İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Sumqayıtın mədəniyyət müəssisələrinin 2019-cu ildəki fəaliyyətinə yekun vurulub

Sumqayıtın mədəniyyət müəssisələrinin 2019-cu ildəki fəaliyyətinə yekun vurulub

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt üzrə mədəniyyət müəssisələrinin 2019-cu ildə fəaliyyətinə yekun vurub. Bu münasibətlə Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində İdarənin geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, kollektivlə görüşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov iclas iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyik Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və il ərzində şəhərin mədəni həyatında yaxından fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, 2019-cu il xüsusilə sumqayıtlılar üçün çox əlamətdar olub. Şəhərin 70 illik yubiley tədbirlərinin keçirilməsinin məsuliyyəti daha çox mədəniyyət işçilərinin üzərinə düşüb. “Sevindirici haldır ki, kollektivimiz bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlib”, - deyən rəis il ərzində şəhərin bütün küçə və xiyabanlarının konsert meydançalarını xatırlatdığını vurğulayıb. O, bu işdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyləyik Günü münasibətilə keçiriləcək bayram tədbirlərinin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Daha sonra Mehman Şükürov yeni inşa edilən mədəniyyət müəssisələri haqqında danışıb. Bildirilib ki, Sumqayıtda mədəniyyət mərkəzlərinin əsaslı təmiri, inşası Prezident İlham Əliyevin şəhər sakinlərinə, o cümlədən mədəniyyət işçilərinə verilən ən qiymətli, dəyərli hədiyyə, şəhərin mədəni həyatında yeni bir mərhələdir.

Muğam Mərkəzində muğam gecələrinin, bir-birindən maraqlı konsert proqramlarının təşkilinin nəzərdə tutulduğunu söyləyən M.Şükürov deyib: “İnanıram ki, biz bunun da öhdəsindən layiqincə gələcək, şəhər sakinlərinin və qonaqların zövqünü oxşayacaq, tamaşaçı marağına səbəb olacaq uğurlu layihələrə imza atacağıq”.

Sonda il ərzində keçirilən tədbirlərdə, şəhərin mədəni həyatında fəallıq göstərən özfəaliyyət kollektivlərinin üzvlərinə və gənc ifaçılara Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə fəxri fərmanlar təqdim edilib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir