27 Aprel, 2018 00:52

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Elxan Şahinoğlu: "Sülh Platforması İrəvanla yanaşı Minsk Qrupunu da dilemma qarşısında qoyub"

23.11.2017 15:04

“Ermənilər o zaman bizim çağırışları eşitmədilər, düşündülər ki, güclüdürlər, bizə şərtlərini diktə edə bilərlər; indi nə gücləri qalıb, nə də enerjiləri: 2016-cı ilin aprel savaşında ordularının məğlubedilməzlik “mifi” də dağıldı”

Ötən ayın sonlarında Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Tiflisdə təsis edildi. İlk dəfə olaraq 5 erməni, 5 azərbaycanlı, habelə ATƏT-in Minsk Qrupuna daxil olan digər 9 ölkənin hərəsindən 1 nəfər olmaqla, 19 nəfərlik İdarə Heyəti formalaşdı. Bundan başqa, 14 ölkəni təmsil edən 29 nəfərlik Ekspertlər Şurası fəaliyyətə başladı. Ekspertlər hesab edir ki, bu, sülh yaratma prosesində yeni situasiya deməkdir. Bu mövzuda növbəti həmsöhbətimiz “Atlas” Araşdırmalar və Qərb Kaspi Universiteti nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.

- Elxan bəy, münaqişənin sülh yolu ilə həllinə yönəlik ilk belə formatı necə dəyərləndirirsiniz?

- Bu formatı müsbət qiymətləndirirəm. Hətta Azərbaycan-Ermənistan Sülh Platforması sülhün əldə olunması istiqamətində ciddi nəticə əldə etməsə belə, təşəbbüsün varlığı belə Azərbaycan dövlətinin və xalqının xeyrinədir. Bununla biz göstəririk ki, torpaqlarımızı azad etmək məqsədilə savaşmağa hazırıq, eyni zamanda ermənilərlə dialoqdan da çəkinmirik. Yetər ki, işğala son qoyulsun. Biz o ermənilərlə birgə işləməyə hazırıq ki, sözün həqiqi mənasında Ermənistanla Azərbaycan arasında sülh istəsinlər, işğalçılıqdan vaz keçsinlər, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışına razılaşsınlar. Bu prinsipləri qəbil edən ermənilərlə azərbaycanlıların Sülh Platformasında birgə fəaliyyəti, məncə, hər iki xalqın və dövlətin xeyrinədir. Platformanın əsas məqsədlərindən biri də yuxarıda sadalanan prinsipləri daha çox erməninin qəbul etməsinə çalışmasıdır. Bugünlərdə Böyük Britaniyadan tanınmış siyasi ekspert Bakıya gəlmişdi, ölkəsində tanınmış təşkilatın rəhbəridir. O, qapalı konfransda çıxış etdi, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra iki xalq arasında təmasların - xalq diplomatiyasının vacibliyindən danışdı. Çıxışımda ona dedim ki, velosiped icad etməyə lüzum yoxdur, azərbaycanlılarla ermənilərin birgə təsis etdikləri Sülh Platforması var, bu platformaya və onun çalışmalarına dəstək verin.

- Sizcə, vətəndaş cəmiyyəti tərəfindən belə bir yanaşmanın tətbiqi konfliktin həllinə yeni impuls verə bilərmi?

- Sülh Platformasının əsası 6 dekabr 2016-cı ildə qoyulub. Bu ideya ondan yarandı ki, Ermənistanı tərk edən bir neçə erməni fəalı və Avropadakı bir qrup erməni bəyanat verdilər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası doğru deyil və iki xalq barışmalıdır. Həmin ermənilərin bu çağırışları Azərbaycan hakimiyyəti və cəmiyyətinin əksər hissəsi tərəfindən müsbət qarşılandı. Platformanın hazırkı məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı dialoqun genişləndirilməsinə nail olmaqdır. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir. Fikrimcə, hazırda Sülh Platforması qarşısında 3 vəzifə dayanır: Birincisi, Sülh Platforması çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoqun genişləndirilməsinə ehtiyac var. Ermənistanda, Dağlıq Qarabağda və Avropada yaşayan ermənilər içərisində Azərbaycanla düşmənçiliyin səhv olduğunu anlayanlar var. Ancaq onların böyük qrupu öz fikirlərini açıq ifadə etməkdən çəkinirlər. Sülh Platforması həmin ermənilərin təşkilata və dialoqa cəlb etməlidir. Azərbaycan Sülh Platforması vasitəsilə Ermənistana mesaj yollayır. Mesajın əhəmiyyəti budur ki, sülh danışıqlarında irəliləyiş olmadığına görə Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi yoldan istifadə etmək hüququna malikdir, bununla yanaşı Azərbaycan cəmiyyəti normal qonşuluq əlaqələri qurmaq istəyən ermənilərlə də dialoqa hazırdır.

- Platformanın Bakıda ofisinin açılması hansı perspektivlər vəd edir?

- Platformanın Bakıda ofisinin açılması perspektivi o deməkdir ki, Azərbaycan cəmiyyəti ermənilərlə dialoqa hazırdır və yeni ideyalar müzakirə oluna bilər. İndi vacib olan Ermənistan hakimiyyətinin Platformanın İrəvanda ofisinin açılmasına icazə verməsidir. Əgər Platformanın İrəvanda ofisinin açılmasına icazə verilməsə, bu o demək olacaq ki, Ermənistan hakimiyyəti Sülh Platformasının fəaliyyətində maraqlı deyil.

İkincisi, Sülh Platforması Minsk Qrupunun tərkibində məşvərətçi səsə malik olmaq istəyir. Həmsədrlər daima deyirlər ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq bərpa olunmalıdır. Sülh Platforması məhz həmsədrlərin bu istəyinə cavabdır. Ona görə də, Minsk Qrupu həmsədrləri Sülh Platformasının bu təklifinə müsbət cavab verməsə özünün əksinə getmiş olacaq. Belə çıxacaq ki, həmsədrlər Sülh Platformasına Ermənistanla eyni mövqedən yanaşırlar.

Üçüncüsü, Sülh Platforması Dağlıq Qarabağın erməni və azərbaycanlı icma nümayəndələrinin üzvlərini də dialoqa cəlb etməlidir. Çünki iki xalq arasındakı münaqişə məhz Dağlıq Qarabağa görədir. Dağlıq Qarabağ münaqişəsinin həlli mərhələsində azərbaycanlı məcburi köçkünlər geri qayıdıb əvvəlki illərdə olduğu kimi, ermənilərlə qonşuluq şəraitində yaşamalıdırlar. Buna görə də iki icma nümayəndələri arasında dialoqun indidən başlamasına ehtiyac var. Doğrudur, bu, Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağın separatçı rəhbərliyinin maraqlarına cavab vermir. Çünki onlar, ümumiyyətlə, azərbaycanlıların geri qayıtması mövzusuna toxunmaq istəmirlər. Ancaq Sülh Platformasının məqsədi elə azərbaycanlılarla ermənilər arasında dialoqun qurulması olacaq.

- Elxan bəy, təsis qurultayında ciddi qərarlar qəbul olunub. Bunlardan biri Tiflis İrəvan və Bakıda Platformanın ofislərinin yaradılması haqqında qərardır. Sizcə, Platforma hər üç ölkədə fəaliyyətini qura biləcəkmi? Buna şərait varmı?

- Bakıda və Tiflisdə ofislərinə açılması ilə bağlı problem olmayacaq. Ancaq İrəvanda çətinlik yaşanacaq. Ermənistanın separatçı hakimiyyəti Azərbaycanla sülh istəyən erməniləri qəbul etmir, onları ölkələrindən didərgin salır. Ona görə də Sülh Platformasının İrəvanda ofisinin açılmasına ciddi əngəllər yaradacaqlar. Əgər ofisin açılmasına icazə verməsələr, demək, Ermənistan hakimiyyətinin Qarabağla bağlı özgəfikirliyi qəbul etmədiyi və Azərbaycanla sülh istəmədiyi bir daha sübut olunacaq və bundan biz separatçıları beynəlxalq aləmdə ifşa etmək üçün yararlanmalı olacağıq.

- Müşahidələr göstərir ki, ATƏT Minsk Qrupu fəaliyyət göstərdiyi 25 il ərzində vətəndaş cəmiyyəti institutları ilə ciddi təmasda olmayıb. Platforma ATƏT-in Minsk Qrupunun nəzdində məşvərətçi iştirakçı hüququ almaq üçün həmsədrlərə müraciət edib. Bu, maraqlı və yeni yanaşmadır. Bu təklifi necə dəyərləndirirsiniz?

- Azərbaycanlılarla ermənilərin birgə təsis etdikləri Sülh Platforması İrəvanla yanaşı ATƏT-in Minsk Qrupunu da dilemma qarşısında qoyub. Həmsədrlər demirdilər ki, iki xalq arasında dialoq lazımdır, xalq diplomatiyası genişlənməlidir, Sülh Platforması həm dialoq və xalq diplomatiyası üçün münbit məkanıdır. Bugünlərdə konfransların birində amerikalı diplomatla mübahisə etdim. Eyni sözləri o da mənə dedi ki, iki xalq arasında dialoqa ehtiyac var. Ona Sülh Platformasının varlığını və Tiflisdəki son toplantını xatırlatdım. Mənə nə desə yaxşıdır? Söylədi ki, axı orada təmsil olunan ermənilər Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana aid olduğu fikrini dəstəkləyir. Qayıtdım ki, deməli, siz bizim o ermənilərlə dialoq qurmamızı istəyirsiniz ki, Azərbaycan torpaqlarının işğalının və Dağlıq Qarabağın “müstəqilliyinin” tərəfdarı olsunlar? Axı bu sülhə aparmır. Bax elə bu yanaşmaya görə, beynəlxalq vasitəçilər münaqişənin həllini illərdir uzadırlar. Ona görə də Minsk Qrupunun Sülh Platformasına məşvərətçi status verəcəyini proqnozlaşdırmıram.

- Danışıqları aparan hər iki ölkənin rəhbərləridir. Dəfələrlə bildirilib ki, ictimaiyyətin rəyi, dəstəyi olmadan hər hansı qərar qəbul etmək çətindir. Platforma hər iki prezidentə sülh prosesində dəstəkçi olmaq, qarşılıqlı etimadın yaradılması üçün köməyini əsirgəməmək məqsədilə müraciətlər edilib. Sizcə, prezidentlər bu dəstəyi necə qiymətləndirəcəklər?

- Azərbaycan rəsmi səviyyədə Sülh Platformasının fəaliyyətinə yaşıl işıq yandırıb. Demək, Azərbaycan prezidenti də Sülh Platformasının fəaliyyətinə etiraz etmir. Eyni sözləri Ermənistan prezidenti haqqında demək mümkün deyil. Bu şəxs birbaşa torpaqlarımızın işğalında iştirak edib, xəritələr çizib, Xocalı soyqırımını planlaşdırıb. Bu şəxsin düşüncə tərzi dəyişməyib, durub səhvini etiraf edəsi də deyil. Ona görə də Ermənistan prezidenti Sülh Platformasının fəaliyyətini görməzlikdən gələcək. Bu baxımdam Sülh Platforması öz işini o qədər genişləndirməlidir ki, Ermənistanın separatçı prezidenti reaksiya vermək məcburiyyətində qalsın.

- Ümumiyyətlə, prezidentlərin belə bir dəstəyə ehtiyacları varmı?

- Sülh Platformasının fəaliyyəti adından da göründüyü kimi, məhz sülh istəyən prezidentə lazımdır. Sülh Platformasının prinsipləri Azərbaycan prezidentinin maraqlarına cavab verir. Ona görə də Azərbaycan prezidenti Sülh Platformasının fəaliyyətinə dəstəyini əsirgəməyəcək.

- Qurultayın qərarı var ki, Ermənistanda və Azərbaycanda, ictimaiyyətlə, görüşlər keçirilsin. Bu görüşlərin keçirilməsi mümkündürmü? Baş tutmaması üçün nə maneələr mövcuddur? Nə edilməlidir ki, baş tutsun?

- Baxmayaraq ki, erməni separatçıları Azərbaycan torpaqlarını işğal ediblər, minlərlə insanı qətl ediblər və Xocalı soyqırımını törədiblər Sülh Platformasının erməni və azərbaycanlı nümayəndələrinin Azərbaycan ictimaiyyəti ilə görüşlərində problem yaşanacağını zənn etmirəm. Onsuz da Ermənistandan qaçanların bir qismi Azərbaycana pənah gətirir və buradan üçüncü ölkələrdə sığınacaq tapırlar. Avropada yaşayan ermənilər də Bakıya gəlir və iki dövlət və xalq arasında sülhün vacibliyindən danışırlar. Növbə Ermənistanındır. “Dağlıq Qarabağ Azərbaycana aiddir, bu bölgəyə müstəllik deyil, yüksək muxtariyyət verilməlidir” deyən ermənilərə İrəvanda qəbul edib dinləməyə hazırdırlarmı? Şübhə edirəm. Ermənistanda belə düşünənlər az deyil, sadəcə, separatçı rejimin illərlə yürütdüyü nifrət siyasətindən ehtiyat edərək fikirlərini açıq dilə gətirməkdən çəkinirlər. Demək, əsas məqsəd onları düşündüklərini deməyə məcbur etməkdir. Sülh Platforması bu çətin vəzifənin həlli üzərində düşünməlidir.

- Sülh Platforması formatında Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərini necə görürsünüz?

- Sülh Platformasının qarşısında böyük hədəflər qoymaq düzgün deyil. Sülh Plaftorması münaqişəni həll edəsi deyil, beynəlxalq vasitəçiləri əvəz etməyəcək. Bu yardımçı vasitədir. Qonşunla sülh istəyirsənsə, inkişaf istəyirsənsə, köhnə əlaqələrin bərpasını istəyirsənsə, nəhayət, müharibə istəmirsənsə, işğaldan əl çək, iki xalqın birgə yaşayışına dəstək ver! Məncə, Platformanın erməni cəmiyyətinə əsas mesajı bu olmalıdır və bu istiqamətdə fəaliyyətini genişləndirməlidir. Mən özüm 1990-cı illərin sonunda beynəlxalq təşkilatların xətti ilə iki dəfə Ermənistanda oldum, prezidentdən tutmuş adi vətəndaşlara qədər sual vermək imkanında oldum. O zaman bizim çağırışları eşitmədilər, düşündülər ki, güclüdürlər, bizə şərtlərini diktə edə bilərlər. İndi nə gücləri qalıb, nə də enerjiləri, 2016-cı ilin aprel savaşında ordularının məğlubedilməzilik “mifi” də dağıldı. Ermənistanda yaşayanların sayı azalır, gəncləri hərbidə xidmət etmək istəmir ki, bilirlər ki, Dağlıq Qarabağda onları ölüm gözləyir. Ona görə də nə qədər ki, gec deyil Azərbaycanla sülhə çalışmalıdırlar.

digər xəbərlər
- Prezident isveçrəli həmkarı ilə görüşdü
- Prezident İlham Əliyev: "Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır"
- Azərbaycan prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verib
- Ermənilər Bakıda keçirilən seminarı pozmaq istədilər
- İsa Qəmbər prezidentliyə namizəd olacaq - İddia
- Azərbaycan Müdafiə Nazirliyi Sarkisyanı danışmağa peşman etdi - RƏSMİ
- Əli Əhmədov:"Matəm haqqında düşünmək olar, ancaq..."
- Kral öz oğlunu qubernator təyin etdi
- Sarkisyan öldürülən pilotlara saxta vida mərasimi keçirdi - FOTO
- İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq"

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
26 Aprel, 2018
19:39 Ağacın da "qəlbini" duyan, "Nobelçiləri" tərcümə edən şair-dramaturq Əyyub Qiyas
25 Aprel, 2018
15:58 Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində
15:53 Sumqayıtlı karateçi dünya ikincisi oldu
24 Aprel, 2018
19:14 Muxtar Babayev keçmiş kollektivi ilə vidalaşdı - FOTOLAR
19:09 Sumqayıtın gənc “Şahin”ləri Finala vəsiqə qazandılar
19:08 Sumqayıtın komandası Finalda
15:55 Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
10:45 ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ: Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
23 Aprel, 2018
21:33 Sumqayıtdan nazir postuna - MUXTAR BABAYEV YENİ VƏZİFƏDƏ
19 Aprel, 2018
11:03 Koreya səfiri Western Caspian-da
17 Aprel, 2018
17:58 Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turu keçirildi
16 Aprel, 2018
21:08 Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyən oldu.
13 Aprel, 2018
10:33 Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
12 Aprel, 2018
21:55 Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi
10 Aprel, 2018
22:56 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
07 Aprel, 2018
12:14 Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı
06 Aprel, 2018
21:04 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
05 Aprel, 2018
21:45 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
04 Aprel, 2018
20:45 Sumqayıtda “Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
17:12 Sumqayıtlılar Quba məzarlığını ziyarət edib
03 Aprel, 2018
16:26 Sumqayıtda bir nəfər göldə batıb
14:49 Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında - MEMORANDUM İMZALANDI
31 Mart, 2018
15:31 Sumqayıtda “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirildi
26 Mart, 2018
12:13 Bu universitet tələbələrini işlə təmin edir
24 Mart, 2018
20:02 Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir
16 Mart, 2018
19:53 Sumqayıtda “Qələbəyə Doğru” bilik müsabiqəsi keçirildi
17:54 Sağlam gələcək sağlam tərbiyənin işığında parlayır
13 Mart, 2018
21:04 Sumqayıtda "Hamı Seçkilərə" mövzusunda maarifləndirici təlim keçirildi
10 Mart, 2018
17:23 Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib
07 Mart, 2018
21:13 Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
10:44 Bu iki şirkət birgə təhsil layihələri həyata keçirəcək
05 Mart, 2018
13:18 Reduco "EU Business School" ilə əməkdaşlığa başlayır
10:25 Robototexnika olimpiadasının final yarışları keçirilib - "Western Caspian"da
01 Mart, 2018
09:34 Məktəblilərin robotları döyüşəcək – BU ŞƏNBƏ
28 Fevral, 2018
20:59 30 il əvvəl Sumqayıtda...
26 Fevral, 2018
22:41 2 saylı tam orta məktəbdə Xocalı soyqırımı anıldı
17:53 ASAN könüllüləri “Xocalıyıq” dedilər
25 Fevral, 2018
18:48 Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib
24 Fevral, 2018
20:45 S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıtda erməni təxribatları və Xocalı facisəi ilə bağlı tədbir keçirmişdir
23 Fevral, 2018
16:40 Güllə atıcılığı üzrə Sumqayıt kubokuna yekun vuruldu
22 Fevral, 2018
15:31 Bu universitetdə açıq mühazirələr başlayır
14:38 Sumqayıt “ASAN xidmət” könüllülərindən maraqlı VİDEOÇARX
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm