İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Neçə yaşdan sonra sürətlə kökəlirik?

Neçə yaşdan sonra sürətlə kökəlirik?



Yəqin ki, 40 yaşdan sonra maddələr mübadiləsinin zəiflədiyini və insanların sürətlə kökəlməyə başladığını eşitmisiniz. Lakin elm dünyası bu barədə yeni nəticələr əldə edib.

"168 saat" qəzeti xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşdan sonra metabolizma həqiqətən yavaşlayır, ancaq bu yavaşlamanın tempi çox azdır. Bəzi tədqiqatçılarsa zəifləməni minimal adlandırır! Əgər ciddi metabolik pozğunluqdan əziyyət çəkmirsinizsə, köklüyün səbəbi yaş deyil.

Metabolizmanın fərqli mərhələləri var.

İstirahətdə metabolizma - bazar günü səhər divanda yatarkən vücudumuzun nə qədər enerji sərf etməsidir. Bu, boy, cinsiyyət, irsiyyət və s. kimi daimi amillərin birləşməsindən asılıdır. Və burada nəyisə xüsusi dəyişdirmək mümkün deyil.

Bundan əlavə, maddələr mübadiləsinin daha üç mərhələsi var və hamısı aktivdir. Ümumiyyətlə onlar haqqında deyilir ki, müəyyən qidalar və ya hərəkət növləri maddələr mübadilənizi "zəiflədə" və ya "sürətləndirə" bilər.

Birinci mərhələ yemək yeyən zaman maddələr mübadiləsidir. Məlum olur ki, çeynəyərkən, udduğumuz və həzm etdiyimiz zaman da az miqdarda kalori yandırırıq (gündəlik normanın təxminən 10% -i). Buna "yeməyin istilik effekti" deyilir. Əgər stimullaşdırıcı içkilər (məsələn, yaşıl çay və ya qəhvə) içsəniz və ya çox miqdarda protein və çili bibərindən istifadə etsəniz, proses sürətlənə bilər. Ancaq bu şəkildə arıqlamağa ümid etməyin, araşdırmalarda sübut edilib ki, qramdan söhbət gedir. Maddələr mübadiləsini sürətləndirən məhsulların piyləri yandırmaq effekti çox azdır.

Birbaşa aktiv kalori yandırmanın ikinci mərhələsinə keçmək daha yaxşıdır! Bu, hərəkətdir. Hər hansı hərəkət - pilləkənlə qalxmaq, ofis ətrafında gəzişmək və ya idmanda tər tökməklə daha çox kalori yandırırsınız. Bu, ikinci mərhələdir - məşq zamanı metabolizma.

Ondan sonra üçüncü mərhələ başlayır: biz istirahətdəyik, amma kalorilər hələ də "yanır". Yəni kilo vermək baxımından məşqdən sonra divanda yatmaq əvvəlkindən daha təsirli olur. Buna "oksigen borcu" deyilir - yüklənmə artıq bitib və bədəndə oksigen ətalət üzrə yüksəldilmiş templə yandırılmağa davam edir.

Beləliklə, arıqlamaq istəyirsinizsə, yalnız son iki mərhələ vacibdir.

Eyni zamanda yüklərin xarakteri də vacibdir. Məsələn, bir çox insan düşünür ki, qantel, ştanq və digər bu kimi ağırlıq məşqləri artıq çəkini daha səmərəli yandırmağa imkan verir. Lakin tədqiqatlar bunu təsdiqləmir. Fakt budur ki, vücudumuzun müxtəlif orqanları və hissələri fərqli sayda kalori yandırır və burada əzələlər ilk növbədə deyil. Məsələn, beyin, qarın əzələlərindən daha çox kalori istehlak edir.

Luiziana Universitetinin Biotibbi Mərkəzinin genetika üzrə professoru Klod Bouçardın sözlərinə görə, beyin fəaliyyətinin funksiyası istirahətdə metabolizmanın 20% -ni təşkil edir:

"Sonra ürək gəlir, dayanmadan işləyən ürək metabolizmanın 15-20%-ni təşkil edir. Sonra - böyrəklər, ağciyərlər və digər toxumalar gəlir. Təxminən 20-25% əzələlərin öhdəsinə düşür".

Məşq, sağlamlığı yaxşılaşdıran vərdiş olsa da, onun maddələr mübadiləsini əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcəyini gözləməyin. Ürəyin aktiv döyündüyü, ağciyərlərin güclü nəfəs aldığı ürək məşqləri - bir çox orqanların işlədiyi hərəkət növləri daha yaxşı təsir göstərir:

gəzinti

qaçış

üzgüçülük və s.

Yekunda bu nəticəyə gəlirik ki, sirr sadə və olduqca darıxdırıcıdır: birincisi, yaşa dolduqca daha az hərəkət edirik, gəzirik və daha çox otururuq. İkincisi, bədənimizin qidaya olan ehtiyacının fərqinə varmırıq. İştaha nəzarət edən mexanizm yaşlaşdıqca daha pis işləməyə başlayır; nə vaxt dayanmaq lazım olduğunu başa düşmürük və özümüzü yükləyirik.

Yalnız bir nəticə var: hər şeydə maddələr mübadiləsini günahlandırmayın, bu, onunla bağlı deyil. Daha çox hərəkət etməli və porsiyaları azaltmalısınız.



Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər
09:2210 oktyabr

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər

Azərbaycanda uzun müddətdir ki, enerji içkilərinin satışına qadağanın qoyulması, qiymətinin bahalaşdırılması və digər bu kimi istiqamətlərdə müzakirələr gedir. Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında da məsələ bir daha müzakirəyə çıxarıldı. Çıxış edən deputat Qənirə Paşayeva

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.