27 Aprel, 2018 01:03

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Şair Süleyman Hüseynov oxuculara və ədəbiyyatımıza vətənpərvərlik "And"ı verdi

27.11.2017 16:22

Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya Evində şair-yazıçı Süleyman Hüseynovun yeni kitablarının təqdimatı ilə bağlı görüş keçirilib. Sumqayıtın ədəbi ictimaiyyətinin və oxucuların iştirakı ilə qurulan ədəbi məclisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov açaraq, müəllifin yüksək vətənpərvərlik hissləri aşılayan, daha çox real faktlara əsaslanan yeni əsəri - "And" romanı haqqında tədbir iştirakçılarına məlumat verərək, Qarabağ mövzusunda yazılmış əsərlər sırasına dəyərli, sanballı bir əsər töhfə verildiyini diqqətə çatdırdı.

Qeyd edildi ki, Süleyman Hüseynov bir vaxtlar Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (Neft Akademiyasını), daha sonra isə Rusiyanın Xalq Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirərək, ixtisasca mühəndis olsa da, ədəbi yaradıcılığa da meyli güclü olub. Ötən dövrün 70-ci illərində - hələ institutda oxuyarkən şeirlərilə Azərbaycan mətbuatında ardıcıl olaraq çıxış etməyə başlayan S.Hüseynovun son 25 il ərzində "Bir həzin nəğmə", "Öz yolumla gedirəm", "Qəlb harayım", "Taleyim mənim", "Qəriblik nəğmələri" adlı şeirlər kitabları, "Ana baxışları", "Qisas" və "And" adlı povest və romanları nəşr edilib. Onun həmvətənimiz olan Nadejda Painanın tərcüməsi ilə Bakıda və Moskvada rus dilində "Прожил бы так", "Если я не в вернусь", "Меч правосудия" şeirlər kitabları da oxucular tərəfindən maraqla qarşılanıb.

Təsadüfi deyil ki, istedadlı, tanınmış şair Etibar Etibarli sumqayıtlı həmkarı Süleyman Hüseynovun yaradıcılığı haqqında yazaraq bildirib ki, "Böyük bir müəssisəni idarə edən, hər cür insanla münasibətdə olaraq onlarla dil tapmağı, yola getməyi bacaran yazıçı Süleyman Hüseynovun nəsr əsərləri sübut edir ki, onun yaratdığı obrazlar həyatın içindən gəlib. Ona görə də böyük maraq doğurur".

Poetik istedadı və məhsuldar yaradıcılığı ilə diqqəti cəlb edən Süleyman Hüseynov 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. O, həm də "Qılınc və Qələm" Beynəlxalq Ədəbi mükafatının laureatıdır.

Süleyman Hüseynovun istedad və yaradıcılığının yeni bəhrəsi olan "And" romanı müəllifin növbəti ədəbi uğurudur. Təsadüfi deyil ki, bir müddət əvvəl həm Azərbaycan, həm də rus dilində nəşr olunmuş bu dəyərli romanın ictimai-siyasi əhəmiyyətini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə əsər bugünlərdə paytaxtın "Qələm" nəşriyyatı tərəfindən yenidən çap edilib. Əsəri rus dilinə xalqımıza, onun ədəbiyyat və mədəniyyətinə böyük məhəbbət bəsləyən, xalqımızın yaxın və sevimli dostu, özbəkistanlı şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Kasımova tərcümə etmişdir.

“And” romanı xalqımızın azadlıq və suverenlik, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə həsr edilmiş ilk və yeganə əsər deyil. Lakin tarixi hadisələr fonunda qəhrəmanların talelərinin özünəməxsusluğu ilə göstərilməsi romanı bu mövzuda yazılan digər əsərlərdən fərqləndirir.

Süleyman Hüseynovu belə bir əsər yazmağa sövq edən son 30 ilə yaxın bir dövrdə Vətənlə, Qarabağla bağlı xalqımızı narahat edən faciəvi hadisələr, özünün şəxsi düşüncələri, fikirləri və həyacanlarıdır. Bəlkə də buna görə əsər boyu baş verən hadisələrdə sanki müəllifin də iştirakını hiss edirik. Süleyman müəllim çox ustalıqla qəhrəmanlarını heç bir problem, münaqişə gözlənilməyən hadisələrdən konfliktli situasiyalara gətirib çıxarır, əsas personajlar torpaq uğrunda şəhid olmağa belə hazır olur, ölümlə əlbaxaya olaraq ölümsüzlüyə qovuşurlar.

Həqiqətən müəllif öz qəhrəmanlarını elə təsvir edir ki, sanki o özü hadisələrin şahidi, bəlkə də iştirakçısıdır və əsərdəki bütün həyəcanları, narahatlıqları öz qəlbindən keçirir. İnanmaq olur ki, əsərdə baş verən epizodların və faktların əksəriyyəti real həyatdan götürülüb.

Əsərin baş qəhrəmanları sadə azərbaycanlı gənc Seymur və tanınmış rus generalının nəvəsi Aidadır. Tale onları Moskvada çətin bir iqtisadi-siyasi dövrdə rastlaşdırır. SSRİ dağıldıqdan sonra Moskva Aviasiya İnstitutunu bitirərək, onun məzunu olan Seymur münasib bir iş tapmayaraq, Moskva bazarlarından birində işləməyə məcbur olur. Gənclər arasında təsadüfi tanışlıqdan

yaranan xoş münasibət, zərif, kövrək duyğular sonradan saf, güclü bir məhəbbətə çevrilir. Bu inanılmaz, böyük sevginin qarşısında hətta ölüm də aciz qalır.

Bir-birinə olan böyük məhəbbət duyğuları ilə onlar daxili və xarici düşmənlərlə ölüm-dirim mübarizəsinə atılmalı olurlar. Xəyanətə düçar olaraq çətin, qeyri-bərabər mübarizədə həlak olsalar da, mənən qalib çıxırlar. Onların yolunu oğulları Murad müstəqil Azərbaycanın üçrəngli bayrağı altında davam etdirir. Əsər bütünlükdə sevginin təntənəsini, ədalətə inamın qələbəsini əks etdirir.

Belə bir maraqlı əsərlə bağlı keçirilən tədbirdə çıxış edən veteran jurnalist Zümrüd Balaoğlanova, Sumqayıt şəhər Təhsil şöbəsinin metodiki kabinetinin müdiri Gülbahar Haqverdiyeva, kitabın rusca nəşrinin redaktoru, respublika Jurnalistlər Birliyinin üzvü Suliko Daqarquliya, daxili xidmət polkovniki Süleyman Süleymanlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Eyvaz Qocayev, veteran pedaqoq, qabaqcıl təhsil işçisi Sabir Məmmədov, şəhərin tanınmış ziyalılarından olan İndira xanım Şəmsivari, Sumqayıt şəhər Poeziya Evinin əməkdaşı, yazıçı Almaz Bəyazid, şairlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, respublikanın Əməkdar jurnalisti Rafiq Oday və digərləri Süleyman Hüseynovun yaradıcılığı və yeni əsəri haqqında öz fikirlərini söyləyib, ona yeni yaradıcılıq uğurları arzuladılar.

Əsərin hər bir oxucuya yüksək vətənpərvərlik hissləri aşıladığı, torpaqlarımız uğrunda mübarizəyə səslədiyi, vətənimizin Milli Qəhrəmanı, düşmənə Azərbaycan əskərinin hansı igidlik və qəhrəmanlıqlara qadir olduğunu öz igidliyi ilə sübut etmiş, onların "gözünün odunu" almış Mübariz İbrahimov kimi oğulların yetişməsində oynaya biləcəyi rolu nəzərə alınaraq, romanın motivləri əsasında film çəkilməsi barədə təkliflər irəli sürüldü.

Respublikanın Əməkdar artisti Növrəstə Həşimova tədbir iştirakçıları üçün "And" romanından bəzi parçaları Azərbaycan və rus dillərində səsləndirdi.

Tədbirdə şəhərimizin tanınmış ziyalılarından Qadir Süleymanov, Akif Zeynalov, Hacı Cəfər Quliyev, Fərhad Məhərrəmov, doktor Hümbət Quliyev, Əli Sadıqov, Rafiq Mehdiyev, Hilal Əliyev, Aygün Hacıyeva, şairlərdən Əyyub Qiyas, Əli Nəcəfxanlı, Qadir Sultanov, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Mirzəcan Ağabalayev, Davud Qaraçaylı, Asif Asiman, Süleyman Həziyev, Nisə Qədirova, Gülnarə Cəmaləddinqızı, Sevinc Qərib, Elvin Əlizadə, Lilpar Cəmşidqızı, İldırım Dəmirli və digərləri də iştirak etmişlər.

Görüşün sonunda müəllif "And" romanının azərbaycanca və rusca nəşrlərindən nüsxələri avtoqrafla oxuculara və qələm dostlarına bağışladı.

Rəhman ORXAN.

Fotolar Şakir Rəhmanındır.

digər xəbərlər
- Xarici mütəxəssislərə «dərs» verən sumqayıtlı kimyaçı - FOTOLAR
- “Vinnolit” şirkəti Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq edəcək
- Sumqayıt sakinin maşınında silah və narkotik tapılıb
- Sumqayıtın komandası finala vəsiqə qazandı
- Sarayda "ciyər axşam"ında bıçaqlanma: 1 nəfər həyatını itirdi
- Sumqayıtı hansı sosial-mədəni infrastruktur layihələri gözləyir?
- Nazirlik Sumqayıtda “Açıq qapı” günü-vətəndaş forumu keçirib - FOTOLAR
- Sumqayıtın stadionu tanınmaz olacaq - FOTO
- Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt yolunda reydə başladı
- “Sumqayıtda təqaüdçülərin hər birindən1-2 manat alınır ki, həqiqətən sağdırlar, ölməyiblər…”

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
26 Aprel, 2018
19:39 Ağacın da "qəlbini" duyan, "Nobelçiləri" tərcümə edən şair-dramaturq Əyyub Qiyas
25 Aprel, 2018
15:58 Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində
15:53 Sumqayıtlı karateçi dünya ikincisi oldu
24 Aprel, 2018
19:14 Muxtar Babayev keçmiş kollektivi ilə vidalaşdı - FOTOLAR
19:09 Sumqayıtın gənc “Şahin”ləri Finala vəsiqə qazandılar
19:08 Sumqayıtın komandası Finalda
15:55 Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
10:45 ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ: Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
23 Aprel, 2018
21:33 Sumqayıtdan nazir postuna - MUXTAR BABAYEV YENİ VƏZİFƏDƏ
19 Aprel, 2018
11:03 Koreya səfiri Western Caspian-da
17 Aprel, 2018
17:58 Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turu keçirildi
16 Aprel, 2018
21:08 Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyən oldu.
13 Aprel, 2018
10:33 Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
12 Aprel, 2018
21:55 Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi
10 Aprel, 2018
22:56 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
07 Aprel, 2018
12:14 Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı
06 Aprel, 2018
21:04 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
05 Aprel, 2018
21:45 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
04 Aprel, 2018
20:45 Sumqayıtda “Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
17:12 Sumqayıtlılar Quba məzarlığını ziyarət edib
03 Aprel, 2018
16:26 Sumqayıtda bir nəfər göldə batıb
14:49 Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında - MEMORANDUM İMZALANDI
31 Mart, 2018
15:31 Sumqayıtda “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirildi
26 Mart, 2018
12:13 Bu universitet tələbələrini işlə təmin edir
24 Mart, 2018
20:02 Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir
16 Mart, 2018
19:53 Sumqayıtda “Qələbəyə Doğru” bilik müsabiqəsi keçirildi
17:54 Sağlam gələcək sağlam tərbiyənin işığında parlayır
13 Mart, 2018
21:04 Sumqayıtda "Hamı Seçkilərə" mövzusunda maarifləndirici təlim keçirildi
10 Mart, 2018
17:23 Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib
07 Mart, 2018
21:13 Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
10:44 Bu iki şirkət birgə təhsil layihələri həyata keçirəcək
05 Mart, 2018
13:18 Reduco "EU Business School" ilə əməkdaşlığa başlayır
10:25 Robototexnika olimpiadasının final yarışları keçirilib - "Western Caspian"da
01 Mart, 2018
09:34 Məktəblilərin robotları döyüşəcək – BU ŞƏNBƏ
28 Fevral, 2018
20:59 30 il əvvəl Sumqayıtda...
26 Fevral, 2018
22:41 2 saylı tam orta məktəbdə Xocalı soyqırımı anıldı
17:53 ASAN könüllüləri “Xocalıyıq” dedilər
25 Fevral, 2018
18:48 Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib
24 Fevral, 2018
20:45 S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıtda erməni təxribatları və Xocalı facisəi ilə bağlı tədbir keçirmişdir
23 Fevral, 2018
16:40 Güllə atıcılığı üzrə Sumqayıt kubokuna yekun vuruldu
22 Fevral, 2018
15:31 Bu universitetdə açıq mühazirələr başlayır
14:38 Sumqayıt “ASAN xidmət” könüllülərindən maraqlı VİDEOÇARX
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm