22 Fevral, 2018 02:59

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Azərbaycan ədəbiyyatının yaxın dostu Şаxlo Kasımova: "Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"

31.12.2017 12:05

 

O, Azərbaycan ədəbiyyatının özbək və rus dillərinə çevrilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu il Azərbaycan Yazıçılar Birliyinin və Əli Kərim adına Sumqayıt Poeziya klubunun fəxri üzvü seçilmiş, AMEA-nın Ədəbiyyat İnstitutunun Fəxri fərmanına layiq görülmüşdür. Yeni il ərəfəsində onunla vatsap vasitəsilə aparılmış müsahibəni oxuculara təqdim edirik.

- Şəhla xanım, ilk öncə Sizi çoxsaylı oxucularımız adından qarşıdan gələn Yeni - 2018-ci il münasibətilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzu edirəm!

 - Təşəkkür edirəm! Mən də Sizin simasında doğma Azərbaycan xalqını həm Yeni il, həm də Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə səmim-qəlbdən təbrik edirəm. Hamınıza əmin-аmanlıq, xoş həyat, daha gözəl, sevincli günlər, bol ruzi-bərəkət arzulayıram! Qoy 2018-ci il Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ili kimi tarixə düşsün.

- Çox sağ olun, amin! Yeri gəlmişkən, elə söhbəti illərdən başlayaq. Başa çatmaqda olan 2017-ci il nə ilə yadda qaldı? Hansı uğurlarınız oldu?

- Bu il mənim üçün kifayət qədər uğurlu oldu. İlin əvvəlində həmmüəllif olduğum “Müasir Azərbaycan poeziyası” almanaxı çapdan çıxdı. Burada 70-dən çox Azərbaycan şairinin şeirləri özbək dilinə tərcümədə yer alıb. Daha sonra Azərbaycan Yazıçılar birliyinin üzvü Süleryman Hüseynovun “And” romanı mənim tərcüməmdə rus dilində işıq üzü gördü. Bundan əlavə AYB-nin üzvü Şahməmməd Dağlaroğlu ilə birgə Özbəkistan şairlərinin azərbaycan dilinə tərcümədə almanaxını başa çatdırıb, nəşriyyata təhvil verdik. İnşallah, yaxın günlərdə bu kitabı oxuculara təqdim edəcəyik. Tərcümə ilə bağlı digər işlərim də çox olub. Ayrı-ayrı müəlliflərin şeir və hekayələri həm özbək, həm də azərbaycan və rus dilinə mənim tərcüməmdə dövrü mətbuatda dərc olunmuşdur. 

- Bu yaxınlarda Bakıda Nizami kino Evində özbəkistanlı incəsənət ustalarının “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı oldu. Bildiyimizə görə klipin yaradıcı kollektivinin işində Siz də iştirak etmisiniz...

 Bu, doğrudan maraqlı klipdir. Bakıdan sonra klipin bugünlərdə Daşkənd şəhərində də təqdimatı keçirildi. Klipdə özbəkistanlı sənətçilərin ifasında mahnılar azərbaycan dilində səslənir. Bir tərcüməçi olaraq bu klipin hazırlanmasında iştirak etməyimdən məmnunam.

- Buna görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun fəxri fərmanına da layiq görülmüsünüz...

- Xeyr, təkcə buna görə yox. Bu dəyər “Müasir Azərbaycan poeziyasının almanaxı”na, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin möhkəmləndirilməsi işində iştirakıma görə verilib. İmkandan istifadə edib, bir daha institutun rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Şəhla xanım, Siz son iki ildə Azərbaycanda daha çox tanındınız. Və bir tərcüməçi olaraq "reytinqiniz" çox sürətlə yüksəldi. Bəs, indiyədək niyə tanınmırdınız?

- Bilirsiniz, ilk vaxtlar tərcümə ilə həvəskar kimi məşğul olurdum. Tərcüməçilik mənim əsas fəaliyyətim yox, bir növ ədəbiyyata marağımdan irəli gələn "xobbi"m olub. Bu gün də, yəni indinin özündə də tamamilə başqa sahədə çalışıram. Amma tərcüməyə həvəsim böyükdür, bu işlə məşğul olmağa özümdə daxili ehtiyac duyuram. Düzü, ilk əvvəllər tərcümələrimi ortalığa çıxartmağa risk etmirdim. Sonralar Firuz Mustafanın yaradıcılığı ilə maraqlandım, bəzi tərcümələr etdim və onları sosial şəbəkələrdə yerləşdirdim. Eyni zamnada mənim tərcüməmdə Firuz müəllimin rus dilində hekayələr kitabı da çapa hazırlanıb, nəşr edildi. Lakin 2016-cı il həyatımda, necə deyərlər, böyük dönüşlə başladı. Gözlənilmədən Sumqayıt şəhərində özbək və Azərbaycan şair və yazıçılarının mənim rus dilinə tərcüməmdə “Qəlb” (“Duşa”) beynəlxalq ədəbi almanaxı çapdan çıxdı. Onun tərtibçisi şair Süleyman Hüseynovun təşəbbüsü və AYB-nin sədri Anar müəllimin dəvəti üzrə aprel ayında Bakıya gəldim....

- Bakı səfəri Sizə nə verdi?

- Hər şeydən əvvəl çoxdan arzusunda olduğum Bakını görmək xoşbəxtliyi! Gördüm və heyran oldum Bakıya! Gözəl, istiqanlı insanları var. Burda çoxlu yeni dostlar qazandım. Ən əsası da bu səfər mənə özümə inam verdi. AYB-nin Natəvan klubunda, S.Vurğun adına Sumqayıt Mərkəzi kitabxanasında, Şabranda Xaqani Poeziya evində keçirilən təqdimatlar mənə yeni ruh verdi. İşimə verilən dəyər inam verdi mənə. Və bütün çəkinliklərə baxmayaraq, tərcüməçilik fəaliyyətimi davam etdirmək qərarını verdim...

- Yəqin ki, AYB-nin və Əli Kərim adına Poeziya klubunun fəxri üzvü seçilməyiniz də bu inamı daha da artırdı...

- Əlbəttə! Düzü, heç gözləmirdim. Özbəkistandan AYB-nin ilk fəxri üzvü olmaq mənim üçün həqiqətən böyük şərəf və fəxrdir...

- Siz bu il də Bakıya gəldiniz...

- Bəli, bu il rəsmi nümayəndə heyətinin tərkbində Bakıya gəldim. Son bir ildə mənim ikinci vətən hesab etdiyim Azərbaycan üçün çox darıxmışdım. Sanki sevincdən ürəyim uçacaqdı. Hava limanında gözlənilmədən dostlarımın məni gül-çiçəklə qarşılamağı təkcə məni yox, bütün nümayəndə heyətimizi heyrətləndirdi və sevindirdi...

- Çox gözəl! Deməli, bu hörməti qazanmısınız. Şəhla xanım, mümkünsə Azərbaycana son səfərinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Nümayəndə heyətimizə Özbəkistan KİV-nin nümayəndələri, foto və -telejurnalistlər, yazıçılar daxil idilər. Məqsəd Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmaq idi. Biz cəbhə bölgələrində olduq,məcburi köçkünlərlə görüşdük. Erməni işğalçılarının törətdiyi vəhşiliklərin, insanlığa sığmayan qəddarlıqlarının şahidi olduq. Keçirtdiyimiz acı təəssüratları dilə gətirmək çox çətindir...

- Təəssüf ki, elədir...

- Sözsüz ki, nümayəndə heyətimizin üzvlərinin bu barədə fikirləri gördükləri faktlar əsasında daha aydın şəkildə formalaşıb və indi onları Özbəkistanda xalqımıza çatdırmaqdadırlar. Biz Bakı və regionlarda tarixi yerləri gəzdik, muzeylərdə olduq. Hər halda bu səfər də çox səmərəli oldu.

- Sumqayıtda da oldunuz...

- Sumqayıt mənim üçün çox doğma şəhərdir. Çünki mənim Azərbaycanla tanışlığım məhz bu şəhərdən başlanıb. Bu şəhərdə İbrahim İlyaslı, Süleyman Hüseynov, Rəhman Orxan, Yeganə Əhmədova, Suliko Daqaruliya, Əli Sadıxov kimi dostlarım yaşayırlar. Bu il də azacıq imkan düşən kimi Sumqayıta getdim. Poeziya evində dostlarla dəyirmi masa arxasında maraqlı görüşümüz keçdi. Düzü, keçən ildən bəri bu şəhər çox gözəlləşib. Mən dənizi çox sevirəm. Ona görə də ötən il ilk olaraq dənizkənarı parka getmişdim. O vaxt orada geniş abadlıq, yenidənqurma işləri gedirdi. Bu il isə yenidən Sumqayıta gələndə yeni salınmış bulvar öz gözəlliyi ilə məni heyran etdi. N.Xəzrinin misraları yadıma düşdü:

Canlanır hər qarış çöl Sumqayıtda,

Xarüqələr yaradır el Sumqayıtda...

- Şəhla xanım, Sizdən əvvəl də Azərbaycan-Özbəkistan ədəbi əlaqələri var idi - tərcümələr edilirdi, səfərlər olurdu, görüşlər keçirilirdi. Lakin son illərdə Sizin bu sahədəki fəaliyyətiniz ədəbi əlaqələrimizə yeni bir abu-hava gətirdi. Qısa müddətdə böyük uğurlar qazandınız. Necə düşünürsünüz, bu uğurlar həmkarla-rınızda Sizə qarşı qısqanclıq yaratmayıb ki?!

- Deyə bilmərəm. Mənim o münasibətlər haqda düşünməyə vaxtım və həvəsim yoxdur. Başımı aşağı salıb, işimi görürəm.

- Aydındır. Bir sualım da var. Çox zaman Sizi təqdim edəndə yazırlar "şair-tərcüməçi". Şairlik fəaliyyətiniz nə dərəcədədir?

- Bilirsinizmi, mən heç vaxt özümü şair kimi təqdim etməmişəm. Düzdür, hərdən şeirlər də yazıram, bəyəniləsi də var, bəyənilməyəsi də. Lakin hələ ki özümü şairlər sırasında görmürəm. Tərcüməçilik fəaliyyətilə məşğul oluram, bu mənə kifayət edir. Onu da deyim ki, tərcüməçilik çox məsuliyyətli işdir. Gərək tərcümə etdiyin dili mükəmməl biləsən. Mən üç dilə tərcümələr edirəm - özbək, Azərbaycan və rus dillərinə. Yəqin ki, ədəbiyyatşünaslar bunun nə demək olduğunu yaxşı bilirlər.

- Təbii ki. Şəhla xanım, 2018-ci il üçün planlarınız barədə nə deyə bilərsiniz?

- Adətən mən qabaqcadan hansısa planlar barədə danışmağı xoşlamıram. Sadəcə tərcüməçilik fəaliyyətimi davam etdirmək fikrindəyəm. Əsasən Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin sifarişilə tərcümələr edirəm. Bir də Azərbaycandakı həm əvvəllər də birgə çalışdığım, həm də yeni müəlliflərlə işimi davam etdirəcəyəm. Onu da deyim ki, sosial şəbəkələrdən mənə tərcümə üçün çoxlu müraciətlər gəlir. Sözsüz ki, onarın hamısını yetirmək imkanında deyiləm. Əvvəla, dediyim kimi Azərbaycanın burdakı Mədəniyyət mərkəzinin sifarişilə işləyirəm. Eyni zamanda özümün daimi rəsmi işim var, orda çalışıram. Bundan əlavə mənim ailə, ev qayğılarım da var. Ona görə xahiş edirəm ki, dostlar məni düz başa düşsünlər.

- Və sonda - dostlara sözünüz?

- Mənim əzizlərim, sizləri çox sevirəm! Sizin üçün çox darıxıram. İnşallah, yeni ildə yenə Bakıda, mənim üçün doğma olan o gözəl diyarda görüşəcəyik! Allah sizləri qorusun! Sizə də mənim yaradıcılığıma olan diqqətə görə minnətdaram!

- Var olun! Sizə də müsahibəyə, səmimi söhbətimizə vaxt ayırdığınıza görə təşəkkür edirəm! Yeni görüşlərədək!

 

Müsahibə apardı: 

Orxan MƏMMƏDZADƏ

Fotolar Şakir Rəhmanın və Orxan Məmmədzadənindir.

 

digər xəbərlər
- Bu gün Milli Musiqi Günüdür
- Aktyor işçini döydü, qovuldu - “AzDrama”da qalmaqal
- “Azərbaycan ailəsi - 2015” film festivalı başlayır
- Asan Xidmət Üzeyir Hacıbəyovu belə yad edəcək - Foto
- Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib - FOTOLAR
- Multikulturalizmlə bağlı növbəti tədbir
- Dünya gözəlləri Bakıya gəldi - Fotolar
- İbrahim Tatlısəs sərvətini açıqladı: İnanılmaz rəqəm
- Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb VİDEO
- Sumqayıtda daha bir səyyar sərgi

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
09:40 Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
08 Yanvar, 2018
11:28 ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi
11:21 Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
10:18 Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib
06 Yanvar, 2018
22:43 Sumqayıt gəncləri qalib oldu
04 Yanvar, 2018
13:41 "AYRILIQ" mahnısının məşhur ifaçısı Yaqub Zurufçunun Kanada və ABŞ şəhərlərinə qastrol səfəri başlayıb
03 Yanvar, 2018
22:47 Qərbi Kaspi Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
01 Yanvar, 2018
18:30 Sumqayıtda 2017-ci ilin ən vacib hadisələri...
31 Dekabr, 2017
12:05 Azərbaycan ədəbiyyatının yaxın dostu Şаxlo Kasımova: "Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"
30 Dekabr, 2017
18:53 “Həll olunmayan problemə görə narahat olmağa dəyməz” – 122 yaşlı xanımın həyat devizi
14:27 Bu yerlərdə siqaret çəkmək qadağan olundu – Prezident FƏRMAN İMZALADI
14:20 Sürücülərə şad xəbər - Prezident bu cəriməni LƏĞV ETDİ
13:57 Sumqayıt Gəncləri Həmrəylik Günü və Yeni İl bayramını qeyd etdi
11:52 Sumqayıtda Gənclər üçün bayram tədbiri keçirildi
29 Dekabr, 2017
19:38 Sumqayıtda elektrik sayğacına haqsız cərimə yazılıb- abonent şikayət edir
28 Dekabr, 2017
14:16 Məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası BAŞLAYIR
13:10 “WhatsApp” bu telefonlarda işləməyəcək - YANVARIN 1-DƏN
13:01 Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri
12:52 Xankəndisiz 26 il
12:09 Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi
27 Dekabr, 2017
14:54 Sumqayıtlı yazıçının növbəti uğuru
13:40 Azərbaycanda ibtidai sinif müəllimi fəryad etdi: " İmkan verin uşaqlar yazmağı, oxumağı öyrənsinlər" - SOS
26 Dekabr, 2017
22:48 Qərbi Kaspi Universitetinin “Qarabağ: 2016/2017” adlı nəşri işıq üzü görüb
18:54 Sumqayıtda qaliblər müəyyənləşdi: "Maliyyə”, “Assorti” və “BİR”
18:49 Prezident məmurlarla bağlı sərəncam imzaladı
18:43 Sumqayıtda top mərmisi tapıldı
13:05 “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
10:55 Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib
10:45 Azərbaycanın 2018-ci ildə dövlət büdcəsi nə qədər olacaq? - Prezident təsdiqlədi
10:32 Sumqayıtda qubadlıları bir araya toplayan SƏBƏB
25 Dekabr, 2017
21:43 "Sumqayıt" növbəti futbolçu transferini həyata keçirib
16:40 "Sumqayıt"a məğlubiyyət göstərdi ki, futbolla zarafat etmək olmaz”
16:02 Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir" - YAZI
24 Dekabr, 2017
18:09 Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
14:53 "Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb
10:55 Prezident İlham Əliyevin doğum günüdür
23 Dekabr, 2017
19:04 Sumqayıtda zavodda faciə...
14:08 Azərbaycanda yeni qurum yaradıldı – PREZİDENTİN FƏRMANI
12:19 Çin olan yuxular - HEKAYƏ
10:44 Tanınmış professor tələbələrə mühazirə deyib
22 Dekabr, 2017
19:17 Prezidentdən Sumqayıtla bağlı daha bir sərəncam: rektora "Şöhrət" ordeni verdi
18:56 Sumqayıtda 200 uşağa qış geyimi və bayram sovqatı verildi
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm