23 İyun, 2018 17:41

Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şəhər həyatı Hadisə Dünya Sağlamlıq Mədəniyyət İdman Təhsil, elm Əlaqə

ARXİV

Ağacın da "qəlbini" duyan, "Nobelçiləri" tərcümə edən şair-dramaturq Əyyub Qiyas

26.04.2018 19:39

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional bölməsinin təşəbbüsü ilə istedadlı şair-yazıçı, dramaturq-ssenarist Əyyub Qiyas ilə oxucuların görüşü keçirilmişdir. İlk öncə bütün Şərqdə ilk demokratik ölkə olan, bu il mayın 28-də yaradılmasının 100 illiyi böyük təntənə ilə qeyd ediləcək Azərbaycan Demokratik Respublikasının - bugünkü müstəqil Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Ölkəmizin müstəqilliyi, Vətən torpaqlarının azadlığı uğrunda mübarizə və döyüşlərdə canlarından keçmiş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlık sükutla yad edilmişdir.

Sonra AYB Qubadlı Regional bölməsinin sədri, bədiyyəçi şair Namiq Məna vaxtilə Azərbaycan Dövlət İncəsənət İnstitutunda birgə ali təhsil aldığı sənət dostu, son illər yaradıcılığı ilə oxucuların və tamaşaçıların böyük rəğbətini qazanmış Əyyub Qiyasın ədəbi yaradıcılığı haqqında geniş məlumat vermiş, onun istedadının ədəbiyyat və incəsənətin bir çox sahələrində özünü qabarıq şəkildə göstərdiyini diqqətə çatdırmışdır. Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, Sumqayıt və Qubadlı ədəbi məktəblərinin yetirmələri Elbrus Qayalı, Sabir Yisifoğlu, Firdovsi Cəfərxan, Ədalət Nicat, Ehtiram İlham, Xan Rəsuloğlu, Mehdi Cəlal, Müqəddəs Şahbazov, Novruz Qələndərli və digərləri Əyyub Qiyasın yaradıcılığı haqqında fikirlərini söyləmiş, onun yaradıcılığından nümunələri və öz şeirlərini oxumuşlar.

Qubadlı məktəblilərinin ifasında Əyyub Qiyasın Vətən döyüntülü, Qarabağ, yurd həsrətli şeirləri ifa edilmiş, mübarizə və döyüş ruhlu mahnılar səsləndirilmişdir. Görüşün sonunda bu ilin dekabrında 50 illik yubileyi keçiriləcək Əyyub Qiyas özünün novella xarakterli "Nə satırlar?.." ("Mən aldığım nə idi?") hekayəsini oxumuş, tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, onlara kitablarını hədiyyə etmiş və birgə şəkil çəkdirmişdir.

Onu tanıyanlar bilir ki...

Əyyub Qiyas son dövr Azərbaycan ədəbiyyatında kifayət qədər tanınıb-seçilən və oxucular tərəfindən sevilən, yaradıcılığı maraqla izlənən istedadlı qələm sahiblərindəndir. İlk poeziya debütü respublikanın uşaq jurnallarından birində, hələ 10 yaşında ikən olub. O vaxt bəlkə də çoxları onun bu uğurunu ötəri uşaq həvəsi ilə bağlaya bilərdi, ancaq Əyyubun başından şeir havası getmirdi ki, getmirdi. Elə şeirə, ədəbiyyata, incəsənətə olan həmin böyük həvəslə də Sumqayıtda orta məktəbi başa vurduqdan sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsinə daxil olaraq, çətin bir dövrdə (1986-1990) ali təhsil almış, 1991-1993-cü illərdə isə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdindəki Ali ssenari kursunda kino ssenaristi ixtisasına da yiyələnmişdir.

Ədəbi bioqrafiyasından... Şair, dramaturq, kinossenarist, tərcüməçi

1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əyyub Qiyasın yaradıcılığı ilə yaxından tanış olanda onun nə dərəcədə məhsuldar işlədiyinə, çoxşaxəli yaradıcılığına heyran olmamaq, təəccüblənməmək olmur. Vikipediyada onun haqqında qeyd edilənləri oxuduqdan sonra isə etiraf etməli oluram ki, sən demə, çoxdan tanıdığım bu istedadlı şair-dramaturqun zəngin yaradıcılığı haqqında məlumatım heç də tam deyilmiş. Belə ki, daha çox şair kimi tanıdığım Əyyub Qiyas 1996-cı ildə nəşr edilmiş ilk "Mən bir sapand daşıyam

ki..." və sonrakı "Dərdin yaşı bilinməz", "EŞQ" şeirlər kitablarından daha çox, xeyli sayda nəsr əsərlərinin müəllifi imiş. Ümumilikdə isə hələlik onun 12 kitabı işıq üzü görüb.

Əyyub Qiyasın "Qarışqa" povesti, psixoloji dram əsəri "Cəhənnəm ekspresi" (Sumqayıt Dövlət Dram Teatrında səhnələşdiruilib), "Qara işıq", "Sonuncu büt", "Köpək bürcü", "Sultan körpüsü" və s. romanları müəllifin orijinallığı, qeyri-adi yaradıcılıq təxəyyülü, təlqin etdiyi ictimai-fəlsəfi fikirlərlə oxucuların marağına səbəb olub. Hələ ali məktəbdə oxuyarkən - 1988-ci ildə tələbə-aktyor kimi "Cansıxıcı əhvalat" və "Murad-Sad" filmlərində əsl aktyorluq istedadı nümayiş etdirərək, baş rollar olan Elçin və Murad obrazlarnı məharətlə yaradan, beləliklə də ixtisasından irəli gələrək, daha çox kino və ssenari yaradıcılığına meyl edən Əyyub Qiyas sonralar respublikanın müxtəlif telekanalları tərəfindən çəkilmiş "Susmuş vicdan", "Kəpənək qanadları", "Şəkilli kitab", "Sevginin göz yaşları" "Sonuncu fəsil", "Tək olanda qorxma..." və s. film və teleserialların ssenari müəllifi və quruluşçu rejissoru, "Oyunçu" tele-serialının, "Nabat" filminin redaktoru oluib.

Dünya ədəbiyyatına daim böyük maraq göstərən Əyyub Qiyas Azərbaycan oxucularını müxtəlif xalqların klassiklərinin şedevr nümunələri ilə tanış etmək üçün də çox gərgin yaradıcılıq işi aparır. O, indiyədək dünyanın ədəbiyyat korifeylərinin, Nobel mükafatçıları olan şair və yazıçıların 70-dən artıq əsərini, o cümlədən 14 roman, 12 pyes, çoxlu sayda esse və hekayələri, poeziya nümunələrini doğma dilimizə tərcümə edib. Romen Rollanın "Kali Ana", Con Stenybekin "Kral Artur və dəyirmi masanın cəngavərləri haqqında əfsanələr", Tomas Mannın "Ölüm" əsərləri, E.Remarkın və Q.Odişariyanın romanları, B.Brextin, S.Bekketin və F.Dürrenmattın dram əsərləri, A.Kamyunun esseləri, E.Heminqueyin, B.Şounun, M.Şoloxovun, İ.Buninin, U.Folknerin, V. Reymontun, H.Senkeviçin bir çox maraqlı hekayələri oxuculara məhz Əyyub Qiyasın tərcüməsində təqdim edilmişdir.

Onun özünün də poeziyasını çox sevdikləri dahu hind şairi və mütəfəkkiri-filosofu Robindranat Taqordan, çilili Qabriella Mistraldan, alman Nelli Zaksdan, fransız Frederik Mistraldan, italyan Salvatore Kvazimododan, yunan Yorqos Seferisdən, məşhur rus şairi və aktyoru Vladimir Vısotskidən etdiyi tərcümələr də öz mükəmməlliyi, orijinala poetik yaxınlığı ilə seçilir.

Nəzərə alsaq ki, tərçümə işi tərcüməçidən istedad və hər iki dili yüksək səviyyədə bilməklə yanaşı gərgin əmək, ağır zəhmət tələb edir, onda Əyyub Qiyasın bu sahədə nə dərəcədə böyük həcmli, sanballı işlər gördüyü, necə ağır bir missiyanı öz üzərinə götürdüyü və onu uğurla yerinə yetirdiyi aydın olar.

Və heç də təsadüfi deyildir ki, bir çox ədəbi jurnallarda, respublika Tərcümə mərkəzində, nəşriyyatlarda səmərəli fəaliyyət göstərmiş Əyyub Qiyas "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına, həmçinin illik Prezident təqaüdünə layiq görülüb.

Rəhman ORXAN.

Fotolar Şakir Rəhmanındır.

digər xəbərlər
- QEYD: Söyə-söyə yox, sevə-sevə dəstək olan sumqayıtlılar
- Azərbaycanın Mənəvi Təhlükəsizliyi naminə...
- Axı rüşvətin Sumqayıta nə aidiyyatı var?!
- SUMQAYIT - "MƏNİM AĞ ŞƏHƏRİM"!
- Milli sərvətimiz qurdbasar
- Vətəni, xalqı naminə fədakarlıqla tankların üstünə gedən, SSRİ nazirini "trevoqa" ilə müşavirədən çıxaran Rasim Eminbəyli
- Əfsanəvi bakılının gözü qarşısında prezidentin başını kəsdilər
- O səs nə səs idi, Allah?!..
- İndira Şəmsivari - Vətənini, xalqını hədsiz sevən ziyalı qadın, fəal ictimaiyyətçi, qayğıkeş ana, sədaqətli dost
- O ağacın meyvəsi güllə kimi yağırdı… - SUBYEKTİV

GÜNÜN FOTOSU

Sumqayıt bulvarı belə olacaq

GÜNÜN SİTATI
İlham Əliyev: "Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır"

XƏBƏRLƏR
21 İyun, 2018
12:12 Sumqayıt “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında görüş keçirildi
17 İyun, 2018
15:42 Üç alpinistin ölümündə günahkar, əslində, kim idi?
15 İyun, 2018
21:25 "Sumqayıtın Tarixi" Muzeyinin dostları Milli Qurtuluş gününü birgə bayram etdilər
14 İyun, 2018
11:27 Sumqayıtda “15 iyun Milli Qurtuluş Günü” nə həsr olunmuş rəsm-sərgi müsabiqəsi keçirildi
13 İyun, 2018
19:03 Qərbi Kaspi Universitetindən keçmiş müəllimlərin ittihamlarına CAVAB
18:55 Kimyaçılar Qurtuluş Gününü qeyd etdilər - FOTOLAR
12 İyun, 2018
18:28 Leonardo da Vinçinin sələfi - HEKAYƏ
05 İyun, 2018
18:12 Azərbaycan yazıçısı beynəlxalq təşkilatda həmsədr vəzifəsinə təyin olunub
03 İyun, 2018
16:28 Azərbaycan çoban iti cinsi - Qurdbasar
02 İyun, 2018
13:06 Sənətində özündən uca olan aktyor
01 İyun, 2018
16:38 Sumqayıt bələdiyyəsi yeni binada fəaliyyət göstərəcək-FOTOLAR
30 May, 2018
11:42 “Şərqdə parlayan MAY” - ASAN könüllüləri ADR-i andı
29 May, 2018
14:20 Sumqayıtlı yazıçı vətənə qızıl medalla dönür
12:56 Sumqayıtda “Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr edilmiş dəyirmi masa keçirildi
10:57 Sumqayıtda “Karyera, reallıq və beyin” mövzusunda təlim keçirilib
28 May, 2018
18:27 Sumqayıtda IELTS təqaüd proqramı başlayır
26 May, 2018
19:30 «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsi çərçivəsində növbəti təlim
19:13 Sumqayıtlı beynəlxalq ədəbiyyat festivalında – İlk Dəfə
13:27 Sumqayıtda bilik yarışması
13:04 Məktəblilər Mikayıl Müşfiqin 110 illik yubileyini qeyd ediblər
25 May, 2018
22:24 “Arif Alışanova qarşı yalan ifadələr verilir” - Vəkili məhkəmədə DANIŞDI
21 May, 2018
11:11 Sumqayıt Gəncləri yeni Klub təsis etdi
16 May, 2018
11:35 MƏKTƏBLİLƏRİN NƏZƏRİNƏ: Robototexnika Olimpiadasına qeydiyyat başladı
08 May, 2018
21:01 Sumqayıtda “Magistraturaya hazırlıq” mövzusunda tələbələrlə görüş keçirilib
07 May, 2018
18:49 Azərbaycanda İdman Kapoeyrası üzrə dünya çempionatı keçiriləcək - VİDEO
02 May, 2018
10:34 "Qaçqınkom"da yeni təyinat
01 May, 2018
17:22 Məktəblilər Qərbi Kaspi Universitetinin Texnoparkında layihələr üzərində işləyirlər
26 Aprel, 2018
19:39 Ağacın da "qəlbini" duyan, "Nobelçiləri" tərcümə edən şair-dramaturq Əyyub Qiyas
25 Aprel, 2018
15:58 Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində
15:53 Sumqayıtlı karateçi dünya ikincisi oldu
24 Aprel, 2018
19:14 Muxtar Babayev keçmiş kollektivi ilə vidalaşdı - FOTOLAR
19:09 Sumqayıtın gənc “Şahin”ləri Finala vəsiqə qazandılar
19:08 Sumqayıtın komandası Finalda
15:55 Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
10:45 ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ: Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
23 Aprel, 2018
21:33 Sumqayıtdan nazir postuna - MUXTAR BABAYEV YENİ VƏZİFƏDƏ
19 Aprel, 2018
11:03 Koreya səfiri Western Caspian-da
17 Aprel, 2018
17:58 Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turu keçirildi
16 Aprel, 2018
21:08 Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyən oldu.
13 Aprel, 2018
10:33 Bakı məktəbliləri üçün robototexnika təlimləri - ÖDƏNİŞSİZ
12 Aprel, 2018
21:55 Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi
10 Aprel, 2018
22:56 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
07 Aprel, 2018
12:14 Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı
06 Aprel, 2018
21:04 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
05 Aprel, 2018
21:45 Sumqayıtda “Hamı Seçkilərə - Gücümüz Birliyimizdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
04 Aprel, 2018
20:45 Sumqayıtda “Hamı Seçkilərə Gücümüz Birlikdədir” devizi ilə maarifləndirici görüş keçirildi.
17:12 Sumqayıtlılar Quba məzarlığını ziyarət edib
03 Aprel, 2018
16:26 Sumqayıtda bir nəfər göldə batıb
14:49 Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında - MEMORANDUM İMZALANDI
31 Mart, 2018
15:31 Sumqayıtda “Tarixi mart həqiqətləri” adlı dəyirmi masa keçirildi
26 Mart, 2018
12:13 Bu universitet tələbələrini işlə təmin edir
24 Mart, 2018
20:02 Sumqayıtın 1-ci məhəlləsi şəhərin "1-ci"sinə, nümunəvi məhəlləyə çevrilir
16 Mart, 2018
19:53 Sumqayıtda “Qələbəyə Doğru” bilik müsabiqəsi keçirildi
17:54 Sağlam gələcək sağlam tərbiyənin işığında parlayır
13 Mart, 2018
21:04 Sumqayıtda "Hamı Seçkilərə" mövzusunda maarifləndirici təlim keçirildi
10 Mart, 2018
17:23 Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib
07 Mart, 2018
21:13 Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
10:44 Bu iki şirkət birgə təhsil layihələri həyata keçirəcək
05 Mart, 2018
13:18 Reduco "EU Business School" ilə əməkdaşlığa başlayır
10:25 Robototexnika olimpiadasının final yarışları keçirilib - "Western Caspian"da
01 Mart, 2018
09:34 Məktəblilərin robotları döyüşəcək – BU ŞƏNBƏ
28 Fevral, 2018
20:59 30 il əvvəl Sumqayıtda...
26 Fevral, 2018
22:41 2 saylı tam orta məktəbdə Xocalı soyqırımı anıldı
17:53 ASAN könüllüləri “Xocalıyıq” dedilər
25 Fevral, 2018
18:48 Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib
24 Fevral, 2018
20:45 S.Vurğun adına Mərkəzi kitabxanada Sumqayıtda erməni təxribatları və Xocalı facisəi ilə bağlı tədbir keçirmişdir
23 Fevral, 2018
16:40 Güllə atıcılığı üzrə Sumqayıt kubokuna yekun vuruldu
22 Fevral, 2018
15:31 Bu universitetdə açıq mühazirələr başlayır
14:38 Sumqayıt “ASAN xidmət” könüllülərindən maraqlı VİDEOÇARX
20 Fevral, 2018
16:00 Sumqayıtda “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirildi
12:24 Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ
19 Fevral, 2018
21:25 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu.
21:19 Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
18 Fevral, 2018
15:58 İTV-də sumqayıtlı incəsənət ustalarının çıxışı yayımlanacaq - BU GÜN
17 Fevral, 2018
16:59 Sumqayıtlı iş adamı statuslarını kitab etdi: "Statusman"
16 Fevral, 2018
09:59 Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi
15 Fevral, 2018
10:17 Western Caspian-da məktəblilər üçün təlimlər davam edir
13 Fevral, 2018
11:41 Murad Dadaşov Sumqayıt “ASAN xidmət”də könüllü oldu
11 Fevral, 2018
21:27 Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
21:18 Sərbəst güləş üzrə gənclər arasında keçirilən şəhər yarışına yekun vuruldu
Siyasət   İqtisadiyyat   Cəmiyyət   Şəhər həyatı   Hadisə   Dünya   Sağlamlıq   Mədəniyyət   İdman   Təhsil, elm