|
|
16.01.2018 11:23
12-14 yanvar 2018-ci il tarixlərində “Alüminiumçu” İdman Evində “20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sambo üzrə yeniyetmələr (2000-2001), gənclər (1998-1999) və kişilər arasında şəhər çempionatı keçrilmişdir. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Tural Süleymanov (48 kq), Fərid Niftəliyev (52 kq), Cavid Rzayev (56 kq), Ruslan Paşayev (60 kq), Məhəmməd Rüstəmli (65 kq), Anar Ağamirzəyev (70 kq), Fərhad Əbişov (75 kq), Sabir İsayev (81 kq), Ümüd Həsənov (87 kq) və Sənan Həsənli (+87 kq) yeniyetmələr arasında, Fərid Feyziyev (48 kq), Xudaverdi Bağırov (52 kq), Kənan İsmayılov (57 kq), Ruslan Paşayev (62 kq), Ziya Əliyev (68 kq), Hüseyn Dadaşov (74 kq), Ravil Muxtarov (82 kq), Elvin Qaragözov (90 kq), Emin Kazımov (100 kq) və Vahid Şahhüseynov (+100 kq) gənclər arasında, Murad Hacıyev (52 kq), Kənan İsmayılov (57 kq), Vüqar Şirinov (62 kq), Elnur Aslanov (68 kq), Əli Poladov (74 kq), Elnur Eminov (82 kq), Namiq Bayramov (90 kq), Çingiz Ramazanov (100 kq) və Qurban Məmmədli (+100 kq) isə kişilər arasında hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyələri ilə təltif olunmuşdur.
|