22 Fevral, 2018 03:07

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Azərbaycanda ibtidai sinif müəllimi fəryad etdi: " İmkan verin uşaqlar yazmağı, oxumağı öyrənsinlər" - SOS

27.12.2017 13:40

Bu günlərdə "Whatsapp” sosial şəbəkəsində yayılan bir mesaj geniş müzakirələrə səbəb olub. Adını bildirməyən ibtidai sinif müəlliməsi hazırda keçirilən tədris üsulu ilə bağlı belə bir yazı ilə çıxış edib.168saat.com həmin yazını sizə təqdim edir:
  "Mən bir ibtidai sinif müəllimi kimi ibtidai təhsil səviyyəsində tədris olunan fənlər üçün tərtib edilmiş məzmun standartları və dərsliklər haqqında müəyyən təklif və iradlarımı bildirmək istərdim. Azərbaycan bölməsi üzrə ibtidai siniflərdə 9 fənn tədris olunur. Hazırda birinci sinfə dərs deyirəm. Deməli, cəmi iki aydır məktəbə gələn, əli yenicə qələm tutmağı öyrənən, 10-12 hərf keçən şagirdə məqsəd və intonasiyaya görə cümlənin növlərini,söz birləşməsi və cümlənin fərqini , ismi, sifəti, feli (ad, əlamət, hərəkət bildirən sözlər ), sait və samit səsləri, sadə və mürəkkəb, yaxınmənalı və əksmənalı, paronim sözlərin, nəzmin və nəsrin nə olduğunu öyrədirəm. Deyək ki, hər hansı bir hərfi keçirəm. Mənim əsas məqsədim o olmalıdır ki, 27 uşağın hamısı hərfi tanısın, yadında saxlasın, o hərfi düzgün yazsın və dərslikdə verilmiş sözləri düzgün oxusun. Ancaq verilmiş digər standartlar mənə imkan vermir ki, mən uşağı sırf bu istiqamətdə inkişaf etdirim. Hərfin öyrədilməsi üçün ayırdığım vaxtdan kəsib uşağa hələ ki, lazım olmayan informasiyalar verirəm. Sanki harayasa tələsirik. 2 aydır məktəbə gələn uşağa imkan verin oxumağı, yazmağı öyrənsin. Uşaq cümləni asta-asta, hecayla oxuyur,təbii olaraq hələ oxuduğunu dərk etməyi bacarmır, uşaqdan soruşulur ki, oxuduğun cümlə sual cümləsidir, yoxsa nida cümləsi? Mən çox gözəl bilirəm ki, Azərbaycan dili fənni üzrə 4 məzmun xətti var və hər biri üzrə inkişaf olmalıdır.Ancaq bu dərəcədə yox. Uşaq öhdəsindən gəlsə belə, biz onu çox yükləyirik, uşağın sağlamlığını əlindən alırıq. Riyaziyyat dərsində təzəcə 10 rəqəmi öyrənmiş,əli ilə güclə toplayıb - çıxmağı öyrənən uşağa tənlik necə həll olunur, məchul azalan, çıxılan, məchul toplanan necə tapılır, bunları öyrətməyə çalışıram. Bunlar azmış kimi, ingilis dilində hər dərs 10 yeni söz və həmin sözləri cümlədə işlətmək tapşırılır. Bəs bütün bunların birinci sinif uşağı üçün çətin olduğunu bilə-bilə nə üçün öyrədirik? Bilirik ki, hər fənn üzrə məzmun standartları vardır. Məzmun standartı dövlət tələbidir, yəni heç bir müəllim dövlətin tələbinə qarşı çıxa bilməz, bizə hansı proqram verilirsə, o proqram üzrə də öyrədirik. Digər ən böyük problemimiz ondan ibarətdir ki, standartda verilən dil qaydalarına aid dərslikdə heç bir informasiya yoxdur. Birinci sinifdə heç yoxdur. Digər siniflərdə isə dərslikdə verilən dil qaydaları olduqca azdır. Dil qaydaları, verilən tapşırıqların həlli yolları dərslikdə olsa, valideyn dərsliyə baxar və orada olan qaydaları uşağına öyrədər. Kurikulumda deyilir ki, şagird qaydalarla, təriflərlə, söz yığını ilə yüklənməməlidir. Metodik vəsaitdə isə qeyd olunur ki, şagird cümlənin növlərini, sait və samit sasləri fərqləndirməli və sadalamalıdır və s. Dərslikdə də elə tapşırıq verilir ki,şagird onun qaydasını bilməzsə,tapşırığı yerinə yetirə bilməz. Bir yandan deyirik ki,valideyn dəstək olmazsa, uşaqda inkişaf olmaz. Bəs dərslikdə heç bir öyrədici informasiya yoxdursa, valideyn haradan bilsin ki,uşağa nə öyrədilməlidir? Müəllim sinifdə öyrədir, deyək ki, 15 şagird sözü göydə tutur. Axı uşaq var ki, gərək evdə də valideyn sinifdə deyiləni deyə. İngilis dili kitabında ancaq şəkilləri görürük, müəllimə də deyilir ki, dəftər tutdurma. Həftədə bir dəfə ingilis dili dərsi var. Sinifdə sözü deməklə uşaq onu əzbərləyə, hətta cümlədə işlədə bilərmi? Əlbəttə ki, yox. Valideynlərin də əksəriyyəti savadsızlığı ucbatından məcbur olur uşağını hər ay 50-100 manat pul verərək əlavə hazırlıqlara qoysun. Bizim oxuduğumuz dövrdə hazırlığa gedən uşaq var idi?! İndi dərsdən sonra 10-15 uşaq hazırlığa qalır. Günah müəllimdə deyil. Uşaq öyrənə bilmir, çatdıra bilmir. Sizcə, ibtidai sinif şagirdinin qarşısına bu qədər ağır standart qoyulması düzgündürmü? Qızım ikinci sinifdə oxuyur. Oturub uşaq qarşımda, səhərə musiqi dərsi var. Deyirəm stakkato nədir, dinamika, leqato, liqa, solo, mezzo forte, mezzo piano, çərək not, bütöv not, bütöv pauza nədir ? Bəlkə 3 saat danışıram, danışıram, yenə də uşaq dediyim terminləri nəinki izah etmək, heç adını yadında saxlaya bilmir. Özünüz təsəvvür edin, 9 fənnin hər biri maksimum dərəcədə çətin olarsa, uşaq necə bunun öhdəsindən gələ bilər ki? Uşağı danlayıram, sonra düşünürəm ki, bu, uşağın günahı deyil. Günah ikinci sinif şagirdini bu cür ağır dərslərlə yükləyən pedaqoqlardadır. Sinfə daxil olmayan, sinifdəki şagirdlərin hər birinin fərqli qavrayışa sahib olduğunu görməyən, tədris zamanı hansı çətinliklərlə rastlaşdığımızı görməyən bir insan standart hazırlamamalıdır. O standartı tərtib edən şəxslərə təklif edərdim ki, sizlərə 30-35 uşaq və 45 dəqiqə vaxt verək. Reallaşdırın görək, o cür ağır standartı bir dərsə reallaşdıra bilərsinizmi? İnanın ki, uşaqlar məktəbə gəlmək istəmir. Biz ibtidai sinifdə oxuyanda bu qədər yüklənməmişik.Birinci, ikinci sinifdə əsasən oxu və yazı bacarıqları formalaşdırılırdı. Zaman-zaman digər anlayışları da öyrənirdik. Yaş səviyyəsi deyilən bir şey var. Birinci sinifdə çətinlikə, uşağa zülm edə-edə öyrətdiyimiz materialı, ikinci-üçüncü sinifdə daha rahatlıqla öyrədə bilərik. Bir də məktəbəhazırlıq qrupları açılandan sonra bəzi valideynlər uşağın adını həmin hazırlıq qrupuna yazdırır, lakin gətirmir. Həmin uşağın da adı hazırlıq qrupunda olduğu üçün imtahansız məktəbə qəbul olunur. 5 yaşlı uşağa yuxarıda qeyd etdiyim çətin materialı izah etmək qeyri-mümkündür.  Çox istərdim ki, 5yaşlı uşaqlar hazırlıq qrupuna yazıldıqdan sonra davamiyyətinə və nəticəsinə baxaraq məktəbə götürülsün. Qeyd etdiklərim bütün ibtidai sinif müəllimlərinin qarşılaşdığı real problemlərdir. Mənim bir müəllim kimi bu qədər yükləndikləri üçün ibtidai sinif şagirdlərinə yazığım gəlir. Məzmun standartları və həmin standartlara uyğun hazırlanmış dərsliklər sadələşdirilməlidir”.
 
 
Elnarə Salamova
Xeberle.com

digər xəbərlər
- SOCAR-dan təbrik (FOTO)
- Azərbaycanda 3 institut yaradılacaq- Siyahı
- TQDK imtahan vaxtlarını açıqladı
- Təhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcək
- Qafqaz Universiteti ləğv olundu
- Sumqayıt məktəbində Xocalı anıldı
- Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
- Təhsil nazirinin menyusuna: Sumqayıt məktəbində pul yığılır
- Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininə rektor təyin edilib

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
09:40 Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
08 Yanvar, 2018
11:28 ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi
11:21 Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
10:18 Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib
06 Yanvar, 2018
22:43 Sumqayıt gəncləri qalib oldu
04 Yanvar, 2018
13:41 "AYRILIQ" mahnısının məşhur ifaçısı Yaqub Zurufçunun Kanada və ABŞ şəhərlərinə qastrol səfəri başlayıb
03 Yanvar, 2018
22:47 Qərbi Kaspi Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
01 Yanvar, 2018
18:30 Sumqayıtda 2017-ci ilin ən vacib hadisələri...
31 Dekabr, 2017
12:05 Azərbaycan ədəbiyyatının yaxın dostu Şаxlo Kasımova: "Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"
30 Dekabr, 2017
18:53 “Həll olunmayan problemə görə narahat olmağa dəyməz” – 122 yaşlı xanımın həyat devizi
14:27 Bu yerlərdə siqaret çəkmək qadağan olundu – Prezident FƏRMAN İMZALADI
14:20 Sürücülərə şad xəbər - Prezident bu cəriməni LƏĞV ETDİ
13:57 Sumqayıt Gəncləri Həmrəylik Günü və Yeni İl bayramını qeyd etdi
11:52 Sumqayıtda Gənclər üçün bayram tədbiri keçirildi
29 Dekabr, 2017
19:38 Sumqayıtda elektrik sayğacına haqsız cərimə yazılıb- abonent şikayət edir
28 Dekabr, 2017
14:16 Məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası BAŞLAYIR
13:10 “WhatsApp” bu telefonlarda işləməyəcək - YANVARIN 1-DƏN
13:01 Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri
12:52 Xankəndisiz 26 il
12:09 Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi
27 Dekabr, 2017
14:54 Sumqayıtlı yazıçının növbəti uğuru
13:40 Azərbaycanda ibtidai sinif müəllimi fəryad etdi: " İmkan verin uşaqlar yazmağı, oxumağı öyrənsinlər" - SOS
26 Dekabr, 2017
22:48 Qərbi Kaspi Universitetinin “Qarabağ: 2016/2017” adlı nəşri işıq üzü görüb
18:54 Sumqayıtda qaliblər müəyyənləşdi: "Maliyyə”, “Assorti” və “BİR”
18:49 Prezident məmurlarla bağlı sərəncam imzaladı
18:43 Sumqayıtda top mərmisi tapıldı
13:05 “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
10:55 Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib
10:45 Azərbaycanın 2018-ci ildə dövlət büdcəsi nə qədər olacaq? - Prezident təsdiqlədi
10:32 Sumqayıtda qubadlıları bir araya toplayan SƏBƏB
25 Dekabr, 2017
21:43 "Sumqayıt" növbəti futbolçu transferini həyata keçirib
16:40 "Sumqayıt"a məğlubiyyət göstərdi ki, futbolla zarafat etmək olmaz”
16:02 Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir" - YAZI
24 Dekabr, 2017
18:09 Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
14:53 "Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb
10:55 Prezident İlham Əliyevin doğum günüdür
23 Dekabr, 2017
19:04 Sumqayıtda zavodda faciə...
14:08 Azərbaycanda yeni qurum yaradıldı – PREZİDENTİN FƏRMANI
12:19 Çin olan yuxular - HEKAYƏ
10:44 Tanınmış professor tələbələrə mühazirə deyib
22 Dekabr, 2017
19:17 Prezidentdən Sumqayıtla bağlı daha bir sərəncam: rektora "Şöhrət" ordeni verdi
18:56 Sumqayıtda 200 uşağa qış geyimi və bayram sovqatı verildi
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm