İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » Sumqayıtda təmirsiz olan bütün tibb ocaqları müasir səviyyədə yenidən qurulacaq

Sumqayıtda təmirsiz olan bütün tibb ocaqları müasir səviyyədə yenidən qurulacaq



Sumqayıtda daha bir tibb müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib. 1976-cı ildən fəaliyyət göstərən 2 nömrəli uşaq poliklinikası artıq tam yenilənmiş vəziyyətdə şəhərin balaca sakinlərinə tibbi xidmət göstərir.

AZƏRTAC xəbər verir ki, şəhərin 45-ci məhəlləsində yerləşən tibb ocağında 135 həkim və tibb işçisi çalışır. Əsaslı təmir çərçivəsində aparılan işlərin nəticəsi kimi, poliklinikanın həkim kabinetləri, manipulyasiya və köməkçi otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aprelin 24-də poliklinikada yaradılan şərait və görülən işlərlə tanış olub.

Daha sonra poliklinikanın kollektivi ilə görüşən Zakir Fərəcov bildirib ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmiri Azərbaycan dövlətinin vətəndaşların sağlamlığına verdiyi önəmin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər ölkəmizdə tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. O, son illərdə şəhərin əksər tibb müəssisələrinin əsaslı təmir olunduğunu deyərək, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün bundan sonra da işlərin davam edəcəyini və Sumqayıtda təmirsiz olan bütün tibb ocaqlarının ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

“Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
13:0623 aprel

“Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"

Azərbaycanın milli-mənəvi dəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfi deyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətə malik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində daim diqqət mərkəzində

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.