İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

Sumqayıtda bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib


Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında yerləşən seçki qərargahının fəaliyyəti ilə bağlı danışan R.Hüseynov təbliğat kampaniyasının da uğurla davam etdirildiyini dilə gətirib: "Bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Sumqayıt bələdiyyəsi üzvlüyünə irəli sürülən şəxslər şəhərimizdə kifayət qədər fəal və tanınmış şəxslərdir. İnanırıq ki, dekabrın 23-də Sumqayıt seçiciləri Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər. Mən şəhər sakinlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram".

Çıxış edən YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Sultan Əsədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərdiyini deyib.

YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Musa Həsənov da Yeni Azərbaycan Partiyasının hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazandığını diqqətə çatdırıb. Çıxış edən digər namizədlər Cəmilə Fəyyaz, Nərminə Mehdiyeva, Tərlan Hacızadə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?
13:3117 dekabr

Sumqayıtda kimlər bələdiyyə üzvü olmaq istəyir?

Bildiyimiz kimi, Azərbaycanda hər 5 ildən bir yerli idarəetmə orqanlarından olan bələdiyyələrə seçkilər keçirilir. Bu il bələdiyyə seçkiləri dekabrın 23-də olacaq. Sumqayıt şəhəri üzrə də 4 dairə olmaqla 134 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü
16:1022 aprel

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib.