İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Uşaqlara söyüş öyrətmək düzgündür ki?

Uşaqlara söyüş öyrətmək düzgündür ki?


Qəribə "adət"imiz var - körpələrimizə söyüş, barmaq silkələmək kimi yalnış hərəkətlər öyrətmək... Bu cür arzuolunmaz hala istənilən ailələrdə rast gəlmək mümkündür. Körpə uşaq yenicə dil açmağa başlayanda əylənmək üçün ona söyüş öyrədilir.  
"Əmini söy", "dayını söy", "bibiyə barmaq silkələ", "xalanı qorxut" kimi.  Körpə də başlayır dili topuq vura-vura alababat nəsə deməyə, barmaq sallamağa və s. Beləcə, böyüklər əylənir, uşaq isə zamanla bunu adət halına çevirərək  o yöndə püxtələşməyə doğru gedir. Bir gün isə baxırsan ki, artıq o cür uşaqda xoşagəlməz fəsadlar var - məsələn, daha çox aqressiya, dava-dalaşa meyllilik, təhsilə laqeydlik və s. 
Uşağın yuxarıda sadaladığımız keyfiyyətdə böyüməsinə səbəb təkcə mövzumuzun qayəsi olmaya bilər. Amma o cür halların da tərbiyəyə  təsir etməsi danılmazdır.
Əylənmək, gülmək xatirinə uşağı körpəlikdən yalnış yetişdirmək arzuolunmaz haldır. Çünki bu, birbaşa uşağın tərbiyəsinə mənfi təsir edir.Buna görə də onlara xüsusi həssaslıqla yanaşmalı, elə körpəliyindən də müsbət keyfiyyətlər aşılamaq lazımdır. 

Toxunduğumuz mövzu ilə bağlı psixoloq Rəvan Soltan belə şərh verib:
"Əgər aqressiv davranış, neqativ düşüncə, sərt reaksiya, tərbiyəsiz sözlər (söyüşlər) və davranışlar və s. kimi xoşagəlməz keyfiyyətlər uşağın "baza biliyi" olacaqsa, onun bundan sonra qəbullandığı bütün indormasiyaları da bu "filtrdən süzərək" hər şeyi analoji hal kimi qəbullanacaq. Nəticədə isə uşağın düşüncəsi ilə bərabər davranışı da qəbul olunmaz, keyfiyyətsiz və gərəksiz olacaqdır, bu da şəxsin kütlə olaraq cəmiyyət üzrə faydasız və zərərli hissəsinə çevrilərək yararsız orqanizm misalını əks etdirəcəkdir. İnsan isə özünü yararsız hiss etdiyi istənilən yerdə dayanmaq və yaşamaq istəməz. Həmin yer bu həyat olacaqsa, insan artıq bu həyatdan uzaqlaşmaq istəyəcək ki, bu da bildiyimiz suisid halıdır. Gördüyünüz kimi adi "baza biliyin" keyfiyyətli olması nə dərəcədə vacib bir nüansdır.Sözü gedən nüans nə qədər xaotik, ədəbsiz, faydasız və zərərli olarsa, həmin şəxsin həyatı da analoji hal almış olacaqdır. Bu səbəbdən övladlarımızın həyatını zəmanətli şəkildə faydalı və keyfiyyətli qurmaq üçün məhz körpəlik yaşlarından işləməmiz əsas şərtdir. Nəticə etibarı ilə sözü gedən mövzu üzrə valideyn və cəmiyyətin rolu çox böyükdür".

Mövzumuza yazıçı- Varis də özünəməxsus şəkildə fikirlərini bildirib: "Dünyanın çox ölkəsində olmuşam. Hər yerdə valideyinlərin kənar şəxslərin diqqətinə öz övladlarının uğurlarını, müsbət xüsusiyyətlərini necə yönəltdiklərinin şahidi olmuşam. Əlbəttə ki, valideyin üçün övladının hər hansı bir üstün cəhəti qürur mənbəyidir. Xüsusən kiçik yaşlı uşaqların müsbət xüsusiyyətlərini qabardanda bu, onların daim müsbət işlərə yönəlmələrinə də bir stimul olur.Mən, düzü heç yerdə görməmişəm ki, bizdəki kimi ata 2-3 yaşlı oğlunun biədəb söyüş söyməsini gələn qonaqlara fərəhlə nümayiş etdirə.
Uşaqlar üçün lap körpəlikdən tabu qoyulan hərəkətlər müəyyənləşir, onlar böyüyəndə nəyin pis, nəyin yaxşı olduğunu rahatca qavraya bilirlər. Təsəvvür edin ki, 2-3 yaşında biədəb söyüşlər öyrənib hər evə gələn üçün bu söyüşləri nümayiş etdirən uşağın gələcəyi necə olacaq. O uşaq sadəcə tərbiyəsiz birinə çevriləcək. Azərbaycanlı valideyinlər, analoqu olmayan bu tərbiyə metodunuzdan uzaq qaçın, övladlarınızı yazıq etməyin. Onlara əcnəbi dillər öyrədin, şeirlər əzbərlədin, rəsm çəkmək, musiqi alətlərində ifa eləmək öyrədin. Tarixi hadisələrin xronologiyasını, ölkələrin paytaxtlatını öyrədin. Qoy onlar şahmat oynasınlar, rəqs eləsinlər, akrobatik hərəkətlərlə hamını heyrətləndirsinlər. Gələn qonaqlara da fəxrlə uşağınızın bu qabiliyyətlərini nümayiş etdirin. Yoxsa ki, " əmiyə söy", "bibiyə  tüpür", " xalaya ayıb yerini göstər" deyib özünüzü rəzil günə salmayın"!
Düşünürəm ki, bu yazı uşağına düzgün tərbiyə verməyin yolunu bilməyən, uşağının gələcəyini tam düşünmək iqtidarında olmayan   valideyinlərə düzgün tərbiyə metodu aşılayaraq, onlara müsbət yöndə öz təsirini göstərəcək. Uşaqlarınızı bütün mənfilərdən qoruyun,  əziz valideyinlər! Qoruyun ki, onlar da gələcəkdə sizə, vətənimizə layiqli şəkildə xeyirli övlad-vətəndaş olaraq böyüsünlər!
Azər NƏSİBOV
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu illərdi tanıyıram, şəxsinə həddən ziyadə hörmət və rəğbətim var. Olduqca maraqlı, eyni zamanda yaradıcı bir insandır. Daim axtarışdadır. "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu insana artıq

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə Xızının Şurabad kəndində yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da ailələrini

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür