İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir

Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir


Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə telefondan istifadə tutumunun 18 min nömrə artırılaraq 77 min 600-ə, internetdən istifadə tutumunun isə 52 min 784 artaraq 75 min 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur.

“Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 kilometr fiber-optik (FO) kabel çəkilib. Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib. Nəticədə 3 min 512 telefon və 2 min 105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.

Bundan başqa, “Evədək Fiber” (Fiber to the Home – FTTH) şəbəkəsinin tikinti-quraşdırma işləri də icra olunmaqdadır.

Yeni inşa olunmuş binalarda çox xidmətli çıxış nöqtəsi (Multi-Service Access Node – MSAN) avadanlıqları ilə yanaşı, giqabit tutumlu Passiv Optik Şəbəkənin (Gigabit Passive Optical Network – GPON) tikinti-quraşdırma işləri də davam etdirilir. Nəzərdə tutulan işlər çərçivəsində şəhər ərazisində və yeni salınan yaşayış məntəqələrində (Xəzər bağları, Yaşıl dərə massivi) müasir şəbəkələr qurulub istifadəçilərin ixtiyarına verilir. Tikinti işləri ilə yanaşı, mütəmadi olaraq mövcud abunəçi şəbəkələrində də təmir-bərpa işləri aparılır.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş
16:0622 aprel

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib.

Bakıda güclü partlayış: ölənlər var - FOTO/VİDEO
11:1909 yanvar

Bakıda güclü partlayış: ölənlər var - FOTO/VİDEO

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış

DOST xidməti:  sosial sahə ilə bağlı islahatlar  proqramının davamı
11:1923 aprel

DOST xidməti: sosial sahə ilə bağlı islahatlar proqramının davamı

Vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun əsas xəttini təşkil edir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və"DOST" mərkəzlərinin yaradılması məhz bu siyasətdən irəli gələn təşəbbüsdür.