İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Balayevin taleyini yaşayanlar və ya futbolumuzun erməni problemi

Balayevin taleyini yaşayanlar və ya futbolumuzun erməni problemi



Son mövsümü Qazaxıstan "Tobol"unda keçirən Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin Kostanay təmsilçisindən ayrılmaq ehtimalı artıq bir müddətdir ki, ölkənin idman mediasının gündəmindədir. Komandnın erməni məşqçi Qriqori Babayana tapşırılmasından sonra həmyerlimizin karyerasına Qazaxıstanın "Tobol" klubunda davam etməsi gözlənilən deyil. "Sarı-qaralar"ın Balayevin inamlı oyunu fonunda Qazaxıstan millisinin qapıçısı İqor Şatskini heyətinə qatması da erməni çalışdırıcının gəlişinin futbolçumuzun karyerası baxımından heç də xoş olmadığını ortaya qoyur.  Amma Emil Baleyevin üzləşdiyi durum erməni məşqçi və futbolçuların həmyerlilərimizə törətdiyi ilk əngəl deyil. 

Başlayaq elə Qazaxıstandakı problemdən. Yadınızdadırsa, 2011-ci ilin yanvar ayında həmyerlimiz Ramiz Məmmədov Qazaxıstan elitasında mübarizə aparan "Atırau" komandasına baş məşqçi təyin olunmuşdu. İlk vaxtlar Xəzər dənizinin o tayında həmyerlimizin işləri pis getmirdi, ancaq erməni hücumçu Tiqran Karabaxtsyanın komandanın düşərgəsinə qoşulması Ramiz Məmmədov üçün sonun başlanğıcı oldu. Həmin vaxt rəhbərlik etdiyi komandanın heyətində erməni futbolçunun olmasına etiraz edən və bu narazılığını klub rəhbərliyinin diqqətinə çatdıran mütəxəssislə münasibətlər korlandı. Qazaxıstan mətbuatının, eləcə də futbol ictimaiyyətinin yekdil mövqeyi belə idi ki, azərbaycanlılarla ermənilər öz aralarındakı problemi kənarda həll etməli, onların vətənindəki birlik və bərabərliyi pozmağa yol verilməməlidi. Çünki belə çağırışlar sonradan böyük problemlərə səbəb olar, millətlərarası iğtişaşlar yarada bilərdi. Ramiz Məmmədovla klub rəhbərliyi arasında olan soyuqluq nəticələrə də təsirsiz ötüşmədi və yaşanan uğursuzluq həmyerlimizin istefaya göndərilməsi ilə nəticələndi.

Xaricə üz tutan azsaylı məşqçilərimizdən olan Şahin Diniyev üçün də vaxtilə erməni problemi engəl yaratmışdı. Azərbaycan milli komandasının baş məşqçisi postundan ayrıldıqdan sonra işsiz günlərini İranda başa çatdırmağa yaxın olan Diniyevin "Rah Ahan"la müqavilə bağlamamasına həmin vaxt klubun qapıçılarla işləyən məşqçisi Ermənistan yığmasının sabiq qapıçısı Arutyun Abramyanla çalışmaq istəməməsi səbəb olmuşdu. Əslində həmyerlimiz İran təmsilçisi ilə müqavilə bağladıqdan sonra erməni ilə yolların ayrılmasını tələb edə və buna nail ola bilərdi.  Şübhəsiz ki, Şahin Diniyev haqlı olaraq hisslərini gizlətməmiş, erməniylə işləmək istəmədiyini dilə gətirmişdi. Amma səhvi o idi ki, bunu klub rəhbərliyinə yox, mətbuata demişdi və ən əsası reallıqları nəzərə almamışdı.

2011-ci ilin sonlarında milli komandamızın qapıçısı Kamran Ağayevin Özbəkistan "Lokomotiv"inə keçidi gündəmə gəlmişdi. Qış fasiləsində erməni mütəxəsis Vazgen Manasyanla yollarını ayıran Daşkənd klubu Ağayevlə yaxından maraqlanırdı, ancaq 2012-ci ilin əvvəlində komandanın baş məşqçisi postuna gətirilən Xoren Oqanesyanın təyinatı azərbaycanlı qolkiperin legioner həyatı yaşamasına mane oldu.

2016/2017-ci illər mövsümünün qış fasiləsində "Sumqayıt"dan ayrılan Azərbaycan milli komandasının sabiq hücumçusu Vaqif Cavadov "transfer pəncərəsi"nin sonuna  yaxın AZAL-la anlaşmışdı, amma buna qədər Cavadovun Rusiya "Anji"sinə yollanmaq imkanı var idi. Sadəcə, Mahaçqala klubunun baş məşqçisinin erməni olması planlarını pozmuş və Aleksandr Qriqoryanın sərəncamına yollanmayan futbolçumuz legioner həyatı yaşamaq imkanından məhrum olmuşdu. Onu da qeyd edək ki, Vaqif Cavadovun komandaya erməni mütəxəssisin başçılıq etməsindən dolayı transferdən imtina etməsi həmin vat Ermənistan mediasında da yer almışdı.

Rəy bildir +
Oxşar xəbərlər
Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq, dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Millini  necə milliləşdirək?
09:3709 oktyabr

Millini necə milliləşdirək?

Bəlkə də yazının başlığını oxuyan oxucuların əksəriyyəti bu dəfə də əcnəbi futbolçuların yerli statusu alaraq milli komandamızda oynama ehtimalından danışacağımızı zənn etdi. Amma biz millini milliləşdirmək deyəndə yığma komandamızı azərbaycanlılaşdırmaqdan söz açmaq niyyətindəyik. Düzdür, bu