İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Acı xatirələri beyindən necə siləcəklər?

Acı xatirələri beyindən necə siləcəklər?


"The İndependent" yazır ki, alimlər "acı xatirələrin" beyindən "silinə" biləcəyini prinsip etibarilə sübut ediblər. Belə bir hadisə fantastika janrında çəkilmiş məşhur "Ləkəsiz zəkanın əbədi parıltısı" filmində təsvir edilib. Siçanlar üzərində aparılmış təcrübələrdən aşkar edilib ki, elektrik vurmasını xarakterizə edən səslə bağlı qorxulu xatirəni "yandırıb-söndürmək" mümkündür.

Lakin alimlər deyiblər ki, belə bir təcrübənin insanlar üzərində aparılması etik suallar doğurur və buna görə də hələ tezliklə baş verməyəcək. Bununla belə, onlar inanırlar ki, bu metoddan nə vaxtsa gələcəkdə, məsələn, bəzi insanlardakı "post-travmatik stress" pozuntusunun aradan qaldırılması və ya narkotik maddə aludəçiliyinə son qoyulması üçün istifadə edilə bilər.

Amerikanın Elmi Tərəqqi Assosiasiyasının Bostonda keçirilən illik konfransında çıxış edən professor Sheena Josselyn deyib ki, alimlər beynin "xatirələr yığılan konkret hüceyrələrini" aşkar ediblər. "Odur ki, biz indi xatirələrin cəmləşdiyi həmin nahiyəni hədəfləyə bilərik" - alim deyib və əlavə edib ki, beynin həmin hissəsində hüceyrələrin fəaliyyətini tormozlamaq mümkündür: "Bu, bir növ xatirələrin yaddaşdan silinməsidir".

Təcrübə zamanı "yaddaşı silinmiş" siçanlar elektrik səsinə elə də reaksiya verməyiblər. Bu da bəlli olub ki, beynin sözü gedən hissəsindəki hüceyrələrin yenidən hərəkətə gətirilməsi xatirələri və yaddaşı bərpa edir. "Beləliklə, biz yaddaşı istədiyimiz vaxt "yandıra" və istədiyimiz vaxt "söndürə" bilərik" - alim qeyd edib. Lakin onun fikrincə, yaddaşla birlikdə səhvlər və səhvlərdən öyrəndiymiz təcrübələr də silinə bilər.

Qeyd edək ki, insan beynində xatirələr "enqram" deyilən hissədə toplaşır. Bu hissədəki hüceyrələr müəyyən ardıcılıqla "atəş aça" bilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir

Regionunun ən yüksək faydalı iş əmsalına   malik stansiyası Sumqayıtla əlaqələndirilib
15:2510 sentyabr

Regionunun ən yüksək faydalı iş əmsalına malik stansiyası Sumqayıtla əlaqələndirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda "Şimal-2" elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

"Dumanlı Albion", Uzaq Şərq və Tramp
15:3210 iyul

"Dumanlı Albion", Uzaq Şərq və Tramp

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca saldı. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox