20 May, 2018 23:37

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində

07.03.2018 21:13

Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-litseydə Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair-yazıçı, tarixi-romantik "And" romanının müəllifi Süleyman Hüseynovun yaradıcılığı barədə diskussiyanın proqrama daxil edildiyi "Yaddaşın əks-sədası" adlı ədəbi-bədii tədbir keçirilib.

Universitetin tələbələrinin və litsey şagirdlərinin iştirak etdiyi tədbir BSU-nun dosenti, filologiya elmləri namizədi Fikriyyə Muradovanın rəhbərliyi və təşkilatçılığı ilə təqdim olunan rəngarəng ədəbi-bədii fraqmentlərlə başlanmışdır. Litseyin şagirdləri böyük rus şairləri Aleksandr Puşkinin və Mixail Lermontovun lirik-romantik şeirlərini tədbir iştirakçılarına maraqlı kompozisyalarla təqdim etmişlər. Bütün həyatı və yaradıcılığı ilə heç nədən, hətta ölümdən belə qorxmayaraq, Sovet rejiminə, onun kütləvi, amansız repressiyalarına, insan azadlığını boğan ideyalarına, hər cür naqisliklərinə qarşı çıxan, bolşevizmi kəskin tənqid edən Vladimir Vısotskinin xalq arasında çox sevilən üsyankar şeirləri və mahnıları səsləndirilmişdir. Görüşdə Sumqayıtın tanınmış ziyalısı, ədəbiyyat-incəsənət bilicisi Əli Sadıqov çıxış edərək, V.Vısotski şeirlərinin inqilabi ruhundan, təqiblərə baxmayaraq, daim xalqla birgə olmasından, şeirlərində və mahnılarında daim xalqın arzu və istəklərini ifadə etməsindən söz açmışdır.

BSU-nun tələbələri və məktəb-litseyin şagirdləri pianonun müşayiəti ilə dahi sənətkar Müslüm Maqomayevin "Azərbaycan", "Mavi əbədiyyət" ("Синяя вечность") və populyar rus mahnılarını ifa etmişlər.

Bunun ardınca isə tədbirin qonağı olan Süleyman Hüseynovun vətənə və doğma xalqa həsr edilmiş rusca şeirlərindən nümunələr oxunmuşdur.

Sonra tədbirin aparıcısı Fikriyyə xanım yazıçı Süleyman Hüseynovun yaradıcılığı, xüsusilə də onun Аzərbaycan və rus dillərində nəşr edilmiş "And" romanı haqqında geniş məlumat vermiş, onun Qarabağ mövzusunda yazılmış dəyərli bir əsər olduğunu, həm də ədəbi qəhrəmanların - azərbaycanlı Seymurla rus qızı Aidanın bir-birinə Moskvadan başlanan sevgisinin və sədaqətinin Vətənin sınaqlarından mətinliklə keçdiyini bildirərək, onların mərdlik və şücaətlərini, vətənpərvərliklərini qatı düşmənlə qeyri-bərabər mübarizə, döyüş fonunda əks etdirən məqamları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Qeyd edilmişdir ki, əsərin qəhrəmanları sadə azərbaycanlı gənc Seymur və tanınmış rus generalının nəvəsi Aidadır. Tale onları Moskvada çətin bir dövrdə rastlaşdırır. SSRİ dağıldıqdan sonra Moskva Aviasiya institutunu bitirərək, onun məzunu olan Seymur münasib bir iş tapmayaraq, bazarda işləməyə məcbur olur. Gənclər arasında təsadüfi tanışlıqdan yaranan zərif, kövrək hisslər sonradan saf və dərin məhəbbətə çevrilir.

Bir-birinə olan böyük sevgi hissləri ilə onlar daxili və xarici düşmənlərlə ölüm-dirim mübarizəsinə atılmalı olurlar. Xəyanətə düçar olaraq çətin, qeyri-bərabər mübarizədə həlak olsalar da, mənən qalib çıxırlar. Onların yolunu yeganə oğulları olan Murad müstəqil Azərbaycanın üçrəngli bayrağı altında davam etdirir. Əsər bütünlükdə ədalətin qələbəsinə inamı, sevginin təntənəsini əks etdirir.

Tələbələr və şagirdlər qarşısında çıxış edən yazıçı Süleyman Hüseynov "And" romanının real faktlar və konkret prototiplər əsasında qələmə alındığını diqqətə çatdırmış, düşmən tərəfindən işğal edilmiş ərazilərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Seymur kimi igid oğullarının sayəsində geri alınacağına ümidini ifadə etmişdir. Əsərin gənc oxucuları müəllifə onları maraqlandıran suallar vermişlər.

Məktəb-litseyin direktoru, filologiya elmləri namizədi, dosent İlahə xanım Carçiyeva rəhbərlik etdiyi təhsil ocağının müəllim və şagird kollektivi adından gənclərə mübarizlik, vətənpərvərlik duyğuları aşılayan maraqlı tarixi-romantik əsərə görə müəllifə təşəkkür etmiş və ona yeni yaradıcılıq uğurları arzulamışdır.

Görüşün sonunda S.Hüseynov "And" romanının Azərbaycan və rus dillərində olan nəşrlərindən, həmçinin Moskvada və Bakıda rusca nəşr edilmiş şeir kitablarını Məktəb-litseyin kitabxanasına hədiyyə etmiş, tədbir iştirakçılarının istəyi ilə onlarla birgə xatirə şəkli çəkdirmişdir.

Rəhman ORXAN.

Fotolar məktəbin müəlliməsi Yeganə Özçələbinindir.

digər xəbərlər
- UNUDULMAZ MÖVQE SAHİBİ
- Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
- O səs nə səs idi, Allah?!..
- Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
- Milli sərvətimiz qurdbasar
- “Kolumb şarlatan olub” -Açıqlama
- Axı rüşvətin Sumqayıta nə aidiyyatı var?!
- Rus kino-ulduzu: “Sumqayıtın dənizkənarı parkında olanda özümü Krımın meşələrində hiss etdim” – DÜNƏNƏ BOYLAN
- Azərbaycanın Mənəvi Təhlükəsizliyi naminə...
- Heç kəs unudulmur...

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
16 May, 2018
11:35 MƏKTƏBLİLƏRİN NƏZƏRİNƏ: Robototexnika Olimpiadasına qeydiyyat başladı
08 May, 2018
21:01 Sumqayıtda “Magistraturaya hazırlıq” mövzusunda tələbələrlə görüş keçirilib
07 May, 2018
18:49 Azərbaycanda İdman Kapoeyrası üzrə dünya çempionatı keçiriləcək - VİDEO
02 May, 2018
10:34 "Qaçqınkom"da yeni təyinat
01 May, 2018
17:22 Məktəblilər Qərbi Kaspi Universitetinin Texnoparkında layihələr üzərində işləyirlər
26 Aprel, 2018
19:39 Ağacın da "qəlbini" duyan, "Nobelçiləri" tərcümə edən şair-dramaturq Əyyub Qiyas
25 Aprel, 2018
15:58 Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində
15:53 Sumqayıtlı karateçi dünya ikincisi oldu
24 Aprel, 2018
19:14 Muxtar Babayev keçmiş kollektivi ilə vidalaşdı - FOTOLAR
19:09 Sumqayıtın gənc “Şahin”ləri Finala vəsiqə qazandılar
19:08 Sumqayıtın komandası Finalda
15:55 Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
10:45 ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ: Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
23 Aprel, 2018
21:33 Sumqayıtdan nazir postuna - MUXTAR BABAYEV YENİ VƏZİFƏDƏ
19 Aprel, 2018
11:03 Koreya səfiri Western Caspian-da
17 Aprel, 2018
17:58 Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turu keçirildi
16 Aprel, 2018
21:08 Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyən oldu.
13 Aprel, 2018
10:33 Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
12 Aprel, 2018
21:55 Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi
10 Aprel, 2018
22:56 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
07 Aprel, 2018
12:14 Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı
06 Aprel, 2018
21:04 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
05 Aprel, 2018
21:45 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
04 Aprel, 2018
20:45 Sumqayıtda “Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
17:12 Sumqayıtlılar Quba məzarlığını ziyarət edib
03 Aprel, 2018
16:26 Sumqayıtda bir nəfər göldə batıb
14:49 Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında - MEMORANDUM İMZALANDI
31 Mart, 2018
15:31 Sumqayıtda “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirildi
26 Mart, 2018
12:13 Bu universitet tələbələrini işlə təmin edir
24 Mart, 2018
20:02 Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir
16 Mart, 2018
19:53 Sumqayıtda “Qələbəyə Doğru” bilik müsabiqəsi keçirildi
17:54 Sağlam gələcək sağlam tərbiyənin işığında parlayır
13 Mart, 2018
21:04 Sumqayıtda "Hamı Seçkilərə" mövzusunda maarifləndirici təlim keçirildi
10 Mart, 2018
17:23 Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib
07 Mart, 2018
21:13 Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
10:44 Bu iki şirkət birgə təhsil layihələri həyata keçirəcək
05 Mart, 2018
13:18 Reduco "EU Business School" ilə əməkdaşlığa başlayır
10:25 Robototexnika olimpiadasının final yarışları keçirilib - "Western Caspian"da
01 Mart, 2018
09:34 Məktəblilərin robotları döyüşəcək – BU ŞƏNBƏ
28 Fevral, 2018
20:59 30 il əvvəl Sumqayıtda...
26 Fevral, 2018
22:41 2 saylı tam orta məktəbdə Xocalı soyqırımı anıldı
17:53 ASAN könüllüləri “Xocalıyıq” dedilər
25 Fevral, 2018
18:48 Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib
24 Fevral, 2018
20:45 S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıtda erməni təxribatları və Xocalı facisəi ilə bağlı tədbir keçirmişdir
23 Fevral, 2018
16:40 Güllə atıcılığı üzrə Sumqayıt kubokuna yekun vuruldu
22 Fevral, 2018
15:31 Bu universitetdə açıq mühazirələr başlayır
14:38 Sumqayıt “ASAN xidmət” könüllülərindən maraqlı VİDEOÇARX
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
10 Fevral, 2018
17:53 Zakir Fərəcov ildə yalnız bir gün yox, hər gün hesabat verir - öz yorulmaz, gərgin fəaliyyəti, böyük və xoş əməlləri ilə!
17:36 Yunan-roma güləşi üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyən oldu
17:04 Sumqayıtlı gənc Abşeron rayon Mədəniyyət Mərkəzinə direktor təyin edilib
08 Fevral, 2018
21:16 Boks üzrə Sumqayıt birinciliyinə start verildi
10:44 Növbəti startap günləri başlayır – bu dəfə Western Caspian-da
06 Fevral, 2018
16:39 Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
03 Fevral, 2018
09:42 YAP Sumqayıt şəhər təşkilatı növbəti ağacəkmə aksiyası keçirib
01 Fevral, 2018
17:30 Qərbi Kaspi Universitetində ingilis dili üzrə final imtahanlar belə keçirilir
31 Yanvar, 2018
15:20 “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirildi
29 Yanvar, 2018
19:38 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinin qalibləri müəyyən olundu.
25 Yanvar, 2018
10:34 Gənclər “Əsl məhəbbət haqqında” filmini izləyiblər
23 Yanvar, 2018
10:29 Qocaman elm adamı - Bayram Allahverdiyev
22 Yanvar, 2018
20:47 Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmişdir
21 Yanvar, 2018
13:57 Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
20 Yanvar, 2018
21:10 MƏZAHİR Süleymanzadəyə və RASİM Sadıqova "İstiqlal, "Vətənə xidmətə görə" ordenləri və "İgidliyə görə" medalı!... - LAYİQDİRLƏR!
19 Yanvar, 2018
21:20 Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
14:01 ABŞ səfiri tələbələr qarşısında
07 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalasdiraq " layihəsinin bağlanış mərasimi keçirlib.
04 Dekabr, 2017
20:56 "Sağlam Gənclik Formalaşdıraq!" layihəsinin açılış mərasimi keçirilib.
16 Yanvar, 2018
11:30 Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
11:28 İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
11:23 SUMQAYITDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm