İSTİ XƏBƏRLƏR
OXUMASANIZ DA OLAR
09:4012 oktyabr

OXUMASANIZ DA OLAR

Bankın kassiri diqqətlə çekə baxıb deyir: - Xanım, ərinizin imzası nəsə əyri-üyrüdür. - Eh... O alçağın həmişə üstünə beşatılan tuşlananda əlləri əsir.

OXUMASANIZ DA OLAR
16:4020 sentyabr

OXUMASANIZ DA OLAR

Sibirdə meşə kəsirdim. Tutdular. Hakim ana təbiət barədə uzun-uzadı danışdı, izah etdi ki, meşəni kəsmək olmaz. Altı il iş aldım. Koloniyaya göndərdilər. İndi Sibirdə meşə kəsirəm.

OXUMASANIZ DA OLAR
16:0612 sentyabr

OXUMASANIZ DA OLAR

Hərbi komissar sıraya düzülmüş çağırışçılardan soruşur: - Aranızda karlar var? İki nəfər irəli çıxıb karlığını boynuna alır. Qalanları özlərini elə aparırlar ki, guya, eşitmədilər.

OXUMASANIZ DA OLAR
12:1805 sentyabr

OXUMASANIZ DA OLAR

  Müdrik sual Avtomobilində oturduğu halda qoruyucu kəmər taxmaq məcburi ikən, avtobuslarda millətin ayaq üstündə gedə bilməsi məntiqi nə dərəcədə doğrudur?

Oxumasanız da olar
18:3016 avqust

Oxumasanız da olar

Bakı. Gecə. Küçəylə iki dinozavr gəzir. Biri ikinciyə məsləhət verir: - Miqalkalı konserva bankalarını seç. Onların içindəki ət yağlı olur.

OXUMASANIZ DA OLAR
17:2129 iyul

OXUMASANIZ DA OLAR

İki həftə rayonda olan Tükəzban evə dönəndə oğlu Qulamdan soruşur: - Qulam, mama qurban, düzünü de. Mən evdə olmayanda atan çox kədərli olurdu? - Əvvəl-əvvəl yox, amma son iki gündə o qədər kədərli görünürdü ki.

OXUMASANIZ DA OLAR
15:0712 iyul

OXUMASANIZ DA OLAR

Bir dəfə bir azərbaycanlı ilə bir çinlinin mübahisəsi düşür. Azərbaycanlı çinliyə deyir: - Sən heç bilirsən mən kiməm? Gözünü aç, gözümün içinə yaxşı bax.  Istəyinə nail olmayan azərbaycanlı 3 dəfə bu sözü təkrarlayır. Axırda çinli dözməyib deyir: - Bildim e, ancaq mənim gözüm bundan artıq açılmır

Oxumasanız da olar
17:3705 iyul

Oxumasanız da olar

Restoranda sevən cütlüyün söhbəti: Oğlan: - Canım, yüz əlli metri neçə saniyəyə qaça bilərsən? Qız: - Boyunu yerə soxum. Yenə pulqabını evdə qoymusan?!