İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Qrip hansı fəsadlara yol aça bilər?

Qrip hansı fəsadlara yol aça bilər?


Havaların soyuması ilə əlaqədar insanların səhhətində də müəyyən problemlər yaranır. Payız, qış mövsümündə isə insanlar tez-tez qripə yoluxurlar.

Maraqlıdır, qrip hansı fəsadlara yol aça bilər?

Terapevt Ramil Həsənli bildirir ki, qrip zamanı profilaktik tədbirlər görülməzsə, ciddi fəsadlara yol aça bilər:

"Qrip, əsasən influenza virusunun səbəb olduğu bir xəstəlikdir. Bu xəstəlik daha çox payız, qış aylarında özünü büruzə verir. Qripin əsas əlamətləri temperatur, öskürək, boğaz ağrısı, titrətmə, burun axması və ya tutulması, halsızlıq və digər hallarla özünü göstərir. Bu viruslarda ən çox görülən əlamətlərdən digəri də quru öskürəkdir. Virus öskürək, asqırmaq və hava damcı yolu ilə insanlara keçə bilir. Hətta xəstənin istifadə etdiyi əşyadan da virusun keçmə ehtimalı yüksəkdir. Qrip zamanı hansısa müalicəni almağa ehtiyac yoxdur. Çünki virus 3-5 gün ərzində yavaş-yavaş candan çıxır. Qrip zamanı antibiotiklər içmək məsləhət deyil. Bu, immun sistemini daha da zəiflədəcək".

Həkimin sözlərinə görə, qrip hətta ölümə səbəb ola bilər:

"Bədənin immun sistemi zəifdirsə, yaxud xərçəng xəstəsinizsə, qrip ölümə də səbəb ola bilər. Bundan başqa, ürək-damar, diabet təzyiq xəstəsi, qrip virusu zamanı diqqətli olmalıdır. Xəstə təmizliyə diqqət etməli, tez-tez əllərini yumalı və ciddi xəstəliklərlə bağlı problem yaşayırsa, həkiminə müraciət etməlidirlər. Bundan başqa, xəstəliyin kəskinləşməməyi üçün, özünü soyuqdan qorumalı, yeməyinə diqqət etməli, çoxlu maye qəbul etməli dincəlməli meyvə və tərəvəz istifadə etməlidirlər".

Qrip olarkən bunları yeməyin

Havaların soyuması ilə yanaşı xəstəliklər də qaçınılmaz olur. Hava yolu ilə bulaşan qrip zamanı elə qidalar var ki, onları qəbul etmək sağalmağımızı ləngidir. Qrip olan zaman həkimlər antihistamin əleyhinə dərmanlar məsləhət görürlər. Çünki bizi qripə və allergiyaya yoluxduran histamin maddəsidir. Bəzi qidaların tərkibində təbii histamin maddəsi olduğuna görə onları qrip zamanı yemək məsləhət görülmür.

Belə ki, histaminlə zəngin olan qidalardan biri də mayalı qidalardır. Mayalı qidalara turşu-marinad, pendir, sirkə, qatıq, ayran daxildir. Lakin bunları yeməyi tamamən kəsmək yerinə azaltmaq daha xeyirlidir. Histaminlə zəngin olan digər qida şokaladdır. Qrip olan zaman şokalad yemək qəti məsləhət görülmür. Digər tərəfdən şokaladın tərkibində rafinad olduğuna görə immun sisteminin güclənməsinə mane olur.

İnək südü də histaminlə zəngin qidaların siyahısına daxil olduğu üçün qrip zamanı keçi südü içmək məsləhət görülür. Qrip zamanı yaşıl çay da bir o qədər məsləhətli deyil.

Adaçayı soyuqdəymə üçün ən təsirli vasitələrdən hesab olunur.


Rəy bildir +
Oxşar xəbərlər
Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.