İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » "Bakı-Sumqayıt dəmir yolu xəttində sıxlıq aradan qaldırılacaq"

"Bakı-Sumqayıt dəmir yolu xəttində sıxlıq aradan qaldırılacaq"


"Bakı-Sumqayıt dəmir yolu xəttində sərnişin sıxlığı var, bunu mən də müşahidə etmişəm". Bu da "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun sözləridir.


"Həmin yolla təkcə sərnişin daşınmır, həm də yük daşınır. Odur ki, Bakı-Sumqayıt istiqamətində qatarlar səhər saat 11-ə qədər və axşam saat 4-dən sonra hərəkət edir. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridəki çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da, Bakının dəmir yolu xətlərini yalnız sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq.

Amma buna bir qədər vaxt lazımdır. İndiyə qədər Bakı-Abşeron dairəsində 6 qatar işləyirdi. Bu gün 2 yeni qatar gətirilib. Dairəvi yol açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün intensivləşmə olacaq, yeni qatarlar cəlb edəcəyik. Qatarların sayını artırmaqla sıxlığın qarşısını alacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik. Yeni qatarlar 2021-ci ildən gəlməlidir. Amma gələn il İsverçənin "Stadler" şirkəti ilə danışıqlar aparacağıq ki, 1 və yaxud 2 qatarın gətirilməsinə nail olaq. Onlar gələndən sonra sıxlıq aradan qaldırılacaq", - o qeyd edib.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Sumqayıt Dəmiryol Vağzalına  getmək çətindir, yoxsa yox?!
18:3415 oktyabr

Sumqayıt Dəmiryol Vağzalına getmək çətindir, yoxsa yox?!

Bu gün artıq əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilib. Sevindirici haldır ki, 2015-ci ilin sentyabr ayından etibarən Sumqayıt Dəmiryol vağzalının köhnə binası söküldü və yeni, müasir standartlara uyğun bina sərnişinlərin istifadəsinə verildi. Artıq 4 ildir

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha