22 Fevral, 2018 03:08

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Eyruz Məmmədov - 65!

12.01.2018 21:08

Sabah - yanvarın 13-də tanınmış yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun 65 yaşı tamam olur!

Son 30 ildə bir-çox tarixi-sənədli filmlərin müəllifi olan, Azərbaycana qarşı uzun illər Ermənistanda və Dağlıq Qarabağda, eləcə də Bakı və Sumqayıtda törədilən erməni-daşnak təxribatlarının təhqiqi və ifşası istiqamətində 1988-ci ildən başlayaraq yorulmadan, vətənpərvər bir jurnalist məsuliyyəti ilə çalışan, keçmişimizin tarixinə aid sənədli əsərləri, roman və povestləri ilə nəinki yaşayıb-yaratdığı Sumqayıtda, bütövlükdə respublikada, hətta MDB ölkələrində və uzaq xaricdə də yaxşı tanınan Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçmişdir.

Ancaq ötən illərdə Eyruz Məmmədov daha heç nə yazıb-yaratmasaydı belə, görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə min əziyyətlə, təhlükələrlə üzləşərək ərsəyə gətirdikləri "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") filmi və Sumqayıtın ilk qurucuları, həm də sonrakı nəsli haqqında yazdığı oçerklər silsiləsindən ibarət fundamental "Sumqayıtım mənim" kitabı ilə də daim seviləcək, yüksək dəyərləndiriləcəkdi. Eyruz müəllimin məşhur sənədli əsərlər "üçlüyünü" isə onun bir-neçə il əvvəl yazdığı 1000 səhifədən artıq "Bir kəndin camaatı" tarixi-etnoqrafik romanı tamamlayır. Bu üç əsər kifayətdir ki, yazıçı-publisist-kinossenarist Eyruz Məmmədov Sumqayıtın tarixində, Azərbaycan sənədli kinosunda və ədəbiyyatımızda hələ yüz illərlə yaşasın, sevilsin.

Lakin istedadlı bir jurnalist kimi Eyruz müəllim sonrakı illərdə xalqımızın azadlıq və Qarabağ uğrunda mübarizəsini əks etdirən daha bir-neçə filmin - "Sumqayıt: Azadlığın əks-sədası", "Cəbhə bölgəsində", "Sumqayıtın bir axşamı” və digər filmlərin kinossenarilərini yazmışdır.

Qarabağ və erməni-daşnak mövzularını daim diqqət mərkəzində saxlayaraq (“28-dən 29-na keçən gecə”, professor Ramazan Məmmədovla birgə müəllifi olduğu "Sumqayıt-1988. Cinayıt və cəza" tarixi əsərləri də erməni təxribatı ilə törədilmiş Sumqayıt hadisələrinin təhqiqinə, daşnak ideologiyasının ifşasına həsr edilmişdir), bu sahədə araşdırmalarını ardıcıl olaraq davam etdirməklə yanaşı Eyruz müəllim son illərdə ədəbi yaradıcılıqla da məşğul olur. O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?" və s. bədii və tarixi kitabların müəllifidir.

...Eyruz Məmmədov Sumqayıtın 3 yaşı təzəcə tamam olanda - 13 yanvar 1953-cü ildə respublikamızın paytaxtı Bakıda, sonralar uzun illər Sumqayıt mətbəəsinin direktoru olmuş gözəl insan, respublikanın Əməkdar poliqrafçısı Surxay Məmmədovun ziyalı ailəsində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailələri keçmiş SSRİ-nin böyük quruculuq işləri aparıldığı gənclik şəhərinə köçüb. İlk təhsilini də indi onun üçün dünyanın ən gözəl, doğma və sevimli şəhəri olan Sumqayıtda alıb.

İxtisasca jurnalist-filoloq olan Eyruz ədəbi yaradıcılığa hələ Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alarkən başlamışdır. İlk hekayəsi 1971-ci ildə - 19 yaşlı tələbə ikən çap edilmişdir. Və mən onu məhz həmin vaxtlardan tanıdım - yaşca məndən üç yaş kiçik olan Eyruz çevik düşüncəli, yaşıdları arasında öz dünyagörüşü ilə

seçilən yaraşıqlı bir oğlan idi. Yazdıqlarıından da duyulurdu ki, Azərbaycan və dünya ədəbiyyatı ilə kifayət qədər yaxşı tanışdır. Hələ 15-16 yaşında yaradıcılığa başlayaraq, o dövr üçün maraqlı, çox qəribə və qeyri-adi görünən mövzularda, bir az avropasayaq hekayələr yazmağa çalışırdı və bununla da digər yeni yazmağa başlayan gənclərdən fərqlənirdi.

Elə o vaxtlar da hiss olunurdu ki, Eyruz onun üçün doğma olan, ilk uşaqlıq və gənclik illərini yaşadığı Sumqayıtı çox sevir. Bu gün də o, bu gözəl şəhərin böyük təəssübkeşi, onun sevgisi ilə yaşayan bir ziyalı, yaradıcı adamdır. Təsadüfi deyil ki, onun ilk dəfə, həm də cəsarətlə girişdiyi mövzu da məhz Sumqayıtla, onun adının hər cür qarayaxma və iftiralardan bir jurnalist, bu şəhərin sakini, vətəndaşı kimi qorumaq istəyi ilə bağlı olmuşdur. Məhz bu istəkdən, Sumqayıta olan sevgidən irəli gələrək, o, fitnəkar erməni ideoloqlarının mənfur işğalçılıq siyasətini, M.Qorbaçovun riyakar rejimini əsaslı dəlillərlə və kinokadrlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycanın tanınmış sənədli filmlər rejissoru Davud İmanovla birgə həyatlarını riskə ataraq aylarla Moskvada, Leninqradda və Rusiyanın digər şəhərlərində 20 Yanvar faciəsini və Sumqayıt hadisələrini törədənlər, onların qəddar iştirakçıları ilə bağlı çoxsaylı çəkilişlər aparmışdılar. Onlar xalqımıza qarşı qanlı cinayətlərdə əli olmuş bədnam SSRİ rəhbəri M.Qorbaçovu, Kremldəki Mərkəzi Komitə katibləri Liqaçovu, Yakovlevi, SSRİ Ali Sovetinin sədri A.Lukyanovu, Bakıda əsl faşist vəhşilikləri törətmiş Sovet ordusuna başçılıq edən marşal D.Yazovu, KQB generalı Kryuçkovu və digərlərini müsahibə zamanı ağır ittihamlar və suallarla "divara dirəmiş", onların çıxılmaz vəziyyətdə qalaraq öz cavabları ilə özlərini bütün dünyada ifşa etmələrinə səbəb olmuşdular. Çox ciddi analitik və prinsipial mövqeyi ilə seçilən Eyruz Məmmədov rejissor dostu ilə birgə xalqımızın ideoloji mübarizəsinin daim ön xəttində gedərək, gərgin əməkləri sayəsində işləyib-hazırladıqları, ermənipərəst Sovet rejiminə, daşnakların mənfur xristian həmrəyliyi, Qərb dövlətlərinin açıq-aşkar, bəzən də gizli himayəsi ilə ölkəmizə qarşı törətdikləri siyasi fitnələrinə, saysız təxribat və faciələrə kəskin etiraz, tutarlı cavab olan, yaxın keçmişimizin hərbi-siyasi qarşıdurmalarının əks etdirildiyi, peşəkarcasına araşdırıldığı "Sumqayıtın əks-sədası” ("Эхо Сумгаита”) sənədli filminin vaxtında və çox yüksək peşəkarlıqla yaradılmasına nail olmuşdular. Qədim Göyçə və Zəngəzur ellərindən başlayaraq xalqımıza qarşı törədilmiş erməni vandalizminin Qarabağda və Sumqayıtda davamının sənədli araşdırmaları, Moskva-Yerevan xain qruplaşmasının təkzibedilməz ifşası kimi ərsəyə gətirilmiş həmin film bu gün də mənfur daşnak-neofaşist ideologiyasının iç üzünü, düşmənin vəhşi-yırtıcı planlarını bütün qabarıqlığı ilə açıb-göstərən çox qiymətli, əvəzsiz bir tarixi sənəd kimi Azərbaycanın ideoloji, haqq mübarizəsində mühüm yer tutur.

Burda bir məqamı da xatırlamağa ehtiyac var. Belə ki, Eyruz müəllimgilin çəkliş qrupu Sumqayıt hadisələrinin təşkilatçılarından biri olmuş Edik Qriqoryandan müsahibə götürmək, onu danışdırmaq üçün Rusiyadakı cəzaçəkmə məntəqələrindən birinə gedərkən daşnak tör-töküntülərinin havadarları onlara hər cür maneə yaradır, onlara qarşı qəsd törətməyə çalışırdılar. Yaxşı ki, belə bir təxribatın ola biləcəyini elə əvvəlcədən istisna etməyərək, onları çətin səfərə yola salan Sumqayıt şəhərinin o vaxtkı qeyrətli, nüfuzlu "mer"i - "ispolkom"un sədri Rasim Eminbəyli onların təhlükəsizliyini təmin etmək barədə qabaqcadan düşünüb-daşınmışdı. Məsələ onda idi ki, Sovetin KQB agentləri o vaxt Azərbaycandan gəlməsi gözlənilən çəkiliş qrupunu izləyərək, onları ermənilərin sifarişi ilə məhv etməyi planlaşdırmışdılar. Lakin onları ölümdən digər bir KQB rəisi xilas edə bilmişdi. Bu, Sumqayıt şəhər DTK-sının rəisi, milliyyətcə rus olan polkovnik V.Lebedev idi.

R.Eminbəyli ona möhkəm-möhkəm tapşırmışdı ki, necə edirsən, et, ancaq mənim adamlarım ordan sağ-salamat qayıtmalıdırlar. Və o da öz növbəsində ermənilərin sifarişini yerinə yetirməyə hazırlaşan "kolleqalarına" tapşırmışdı ki, "başınızın ağrımasını istəmirsinizsə, yerinizdə farağat oturun, mənim rəisim tapşırıb ki, o "uşaqların" başından bir tük də əskik olmamalıdır. Buna təkcə mən yox, siz də başınızla cavabdehsiniz". Və Davud İmanovla Eyruz Məmmədovun çəkiliş qrupu ordan vətənə təhlükəsiz şəkildə, sağ-salamat qayıtmışdılar. Sözsüz ki, bu məsələdə Rasim müəllimin yalnız rəis nüfuzu yox, həm də şəxsi nüfuzu və hörməti xüsusi rol oynamışdı.

Bu gün fəxrlə demək olar ki, məhz həmin film dünya ictimaiyyətinə bütün aydınlığı ilə göstərir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi ideyasının arxasında ermənilərin hələ 200 il əvvəl hiyləgərcəsinə düşünüb-daşındıqları, silahlı təxribatlara, terrorizmə, işğalçılığa əsaslanan "Dənizdən dənizə" ("Oт моря до моря") mənfur planı dayanır ki, onu da ardıcıl olaraq ABŞ-ın və Fransanın diaspor və terrorçu təşkilatlarının dəstəyi, təsiri ilə mənfur Aqanbekyan-Şahnazarov-Qorbaçov üçlüyü həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər.

Qeyd etməlk lazımdır ki, əgər "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") tarixi-sənədli filmi o vaxt - "isti-isti" çəkilməsəydi, indi - həmin əli qanlı cəlladların artıq həyatda olmadıqları bir vaxtda belə bir filmin yaradılması mümkün olmazdı və olsaydı da belə, bu cür effektli alınmazdı. İndi geriyə boylanarkən bunu qətiyyən inkar etmək olmaz ki, kinossenarisini Eyruz müəllimin mərhum Davud müəllimlə birgə hazırladığı və çəkilişlər apardıqları həmin film bu gün Azərbaycanda 1988-1994-cü illərdə baş vermiş hadisələrdən yeni nəslin və dünya ictimaiyyətinin xəbərdar olması baxımından çox böyük tarixi əhəmiyyətə malikdir.

Və təsadüfi deyil ki, hər il 20 Yanvar şəhidləri anılarkən yalnız respublikamızda deyil, həm də həmvətənlərimizin yaşadıqları MDB, Avropa, Latın Amerikası və planetin digər ölkələrində həmin film inkaredilməz faktları və görüntüləri ilə ideoloji təbliğatımızda kəsərli bir vasitə kimi mühüm yer tutur. Filmin yaradıcılarından biri kimi isə Eyruz müəllim bütün il boyu, tez-tez gənclərlə görüşlərə dəvət edilir, zəngin yaradıcılığa malik bir kinossenarist və yazıçı olaraq yaxın keçmişimiz və bugünümüzlə bağlı diskussiyalarda maraqlı söhbətləri ilə minlərlə oxucunun marağına səbəb olur, vətənpərvər, qeyrətli bir publisist kimi onların sevgisini, rəğbətini qazanır.

Son illərdə daha çox bədii yaradıcılıqla məşğul olan Eyruz Məmmədov olduqca məhsuldar çalışaraq, öz yeni əsərləri ilə ildə bir-neçə dəfə oxucularını sevindirir. Onun tarixi-bədii əsərləri dünyanın bir çox xalqlarının dilində - rus, ingilis, türk, alman, ispan, fransız və s. dillərdə nəşr olunaraq, geniş yayılmışdır. Vətənimizin, doğma şəhərimiz Sumqayıtın 1988-ci ildən başlayan ağır günlərində o, həm də "Эхо Сумгаита" ("Sumqayıtın əks-sədası") qəzetinin redaktoru kimi də Azərbaycanın informasiya blokadasının yarılmasında, Qarabağ həqiqətlərinin oxuculara doğru-dürüst çatdırılması, yayılması işində də geniş fəaliyyət göstərmişdir. Bu gün onun "Qızıl qələm", Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı olması da uzun illər gərgin, yorulmaz əməyinin nəticəsidir. Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü olması isə Eyruz müəllimin bir yazıçı-publisist kimi MDB ölkələrində də böyük nüfuza malik olmasından xəbər verir.

Eyruz müəllim milli mətbuatımızın dəyərli, fərqli nümayəndəsi olmaqla yanaşı həm də gözəl ailə başçısı, sədaqətli dostdur. Və bu gün onu qədirbilən xalqımız, onu sevən

minlərlə oxucusu, dostları adından şərəflə yaşanmış ömrünün gözəl, əlamətdar günü - 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona gəncliyində olduğu kimi möhkəm sağlamlıq, uzun ömür, yaradıcılıq eşqi, enerjisi arzulayırıq və deyirik: Vətənimizin qeyrətli ziyalı oğlu, sənin adın, ötən illərdəki gərgin, səmərəli yaradıcılıq fəaliyyətin Sumqayıtla, Azərbaycanla bağlı olduğu kimi, Sumqayıtımızın, Azərbaycanımızın da adı səninlə bağlıdır və həmişə də belə olacaq!

100 yaşa, Vətənin qeyrətli ziyalı oğlu!

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı.

E-mail: [email protected]

digər xəbərlər
- Tarixi şəxsiyyətlərimizin xaricdəki varisləri: rektor, partiya sədri, qatı kommunist və daha kimlər...
- “Kolumb şarlatan olub” -Açıqlama
- KQB-nin 300 il qadağan etdiyi kitab
- İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
- Rus kino-ulduzu: “Sumqayıtın dənizkənarı parkında olanda özümü Krımın meşələrində hiss etdim” – DÜNƏNƏ BOYLAN
- Vətəni, xalqı naminə fədakarlıqla tankların üstünə gedən, SSRİ nazirini "trevoqa" ilə müşavirədən çıxaran Rasim Eminbəyli
- "AYRILIQ" mahnısının məşhur ifaçısı Yaqub Zurufçunun Kanada və ABŞ şəhərlərinə qastrol səfəri başlayıb
- Eyruzun qaranlıqları yaran "çırağı"
- Milli sərvətimiz qurdbasar
- Azərbaycanın Mənəvi Təhlükəsizliyi naminə...

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
15 Yanvar, 2018
10:11 Sumqayıt Bələdiyyəsi hesabat verdi
12 Yanvar, 2018
21:08 Eyruz Məmmədov - 65!
18:30 Maliyyə bazarlarının tənzimləyiciləri
11 Yanvar, 2018
22:48 "Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ" mövzusunda təlim keçirilib
10 Yanvar, 2018
19:11 Sumqayıtda rəsmi IELTS imtahanı keçiriləcək
09:40 Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
08 Yanvar, 2018
11:28 ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi
11:21 Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
10:18 Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib
06 Yanvar, 2018
22:43 Sumqayıt gəncləri qalib oldu
04 Yanvar, 2018
13:41 "AYRILIQ" mahnısının məşhur ifaçısı Yaqub Zurufçunun Kanada və ABŞ şəhərlərinə qastrol səfəri başlayıb
03 Yanvar, 2018
22:47 Qərbi Kaspi Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
01 Yanvar, 2018
18:30 Sumqayıtda 2017-ci ilin ən vacib hadisələri...
31 Dekabr, 2017
12:05 Azərbaycan ədəbiyyatının yaxın dostu Şаxlo Kasımova: "Odlar Yurdu Azərbaycan mənim ikinci vətənimdir, mənim üçün doğmadır!"
30 Dekabr, 2017
18:53 “Həll olunmayan problemə görə narahat olmağa dəyməz” – 122 yaşlı xanımın həyat devizi
14:27 Bu yerlərdə siqaret çəkmək qadağan olundu – Prezident FƏRMAN İMZALADI
14:20 Sürücülərə şad xəbər - Prezident bu cəriməni LƏĞV ETDİ
13:57 Sumqayıt Gəncləri Həmrəylik Günü və Yeni İl bayramını qeyd etdi
11:52 Sumqayıtda Gənclər üçün bayram tədbiri keçirildi
29 Dekabr, 2017
19:38 Sumqayıtda elektrik sayğacına haqsız cərimə yazılıb- abonent şikayət edir
28 Dekabr, 2017
14:16 Məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası BAŞLAYIR
13:10 “WhatsApp” bu telefonlarda işləməyəcək - YANVARIN 1-DƏN
13:01 Xərçəng xəstəliyinin yaranmasının əsas səbəbləri
12:52 Xankəndisiz 26 il
12:09 Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi
27 Dekabr, 2017
14:54 Sumqayıtlı yazıçının növbəti uğuru
13:40 Azərbaycanda ibtidai sinif müəllimi fəryad etdi: " İmkan verin uşaqlar yazmağı, oxumağı öyrənsinlər" - SOS
26 Dekabr, 2017
22:48 Qərbi Kaspi Universitetinin “Qarabağ: 2016/2017” adlı nəşri işıq üzü görüb
18:54 Sumqayıtda qaliblər müəyyənləşdi: "Maliyyə”, “Assorti” və “BİR”
18:49 Prezident məmurlarla bağlı sərəncam imzaladı
18:43 Sumqayıtda top mərmisi tapıldı
13:05 “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
10:55 Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib
10:45 Azərbaycanın 2018-ci ildə dövlət büdcəsi nə qədər olacaq? - Prezident təsdiqlədi
10:32 Sumqayıtda qubadlıları bir araya toplayan SƏBƏB
25 Dekabr, 2017
21:43 "Sumqayıt" növbəti futbolçu transferini həyata keçirib
16:40 "Sumqayıt"a məğlubiyyət göstərdi ki, futbolla zarafat etmək olmaz”
16:02 Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir" - YAZI
24 Dekabr, 2017
18:09 Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
14:53 "Qarabağ"ın hücumçusu barədə kitab çapdan çıxıb
10:55 Prezident İlham Əliyevin doğum günüdür
23 Dekabr, 2017
19:04 Sumqayıtda zavodda faciə...
14:08 Azərbaycanda yeni qurum yaradıldı – PREZİDENTİN FƏRMANI
12:19 Çin olan yuxular - HEKAYƏ
10:44 Tanınmış professor tələbələrə mühazirə deyib
22 Dekabr, 2017
19:17 Prezidentdən Sumqayıtla bağlı daha bir sərəncam: rektora "Şöhrət" ordeni verdi
18:56 Sumqayıtda 200 uşağa qış geyimi və bayram sovqatı verildi
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm