərə qərq olmuş şəhərin küçə və meydanlarını dolaşmaq, hər guşəsi heyranlıq doğuran, bir başından o başına getmək üçün ən azı saat yarım vaxt lazım gələn Sumqayıt bulvarı heç şübhəsiz ki hər bir qonağın ürəyini fərəh hissi ilə doldurur, razılıq doğurur. Və əgər bir vaxtlar ezamiyyətlə və ya istirahətlə bağlı xaricdə olan sumqayıtlılar doğma şəhərə dönəndə gəzdikləri ölkə və şəhərlərdən ağız dolusu, heyranlıqla, həm də Sumqayıtla müqayisədə qibtə ilə danışırdılarsa, indi əksinə - bizim qonaqlarımız Sumqayıtdan böyük təəssüratla ayrılır (əslində, imkanları olsa, heç ayrılmaq da istəmirlər), cəmi iki il ərzində bu dəniz şəhərinin necə də dəyişdiyinə, bütün gördükləinə inana bilmirlər.

Yəqin çoxları xatırlayır ki, Sumqayıtın 40 ildən çox dostluq telləri ilə bağlı olduğu Lüdviqshafen (Almaniya) şəhərindən gələn qonaqları 80-90-cı illərdə ancaq şəhərin "baş idarəsi"ndə qarşılayıb, qonaqlıq verdikdən sonra gəzinti və istirahət üçün onları tələm-tələsik paytaxta qaytarır, ya da Qubaya, Qusara aparmaqla "borcumuzdan çıxırdıq". Dünyanın çox da böyük olmayan, lakin ən təmiz, göz oxşayan, yaraşıqlı şəhərlərindən olan Lüdviqshafendən olan qonaqları xəcalətimizdən Sumqayıtda o şəhərin adını daşıyan, lakin heç bir diqqət göstərilməyən, yalnız alman qonaqlarımız gələn ərəfədə yadımıza düşüb, tələm-tələsik yan-yörəsini "süpürüb-təmizlədiyimiz" parka da aparmağa utanırdıq. Alman dostlarımız bizim necə "dost" olduğumuzu əyani olaraq görsələr də, özlüklərində buna təəssüf edib, acısalar da, dostluq xatirinə bunu büruzə verməməyə çalışır, etika xatirinə baş barmaqlarını yuxarı tutub, "danke şön", "okey" demək məcburiyyətində qalırdılar.

Sanki bütün əvvəlki şəhər rəhbərləri gözləyirdi ki, Lüdviqshafen parkını onlar yox, başqa bir adam, daha zövqlü, dostluğun-qardaşlığın əhəmiyyətini, dəyərini daha yaxşı bilən gələcək şəhər başçılarından biri qaydaya salsın, dostluq parkına çevirsin. Və çox yaxşı ki dostluğun qədrini-qiymətini bilən həmin adam gec də olsa, gəlib çıxdı. Təşəbbüs, ideya, yüksək zövq, düzgün, səriştəli rəhbərlik necə də böyük əhəmiyyətə malik imiş! Məhz şəhərin yeni başçısı Zakir Fərəcovun sayəsində Lüdviqshafen parkı, nəhayət ki, əsl dostluq parkına, yaxın-uzaq mikrorayonlarda yaşayan böyüklü-kiçikli sakinlərin boş vaxtlarda həvəslə, sevinclə istirahət etdikləri yaraşıqlı, gecələr gur işıqlı, gözəl, müasir bir parka çevrilib. Və bunu görmək olduqca xoş idi ki, əvvəllər bərbad vəziyyətinə görə utandığımız parkın görkəmi bir il əvvəl büsbütün dəyişdirildikdən sonra Sumqayıt-Lüdviqshafen dostluğunun 40 illik yubileyi münasibətilə bu il mayın əvvəlində

şəhərimizdə keçirilən bayram tədbirlərində iştirak edən hər bir alman qonağımızın və onların nümayəndə heyətinin rəhbəri, Lüdviqshafen şəhərinin oberburqomistri doktor xanım Eva Louzenin üzlərində necə də böyük sevinc qığılcımları, xoş təbəssüm vardı və onlar indi bu dostluğun atalar misalında deyildiyi kimi - "dost dosta tən gərək..." tələbi səviyyəsinə çatdığından necə böyük razılıq hissi keçirirdilər! Bir də axı, əsl dost dostunun pis yox, yaxşı, xoş günlərini görmək istəyər. Və bunu sezməmək mümkün deyildi ki, alman qonaqlarımız artıq sumqayıtlı dostlarının da gəncləşmiş, yenilənmiş görkəmi ilə, narıncı "papaqlı" binaları, düz və hamar yolları, gülzarlığa qərq olmuş küçələri, meydanları ilə onların şəhərinə tən olan, bir sırada, bərabər dayanmağa layiq olan, gözəlliyi daha da göz oxşayan, firavanlığın, sevincin artdığı bir şəhərdə yaşamalarına necə də ürəkdən sevinirdilər!..

Sumqayıtda alman dostların uzun illər davam edən narahatlığına son qoyulması da - 1941-45-ci illər müharibəsindən sonra əsir alınaraq bu şəhərə gətirilmiş, Sumqayıtın ilk yaraşıqlı binalarının tikintisində əməyi olmuş almanların vaxtilə dəfn olunduqları məzarlığın da məhz son bir ildə Avropa tipli şəklə salınması, orda son məskən tapmış hər bir keçmiş əsir haqqında hər iki dildə yazılmış məlumat lövhələrinin qoyulması, dəqiq ad və ünvanlarının verilməsi qonaqların razılıq doğuran göz yaşlarına səbəb olmuşdu.

Təkcə bu iki fakt yalnız Sumqayıt-Lüdviqshafen deyi, bütünlükdə Azərbaycan-Almaniya hərtərəfli əlaqələrinin möhkəmlənməsində çox mühüm əhəmiyyət kəsb edir. Və çox yaxşı ki, əvvəllər dostluqda laqeydlikdən, iş bilməzlikdən yol verilmiş boşluqlar, nöqsanlar axır ki, bir il əvvəl tamamilə aradan qaldırılmışdır.

Təbii ki, Xəzərin sahilində yaqut boyunbağı kimi uzanıb gedən Sumqayıt bulvarı da alman dostları qəlbən çox sevindirmişdi. Elə burdaca, dənizin beş addımlığında inşa edilən çoxmərtəbəli, unikal görkəmli otellər isə onları sanki çox gözəl bir romantik aləmə aparırdı. Alman dostlarımızdan bəziləri istəklərini gizlətmədən bildirmişdilər ki, artıq gələn ilin yayını Avropanın başqa istirahət mərkəzlərində deyil, Sumqayıtda, dostlarının yanında, dənizin "ovuclarının içində" olacağı yeni sahil otellərində, Xəzərin qoynunda keçirəcəklər. Hələ o vaxt müasir gəmilərdə dəniz gəzintilərinin də olacağı alman və digər qonaqları da Sumqayıta daha çox cəlb edəcək.

***

Sumqayıtın bir vaxtlar arzuladığı kimi "Ağ şəhər"ə çevriləcəyini, həm də bunun son iki ildə baş verə biləcəyini xəyalına belə gətirməyən Akif müəllim hələ ötən əsrin 50-60-cı illərində haqqında çox eşitdiyi bu şəhərə ilk gəlişini xatırlayaraq deyir:

- Sumqayıtı ilk dəfə 1964-cü ilin aprel ayının 6-da, institutdan Superfosfat zavoduna praktikaya gələrkən avtobusun pəncərəsindən, Ceyranbatanı keçəndən sonra görmüşdüm. Uzaqdan görünən ağ evlər mənə sahilə qonmuş ağ qağayıları xatırladırdı. Hərçənd dəniz görünmürdü, amma eşitmişdim ki, Sumqayıt düz dənizin sahilində yerləşir. Heç təsadüfi deyil ki, uzun illər sonra qələmə aldığım ilk pyesimin adını da Sumqayıtı xəyalımda təsəvvür etdiyim kimi “Mənim ağ şəhərim” qoymuşdum.

Həmin vaxtdan etibarən taleyini Sumqayıtla bağlayan gənc mühəndis Akif Zeynalov artıq 7 ildən sonra böyük bir kimya müəssisəsinin baş mexaniki olmuş, bu şəhərdə ailə

qurub, ev-eşik sahibi olmuşdur. İstedadlı bir mütəxəssis kimi pillə-pillə yüksələrək, 1990-cı ilin sonlarında yaradılmış “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin Baş direktoru təyin edilmişdir. Məhz onun yüksək təşkilatçılığı və təşəbbüskarlığı sayəsində həmin ildən başlayaraq Birliyin 130-dan artıq tikinti idarəsinin daxil olduğu 11 Trest yaradılmışdı ki, onlar da əsasən Qarabağ və Qarabağətrafı rayonlarda, o cümlədən Laçında, Qubadlıda, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və digər rayonlarda, hətta Naxçıvanda da fəaliyyət göstərirdi. Birliyin 5000-dən artıq işçisinin 1200-dən çoxu daimi işlə təmin olunmuş qaçqın-köçkün həmyerlilərimiz idi.

Birliyin rəhbəri kimi Akif müəllimin o ağır, çətin illərdə Azərbaycan Milli Ordusunun silah-sursatla, qaçqınlarımızın ərzaq və s.-lə təmin olunmasında, şəhid və döyüşçü ailələrinə uzunmüddətli yardım göstərilməsində çox mühüm rolu olmuşdur. O zaman böyük gəlirlə işləyən “Azmənzilsənayetikintitəmir” İB-nin vəsaiti hesabına Akif müəllim böyük səxavətlə xeyriyyə işlərinə milyonlarla manat vəsait ayırırdı. Birlik rəhbəri kimi o, qədim Göyçə, Zəngəzur ellərindən, Qarabağ yurdundan didərgin düşüb, Sumqayıta pənah gətirib-sığınan həmvətənlərimizi çox ehtiramla, diqqət və qayğı ilə qarşılayaraq, hətta Birliyin iş otaqlarını belə "yuxarıdan" göstəriş olmadan əsl qonaqpərvərliklə onlara vermiş, bütün yaşayış qayğılarını da öz üzərinə götürmüşdü.

Bütün həyatını Sumqayıtın neft-kimya sənayesi ilə bağlayan Akif müəllim ötən illər ərzində həm də istedadlı bir dramaturq kimi geniş fəaliyyət göstərmişdir. O, Bakının və Sumqayıtın Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuş 10-dan artıq pyes və ssenarinin, eyni zamanda indi xatırladığımız "Mənim Ağ şəhərim" filminin ssenari müəllifidir.

...Ömrünün 50 ildən çoxunu Sumqayıta, onun inkişafına həsr etrmiş, bütün varlığı ilə bu şəhərə bağlı olan, onun yüksəlişinə qəlbən sevinən, oktyabrda 75 yaşını qeyd edəcək Akif müəllim özünün bu doğma şəhəri haqqında həmişə olduğu kimi yenə də iftixarla, ürək dolusu danışır:

- Mənin həyat yolum, ilk iş yerim Sumqayıtdan başlayıb. Belə ki, ali məktəbi əla qiymətlərlə bitirib, mühəndis-mexanik ixtisası üzrə təyinatla bu şəhərə göndərilmişəm. İlk iş yerim də Sumqayıt Kimya Kombinatı olub. 75 illik ömrümün cəmi 17 ilə qədərini boya-başa çatdığım Füzuli rayonunda yaşamışam. Ona görə də belə hesab edirəm ki, doğulduğum məkan Füzuli olsa da, Ulu Tanrı tərəfindən mənə qismət olan yurdum, vətənim Sumqayıtdır. Mən məhz bu şəhərdə sıravi çilingər kimi işə başlayaraq, 1990-cı ildə İttifaq miqyaslı Tikinti Birliyinin baş direktoru vəzifəsinə yüksəldim, şəhər Sovetinin deputatı seçildim. Bütün gəncliyimi Sumqayıtın kimya sənayesinin tikintisinə, inkişafına həsr etmişəm. Hekayələrimi, povestlərimi, pyeslərimi də bu şəhərdə yazmışam. Bu şəhərdə özümə çoxlu yaxşı dostlar, tanışlar tapmışam.

Onu da deyim ki, 20-25 il əvvəl bizim bir çox tanışlarımızın, vəzifə sahiblərinin maddi vəziyyəti yaxşılaşan kimi Bakıya köçdülər. O vaxtlar mən də istəsəydim, Bakıya köçə bilərdim. Amma mən bu şəhərdə - mənim üçün doğma, əziz olan Sumqayıtda qalmağa üstünlük verdim, burda yaşadım və Allahın köməkliyi ilə ömrümün sonuna kimi də bu şəhərdə yaşayacam. Ssenarisni yazdığım və o vaxtlar 7 milyon manat xərc çəkib ərsəyə gətirdiyim “Mənim ağ şəhərim” kinofilmi də bu şəhərə olan sevgimin nəticəsidir.

Bəli, Sumqayıt mənimçün doğma şəhərdir. 22 yaşından bu şəhərdə yaşayıram. Şəhər mənim gözlərim qarşısında tikilib, inkişaf edib, onun hər bir küçə və meydanı, hər binası, hər ağacı, hər daşı mənim üçün döğmadır, əzizdir.

İndi fikirləşirəm ki, gör bu şəhərə nə qədər katiblər, icra başçıları gəlib-gedib... Düzdür, onlar da bu şəhər üçün azdan-çoxdan bacardıqlarını ediblər. Ancaq onların heç biri bu şəhəri bugünkü inkişaf səviyyəsinə çatdıra, bu cür geniş miqyaslı, böyük həcmli səmərəli işlər görə bilməyiblər. Ancaq indi baxın... Son iki ildə şəhərimizin bu dərəcədə gözəlləşərək, füsünkar olmasını heç təsəvvürümə belə gətirə bilməzdim. Yadımdadır, 1993-cü ildə BMT-nin Azərbaycanda ilk nümayəndəsi olan P.Lembonun Sumqayıtdakı çıxışı zamanı "Mənim Ağ şəhərim" filmimlə bağlı dediyi sözləri eşidəndə məni ağlamaq tutmuşdu. Ona görə kövrəlmişdim ki, ingilis dilində danışaraq mənim ssenarim əsasında çəkilən kinofilm haqqında BMT nümayəndəsi belə yüksək fikirlər söyləyir, mənim Sumqayıtla bağlı arzularımın reallaşmasını istəyirdi. (Ancaq onu da deyim ki, çox qəribə idi ki, zalda əyləşənlərdən biri də durub demədi ki, bu kinofilmin ssenarisini yazan və onun ekranlaşdırılmasına 7 milyon manat vəsait xərcləyən Akif Həsənoğlu bizimlə birlikdə burada, zalda əyləşib. Axı, şəhərin rəhbərləri bilirdilər ki, bu filmin "yiyəsi" mənəm. Ancaq sanki hamısı mürgü vururdu, biri də dillənmədi. Özüm isə utandım P.Lemboya yaxınlaşıb deyəm ki, a kişi, bu filmin ssenari müəllifi və onu çəkdirən də mənəm...)

Bir vaxtlar xəyalən düşündüyüm, arzusunda olduğum Ağ şəhəri indi, bugünlər görə bilməyimə çox şadam. Dediyim kimi, çox gənc ikən düşdüm bu şəhərin qoynuna, onun qaynar həyatına. Dözdüm zəhərinə, ağrısına-acısına, xaosuna, sevindim yavaş-yavaş böyüməsinə, dirçəlməsinə... Həmişə içimdə bir arzu vardı ki, ilk dəfə uzaqdan gördüyüm Ağ şəhər həqiqətə çevrilsin. Bax, indi artıq onu bir yuxu, xəyal kimi yox, real olaraq görürəm. Bu gün Sumqayıtın nağılvari, gözəl bir şəhərə çevrilməsinin səbəbkarı isə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bu şəhərlə bağlı istək və arzularını uğurla həyata keçirən bir nəfərdir - o da Sumqayıtın İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcovdur. Doğrudan da, düz deyirlər ki, hər şeyi kadrlar həll edir. Görün, bu şəhərdə bir nəfərin - əsas rəhbərin dəyişməsi ilə hər şey necə də uğura, yaxşılığa doğru dəyişdi. Məhz onun gərgin, yaradıcı əməyi sayəsində şəhər yeni, cəlbedici, daha gözəl görkəm alıb. Elə təkcə Sumqayıtın bulvarı bu gün paytaxtımızın bulvarı qədər, hətta daha da gözəldir. Zakir müəllim sumqayıtlıların çoxillik arzularını uğurla reallaşdırır... Çox sevinirəm ki, on illər əvvəl xəyalımda dolandırdığım, arzu etdiyim Ağ şəhəri görmək, nəhayət ki mənə və bütün sumqayıtlılara nəsib oldu. Mənimçün bundan da böyük sevinc, mükafat ola bilərmi?

Mən hələ 2005-ci ildə belə bir fikir söyləmişdim: “Azərbaycan 1969-cu ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndə birinci intibah dövrünü yaşadı, 2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə isə ölkəmiz ikinci intibah dövrünü yaşayır”. Bu fikirlərim bir neçə qəzetdə də dərc edilib.

Bu gün isə deyirəm ki, əgər Sumqayıt Sovetlər dövründə birinci intibahını yaşamışdısa, cənab prezidentimiz İlham Əliyevin sumqayıtlılara göstərdiyi böyük diqqət və qayğısı sayəsində Zakir Fərəcovun Sumqayıta rəhbərlik etdiyi indiki dövrdə bu şəhər ikinci intibah dövrünü yaşayır.

Rəhman ORXAN,

Ağalar İDRİSOĞLU.

P.S. Uzun müddət xəstə olub, son vaxtlar sağlamlığını tam bərpa

etmiş Akif müəllimlə əlaqə saxlamaq istəyində olan dost-tanışlar

üçün onun telefon N-sini təqdim edirik: (050) 340-88-88.

digər xəbərlər
- Bukmekerlər nə deyir: Nobeli kim qazanacaq? TƏHLİL
- Cocuq Mərcanlı yox, Yeni Mərcanlı !
- Sumqayıtlı Vaqif Əhmədovun 28 il əvvəl Ermənistandakı fədakarlığı (65 illik yubileyi münasibətilə)
- Milli sərvətimiz qurdbasar
- O səs nə səs idi, Allah?!..
- Sumqayıtın futbol qürurları
- “Novruz”-xalqımızın dünəni, bu günü, sabahı
- Heç kəs unudulmur...
- Şair-jurnalist Akif Səməd Sumqayıtda V.Leninin… qulağına nə demək istəyirdi?
- Ürəklərin qovuşduğu gün…

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
16 Oktyabr, 2017
15:47 "168 saat"ən əməkdaşına vəzifə verildi
14:37 Sumqayıt təşkilatı region gənclərini maarifləndirir
14 Oktyabr, 2017
21:13 İBTİDAİ SİNİF və AZƏRBAYAN DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN
12 Oktyabr, 2017
16:05 Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb
15:54 Böyük güclərin Şimali İraq qovğası
09 Oktyabr, 2017
11:30 Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib
05 Oktyabr, 2017
16:52 Müəllim bənzərsiz simadır
16:18 Bölgələrdə səhiyyə xidmətləri yaxşılaşdırılır
02 Oktyabr, 2017
21:02 Sumqayıtda “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinə start verildi
29 Sentyabr, 2017
10:22 Mərkəzi kitabxanada Qarabağ qazilərinin fəal oxucularla görüşü keçirildi
09:38 Azərbaycanda İsveçrə Universitetinin diplomunu almaq imkanı – QƏBUL MÜSAHİBƏ İLƏ APARILIR
09:19 Ağır qəza törətmiş məmur oğlundan şikayət - Fotolar
27 Sentyabr, 2017
10:35 Qərb Universitetində Çexiyanın Nyuton Kollecinin mütəxəssisinin mühazirələri başladı
25 Sentyabr, 2017
21:50 Sumqayıt Gənclər Evinin fəaliyyətini qiymətləndirin, təkliflər verin - SORĞU
14:30 Sumqayıtda Gənclər Təşkilatları 9 aylıq hesabat verdi
24 Sentyabr, 2017
21:07 “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib
22 Sentyabr, 2017
14:39 Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib – FOTOLAR
21 Sentyabr, 2017
13:48 “Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.
13:29 Final Matçının Vaxtı Dəqiqləşdi
19 Sentyabr, 2017
12:52 Səlim Müslümov: Pensiyaların artımı mexanizmi artıq dəyişib
18 Sentyabr, 2017
16:59 Aprel döyüşləri təbliğ olunacaq - LAYİHƏ
13:02 SUMQAYIT - "MƏNİM AĞ ŞƏHƏRİM"!
12:03 Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu
11:58 Asif Kurban: "Türkmən eli Azərbaycan və Türkiyənin ayrılmaz bir hissəsidir"
11:56 Bu gün Milli Musiqi günüdür
11:50 Sumqayıt və Rustavi şəhərləri arasında əməkdaşlıq genişlənir
16 Sentyabr, 2017
22:52 Zaur Svanadze: Ədalətli nəticə oldu
22:45 Samir Abasov: Qol imkanlarından yararlana bilmirik
14:27 Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib
15 Sentyabr, 2017
13:33 Şəhidlərimizin övladları Çanaqqalada Qazilər Günündə...
13:28 Ermənilərin növbəti təxribatının qarşısı alınıb
13:25 London metrosunda PARTLAYIŞ
12:17 İtaliya yığması Bakıya gəlir
14 Sentyabr, 2017
09:37 Qərb Universiteti daha bir beynəlxalq uğura imza atıb
13 Sentyabr, 2017
21:36 Məhəmmədrza Şəfii Kədkəni - YAXŞI YOL!
10 Sentyabr, 2017
22:56 Elşad Əhmədov: Komandanı məşqə kimin çıxaracağını bilmirəm
22:39 Samir Abasov: İkinci hissəyə görə gərginəm
06 Sentyabr, 2017
11:10 Sumqayıtlı deputat aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb
05 Sentyabr, 2017
12:16 Müəllimlər üçün 4 VAKANSİYA
01 Sentyabr, 2017
21:49 “Tiamo kids” Sumqayıtda daha bir ünvanda
31 Avqust, 2017
10:16 Qərb Universitetində Dillər Mərkəzi yaradılıb
29 Avqust, 2017
17:42 Onu yenidən sədr seçdilər - SUMQAYITDA
11:40 Sumqayıtlılar “Servi” mebel parkından hədiyyələr qazandılar – SİYAHI+FOTOLAR
26 Avqust, 2017
20:58 Sumqayıtda tədris mərkəzinin yeni filialı açılır – İŞTİRAKÇILAR BU ŞİRKƏTLƏRDƏN ENDİRİMLƏR ALACAQ
24 Avqust, 2017
12:02 Sumqayıtda yataqxanada yanğın: 30 nəfər təxliyyə olundu –VİDEO
11:53 "Vur, komandir, vur!" VİDEOsunun qəhrəmanından YENİ XƏBƏR
23 Avqust, 2017
14:09 "Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU
11:18 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
11:04 Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı
10:59 Sumqayıtın uğurlu “Uğur”u!
22 Avqust, 2017
10:37 İt dişləməsindən ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı
10:34 “Sumqayıt regional "ASAN xidmət" mərkəzinə edilən müraciətlərin məmnunluq səviyyəsi 99 faizdən çox olub” - direktor Ramal Sabirli (MÜSAHİBƏ)
20 Avqust, 2017
19:21 Sumqayıtda mebel evinin qeyri-adi açılış tədbiri olacaq – 26 AVQUSTDA
17 Avqust, 2017
15:26 "Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX
12:50 İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalı azdır"
12:47 Yol polisləri qadını qarət edən oğruya aman vermədi
12:43 FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
15:28 İtalyan jurnalistin "Qarabağ əsgəri" - QANUNSUZ SƏFƏRDƏN REPORTAJ
11:30 Sumqayıtdakı reyddən MARAQLI GÖRÜNTÜLƏR
11 Avqust, 2017
12:49 Sumqayıtlıların nəzərinə: cədvəl yenə dəyişir
10 Avqust, 2017
15:54 Ortoped-travmotoloq: “20- 50 yaş insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər” – MÜSAHİBƏ
15:45 Qarabağ müharibəsi iştirakçılarının tibbi və sosial xidmətlərə çıxış imkanları yaxşılaşdırılır
15:35 Sumqayıt icra hakimiyyəti işçilərinin əmək haqqı artdı
09 İyul, 2017
12:57 Sumqayıtda 57 ilin “Volqa”sı: əsasən bəy-gəlin maşını üçün istifadə olunur – VİDEO
12:47 DİM-dən II və III qrupların abituriyentlərinə müraciət: buraxılış vərəqəsini çap edin!
08 İyul, 2017
09:54 Sumqayıtda VIII Çağırış Kubokunun qalibləri müəyyən olundu
07 İyul, 2017
15:05 Gəncəli-sumqayıtlı jurnalist od püskürdü: "Gəncəli soyqırımı aparılır"
14:37 Taksi sürücüsü gecə qadın müştərinin evinə getdi — Bu hala düşdü – FOTO
14:36 Sumqayıt sakinin maşınında silah və narkotik tapılıb
14:18 Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR Hərbi xidmətdən qayıdarkən ağır qəzaya düşən sumqayıtlı kimdir? - FOTOLAR
14:10 Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü
06 İyul, 2017
17:16 Əməkdar artistə ağır itki
14:26 Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir
13:42 Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”
13:36 Metroda qiymətlər artır? – Rəsmi cavab
05 İyul, 2017
13:00 Sumqayıtda 31 yaşlı gənc məktub yazaraq intihar etdi: “Məni anamın yanında basdırarsınız" - VİDEO+FOTO
11:46 Turistlər Sumqayıt Bulvarı haqda nə dedi? – VİDEOREPORTAJ
11:27 Bu il narkotiklə bağlı 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib
11:21 Azərbaycanlılar bu ölkələrə vizasız gedəcəklər
04 İyul, 2017
17:07 Zakir Fərəcov gənc könüllülərlə görüşüb – FOTOLAR
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm