İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Türkiyəli alim SDU-nun fəxri doktoru adına layiq görülüb

Türkiyəli alim SDU-nun fəxri doktoru adına layiq görülüb


Türkiyəli alim Sumqayıt Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində (SDU) elmi şuranın iclası keçirilib. İclasda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalın da iştirak edib. 

Tədbirdə çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. O, təhsil sahəsində də əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Rektor SDU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə Şükrü Haluku Akalını təbrik edərək onun təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malik olduğun bildirib. Bildirib ki, alim sanballı tədqiqatları ilə elmə öz töhfəsini verib, onun əsərləri müxtəlif dillərə tərcümə olunub. Şükrü Haluku Akalın Çukurova Universitetində Türkoloji Araşdırmaları Mərkəzini yaradaraq ona rəhbərlik edib, 2001-ci ildə Türk Dil Qurumuna sədr seçilib. Alim türk dövlətlərində, xüsusən də Azərbaycan türkoloqları, dilçi alimləri ilə Türk Dil Qurumu arasında sıx əlaqələrin yaradılmasına xidmət göstərib. O, Azərbaycanda dilçilik mövzusunda keçirilən toplantılarda Türk Dil Qurumunun sədri kimi Türkiyəni təmsil edib.

Elxan Hüseynov diqqətə çatdırıb ki, Şükrü Haluk Akalını SDU ilə sıx dostluq telləri bağlayır. Türkiyəli alim SDU-da keçirilən beynəlxalq elmi konfranslarda, dəyirmi masalarda yaxından iştirak edib, eyni zamanda, konfrans çərçivəsində ustad dərsləri keçib. Həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar SDU-nun elmi şurasının qərarı ilə çap olunmuş "Əbədiyyətin Nəsimi zirvəsi" toplusunda məqalə ilə çıxış edib. 

Sonra rektor Elxan Hüseynov universitetin fəxri doktor diplomunu, medal və mantiyanı türkiyəli qonağa təqdim edib.

SDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. 

Türkiyəli alim deyib: "Bizim bütün işlərimizin arxasında Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq və dostluq əlaqələri dayanır. Hər birimizin- müəllimlərin də, tələbələrin də üzərinə bu münasibətlərin daha da möhkəmləndirilməsi, bir-birimizi daha yaxından tanımaq üçün təbliğat işlərinin genişləndirilməsi kimi vacib vəzifələr düşür". 

Şükrü Haluk Akalın ona göstərilən diqqətə görə SDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Türkiyə hansı   hədəflərə doğru gedir?
16:2918 avqust

Türkiyə hansı hədəflərə doğru gedir?

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları
20:3828 iyun

Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları

Sumqayıt Dövlət Universitetində (SDU) “Məzun günü” qeyd edilib. Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.