İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə görüş olub

Sumqayıtda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə görüş olub

Sumqayıtda və şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sahibkarların problemlərinin öyrənilməsi və həllinə dəstək göstərilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət-sahibkar dialoqu çərçivəsində görüşlər keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşlərdə İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər. Görüşlərdə istehsal və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların kommunal xidmətlər, maliyyə resurslarına çıxış imkanları, istehsal sahələrinin tikintisi, özünüməşğulluq proqramında iştirak, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar tərəfindən qaldırlan bir sıra məsələlərin müvafiq qurumların iştirakı ilə araşdırılacağı və nəticələri barədə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşlərdə, həmçinin KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, sahibkarlıq fəaliyyəti ilə bağlı qarşıya çıxan məsələlərlə agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”na müraciət edilməsi tövsiyə olunub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilən görüşdə 30-dan çox sahibkar arasında sorğu keçirilib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sahibkarlarla nələr müzakirə olundu?
17:0506 oktyabr

Sahibkarlarla nələr müzakirə olundu?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsi, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin iştirakı və Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt filialının dəstəyi ilə "Sumqayıt şəhərinin inkişafında