İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Sumqayıtın “Günəşim” kukla teatrı Xızıda uşaqları sevindirib

Sumqayıtın “Günəşim” kukla teatrı Xızıda uşaqları sevindirib

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun “Günəşim” kukla teatrı Xızı rayon Heydər Əliyev Mərkəzində “Qırmızı papaq” tamaşasını nümayiş etdirib. Səhnə əsəri Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Xızı rayon Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin dəvəti ilə reallaşıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlari Şaxta baba və Qar qız da qoşulublar.

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada nağıl qəhrəmanları - qırmızı papaq, nənə, dovşan, tülkü, ayı, canavar, eyni zamanda Şaxta baba və Qar qız uşaqlarla maraqlı söhbət edib, əyləncəli vaxt keçiriblər.

Teatrın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki, hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə Vüqarın

Sumqayıt Teatrı   "Solğun çiçəklər"i dirçəltdi
09:2511 oktyabr

Sumqayıt Teatrı "Solğun çiçəklər"i dirçəltdi

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür