22 Fevral, 2018 03:07

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir" - YAZI

25.12.2017 16:02

Son 14 ildə böyük inkişaf yolu qət edən Azərbaycan Respublikası həm də beynəlxalq miqyasda güclü nüfuza və yüksək imicə malik bir ölkə kimi özünü tam təsdiq edib. Əldə edilmiş uğurlarımız göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin davamı isə bütün Azərbaycan xalqının istəyidir. Bu mənada 2003-cü, 2008-ci və 2013-cü illərin prezident seçkilərinin nəticələri göstərdi ki, Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Azərbaycan vətəndaşlarının seçimi məhz ümummilli liderin ideyalarının davam etdirilməsi üzərində köklənib.

Fəxarət hissi doğuran digər mühüm məqam ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən cənab İlham Əliyev həm də geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilib. Bütün sahələrdə qazandığımız möhtəşəm nailiyyətlər dövlət başçısının siyasi prioritetinə yeni ştrixlər əlavə edib. Cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs milli mənafelərimizi layiqincə təmin edir.

 Ulu öndərin inkişaf yoluna çıxardığı Sumqayıt

İndi istənilən şəhər və rayonumuzun timsalında Azərbaycanın yüksəlişini görmək mümkündür. Ölkəmizin ümumi tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır. Çünki hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi bu şərəfli adı daha da layiqincə daşıyır. Son illər şəhərdə yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması, aparılan möhtəşəm abadlıq və quruculuq işləri bunu təsdiq edir. Bu mənada Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Sumqayıtın inkişaf tarixində bir sıra əlamətdar hadisələr var. Bu sırada şəhərin müəyyən dövrlərdə əsl tikinti meydanını xatırlatması xüsusilə diqqəti çəkir. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində inkişafa başlayıb və şəhərə yeni nəfəs verilib. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Bir il sonra məhz ulu öndərin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Bunlardan kompressorlar zavodunu, üst trikotaj və xovlu iplik fabriklərini, süd və yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına "Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
1970-80-ci illərdə Sumqayıt iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, şəhərdə yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən iqtisadi və kadr potensialı ilə seçilən bir şəhərə çevrilsin.

Şöhrətini bərpa edən şəhər

Son 14 ildə Prezident İlham Əliyevin uğurlu iqtisadi və sosial siyasətinin nəticəsində Sumqayıtda bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurla icrası, habelə üçüncü dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxartdı. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəldi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanıldı.
Hazırda Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Konkret ifadə etsək, artıq Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.
Sumqayıtda sənayenin inkişafı istiqamətində diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, vaxtilə xəyal görünən, dumanlı təsir bağışlayan layihələr bu gün məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində əzmlə, inadla, fədakarlıqla həyata keçirilir. Artıq 15 rezidenti və 5700 nəfər işçisi olan Sumqayıt Kimya Sənaye Parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədədn polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır. "Baku Steel Company” və İtaliyanın "Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən "Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır.
Yuxarıda qeyd olunan müəsisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları investisiya qoyulucaq. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar bu gün respublikamıza bütünlüklə xaricdən idxal olunur. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Sumqayıtın ixrac məhsullarının istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaq. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.

Beynəlxalq miqyasda qiymətləndirilən abadlıq və quruculuq işləri

Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusilə, Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılmış və qısa müddətdə uğurla başa çatdırılmışdır. Bunlardan biri şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmışdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulmuş, yolun eni 13 metrə çatdırılmışdır. Burada Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınmışdır.
Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və monitor quraşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, müasir işıqlandırma sistemi qurulmuş, əhalinin istirahəti üçün şərait yaradılmış, yeni ağaclar əkilmiş, yaşıllıq zolağı salınmış, geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq meydanı tikilmiş, uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur.
Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilmiş, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi burada yerləşdirilib.
Heydər Parkında müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli Uşaq incəsənət məktəbi də tikilmişdir. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli şahmat məktəbi də tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada əvvəllər bulvar olmayıb. Sumqayıtda reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı bulvarın salınmasıdır. Bu ilin iyul ayında İspaniyanın paytaxtı Madriddə keçirilən "Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda isə Sumqayıtın yeni salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Xatırladaq ki, "Global Trade Leaders Club” dünya biznesini araşdıran üç ən böyük beynəlxalq təsisatdan biridir. İspaniyanın hökumət nümayəndələrinin, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşlarının, dünyanın tanınmış biznes strukturları rəhbərlərinin qatıldığı mərasimdə Sumqayıt bulvarının təqdimatı zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduqları, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Sumqayıt şəhəri, xüsusilə də bulvarı barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

18-ci səfər

Prezident İlham Əliyevin dekabrın 15-də Sumqayıta etdiyi səfər bu şəhərin inkişafına olan yüksək diqqətinin növbəti təzahürü kimi tarixə düşdü. Bu, Prezidentin indiyədək Sumqayıta sayca 18-ci səfəri idi. Bu səfər bir daha göstərdi ki, Sumqayıt davamlı inkişaf yolundadır.
Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edən dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun və "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlinin qoyuluşunda, "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin və "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məmulatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışında iştirak etdi.
Burada Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şəhərin inkişafına bundan sonra da dəstək veriləcəyini bəyan etdi: "Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik”.
Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri şərəfli dövlətçilik tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi məsələləri də əhatə edir. Prezident İlham Əliyevin Sumqayıtda açılışında iştirak etdiyi Bayraq muzeyi də bu istiqamətdə reallaşan mühüm layihələrdən biridir.
Dənizkənarı bulvarın ərazisində yerləşən muzeyin binasının inşasına 2017-ci ilin fevralında başlanıldı və sentyabr ayında tikinti işləri başa çatdırıldı. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Son illər Sumqayıt şəhərində sosial təyinatlı infrastruktur obyektləri və inzibati binalar tikilərək istifadəyə verilib. Onlardan biri də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasıdır. Prezident İlham Əliyevin bu şəhərə səfəri zamanı istifadəyə verilən bina həm də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 26 mindən artıq üzvü olan YAP Sumqayıt şəhər təşkilatına verilən böyük hədiyyədir. Üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, həmçinin deputat otağı, 300 yerlik iclas zalı var. İclas zalında YAP-ın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada müxtəlif xidmət otaqları da fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Sumqayıtda "Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış oldu. 2013-cü ildən başlanan əsaslı təmir işləri bu ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.
Sumqayıtda 9-cu mikrorayonda yerləşən Lüdviqshafen parkı da müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb. Əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını ifadə etdi.
"Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu da şəhərimizin sənaye müəssisələrindəndir. 2016-cı ilin oktyabr ayında "Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar vermişdi. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən quruldu və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirildi. Bu səfər zamanı isə dövlət başçısı zavodu işə saldı.
Bu gün Sumqayıt özünün yeni inkişaf mərhəsini yaşayır. Son illərdə şəhərimizin inkişafı təmin olunub, siması gözəlləşib və modernləşib, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir. Eyni zamanda, uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olaraq Sumqayıt nəinki respublikamızın, Avropanın və dünaynın gözəl diyarlarından birinə çevrilib.
Dekabrın 20-də Prezident İlham Əliyev Sumqayıtın sosial-iqtisadi inkişafında əməyi olan bir qrup şəxsi ali mükafatlarla təltif etdi. Fəaliyyətimizin qiymətləndirilməsinə görə dövlət başçısına Sumqayıt şəhər ictimaiyyəti adından təşəkkürümüzü bildiririk. Cənab Prezidentin diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla fəaliyyətə sövq edir. Sumqayıt şəhər ictimaiyyəti bu xoş gündə dövlətimizin başçısını bir daha əmin edir ki, bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcək.

Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı


digər xəbərlər
- Küləyin Sumqayıtda yaratdığı təhlükə hələdə aradan qalxmayıb
- "Səmt"qrupu sumqayıtlılara zövqlü anlar yaşadıb
- Sumqayıtda sələfilərlə xəvariclər arasındakı atışmanın iştirakçılarına 108 il iş istənildi
- Sumqayıtda 148 məntəqə, 166788 seçici -SEÇKİ NECƏ GEDİR?
- Kənan Aslanlı: “Sumqayıt Azərbaycanın post-neft dövründə “yaşıl şəhər” konsepsiyasını tətbiq edən ilk şəhər ola bilər”
- Sumqayıtda 3 nəfəri bıçaqlayan şəxs tutulub
- Sumqayıtda mikrorayon sakinlərinin qəniminə çevrilən, evinin çırağını söndürən külək - ŞİKAYƏT
- Sumqayıt Bələdiyyəsində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib
- Sumqayıtda Gənclər Evinin rəhbəri kim olsun? - Sorğu
- Sumqayıt sakinlərinə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” tədbiri keçirilib (FOTOLAR)

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
09:40 Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
08 Yanvar, 2018
11:28 ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi
11:21 Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
10:18 Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib
06 Yanvar, 2018
22:43 Sumqayıt gəncləri qalib oldu
04 Yanvar, 2018
13:41 "AYRILIQ" mahnısının məşhur ifaçısı Yaqub Zurufçunun Kanada və ABŞ şəhərlərinə qastrol səfəri başlayıb
03 Yanvar, 2018
22:47 Qərbi Kaspi Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
01 Yanvar, 2018
18:30 Sumqayıtda 2017-ci ilin ən vacib hadisələri...
31 Dekabr, 2017
12:05 Azərbaycan ədəbiyyatının yaxın dostu Şаxlo Kasımova: "Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"
30 Dekabr, 2017
18:53 “Həll olunmayan problemə görə narahat olmağa dəyməz” – 122 yaşlı xanımın həyat devizi
14:27 Bu yerlərdə siqaret çəkmək qadağan olundu – Prezident FƏRMAN İMZALADI
14:20 Sürücülərə şad xəbər - Prezident bu cəriməni LƏĞV ETDİ
13:57 Sumqayıt Gəncləri Həmrəylik Günü və Yeni İl bayramını qeyd etdi
11:52 Sumqayıtda Gənclər üçün bayram tədbiri keçirildi
29 Dekabr, 2017
19:38 Sumqayıtda elektrik sayğacına haqsız cərimə yazılıb- abonent şikayət edir
28 Dekabr, 2017
14:16 Məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası BAŞLAYIR
13:10 “WhatsApp” bu telefonlarda işləməyəcək - YANVARIN 1-DƏN
13:01 Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri
12:52 Xankəndisiz 26 il
12:09 Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi
27 Dekabr, 2017
14:54 Sumqayıtlı yazıçının növbəti uğuru
13:40 Azərbaycanda ibtidai sinif müəllimi fəryad etdi: " İmkan verin uşaqlar yazmağı, oxumağı öyrənsinlər" - SOS
26 Dekabr, 2017
22:48 Qərbi Kaspi Universitetinin “Qarabağ: 2016/2017” adlı nəşri işıq üzü görüb
18:54 Sumqayıtda qaliblər müəyyənləşdi: "Maliyyə”, “Assorti” və “BİR”
18:49 Prezident məmurlarla bağlı sərəncam imzaladı
18:43 Sumqayıtda top mərmisi tapıldı
13:05 “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
10:55 Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib
10:45 Azərbaycanın 2018-ci ildə dövlət büdcəsi nə qədər olacaq? - Prezident təsdiqlədi
10:32 Sumqayıtda qubadlıları bir araya toplayan SƏBƏB
25 Dekabr, 2017
21:43 "Sumqayıt" növbəti futbolçu transferini həyata keçirib
16:40 "Sumqayıt"a məğlubiyyət göstərdi ki, futbolla zarafat etmək olmaz”
16:02 Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir" - YAZI
24 Dekabr, 2017
18:09 Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
14:53 "Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb
10:55 Prezident İlham Əliyevin doğum günüdür
23 Dekabr, 2017
19:04 Sumqayıtda zavodda faciə...
14:08 Azərbaycanda yeni qurum yaradıldı – PREZİDENTİN FƏRMANI
12:19 Çin olan yuxular - HEKAYƏ
10:44 Tanınmış professor tələbələrə mühazirə deyib
22 Dekabr, 2017
19:17 Prezidentdən Sumqayıtla bağlı daha bir sərəncam: rektora "Şöhrət" ordeni verdi
18:56 Sumqayıtda 200 uşağa qış geyimi və bayram sovqatı verildi
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm