İSTİ XƏBƏRLƏR
168saat.com » Oxumasanız da olar » Lətifələrin reytinqi

Lətifələrin reytinqi

5-ci yer

Müttəhimlər kürsüsündə əyləşmiş müttəhimə hakim sual verir:

-  Vətəndaş müttəhim, siz niyə bir gün ərzində 3 dəfə dalbadal eyni mağazaya oğurluğa girmisiniz?

Müttəhim cavabında deyir:

-  Cənab hakim, mən o mağazaya saat 11 radələrində arvadım üçün toya geyinsin deyə platya oğurlamağa girmişəm. Bu zənən tayfasını tanımırsız? Onlara heç nə bəyəndirmək olmur. Saat 13 və 15 radələrində isə iki dəfə platyaları dəyişəsi olmuşam.


4-cü yer

Dəlilərin təhsil aldığı 19 saylı məktəbdə imtahan keçirilir. İmtahan qurtarır, dəhlizə dalbadal çıxan Totuşla Motuşdan soruşurlar ki, necə yazdınız suallara cavabı.

Öncə Totuş söyləyir ki, heç nə yazmadım, ağ vərəqi qoydum müəllimin qabağına.

Ardınca Motuş da söyləyir ki, heç nə yazmadım, ağ vərəqi qoydum müəllimin qabağına. Motuşun bu cavabını eşitcək Totuş onun üstünə hücum çəkir ki, it oğlu it, sən niyə məndən köçürmüsən?


3-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.

Abramla Sara evdə oturublar, bir də pəncərədən görürlər Xaim onların qapısına yaxınlaşır.

Abram deyir:

-  Saroçka, bax, o qoca gəlib yenə nəsə istəyəcək. Amma mənə də Abram deyərlər, bu dəfə verməyəcəm.

Xaim qapını döyür, açırlar, içəri keçən kimi salamlaşıb mülayım görkəm alır:

- Abraşa, başına dönüm, bu gün sən dreldən istifadə etməyəcəksən ki?

Abram qalıb görkəmində cavab verir:

-  Necə istifadə etməyəcəm, Xaim? Mən bax indi dreli əlimə götürəcəm, bir də gecəyə kimi onunla çalışacam, çoxlu işlər yığılıb qalıb.

Xaim sevincək deyir:

-  Nə yaxşı oldu. Demək, onda sənə bu gün tilov lazım olmayacaq. Mən bu gün balığa getməyi planlaşdırıram. Mənə tilovunu verə bilərsənmi?


2-ci yer

İki narkoman gecə yarı şəhərin küçələri ilə irəliləyirlər. Yorulurlar. Biri o birisinə deyir.

-  Bir bax, avtobus parkı. Sən burda palundrada dur, bir şey olsa fit çalarsan. Mən girib avtobus qaçırdım, gedək evə.

O biri razılaşır.

Birinci hasardan atlanıb içəri keçir. İkinci xeyli gözləyir, görür o gəlmir. O da onun ardınca hasardan atlananda görür ki, dostu avtobusların arasında vurnuxa-vurnuxa gəzir.

Deyir:

- Ay bəndə, səni gözləmirəm? Nə oldu sənin avtobus gətirməyin?

Birinci təəssüflə söyləyir:

- Heç cür yeddi nömrəni tapa bilmirəm.

İkinci onun başına qapaz vurur:

- Sən nə səfeh adamsan? Yeddi yoxdur, cəhənnəmə olsun. Budey, bu on üç nömrəni qaçırt, bazara kimi gedək, ordan evə cəmi iki ostanovka qalır, onu da piyada gedərik.


1-ci yer

SSRİ dönəminin ən məşhur "Odessa radiosu" silsiləsi lətifələrindən biri:

Bi-bi-si bütün dünya radiolarına müraciət edərək sual verir ki, sizcə ən zay millət hansıdır?

Bir həftə susqunluq olur. Bir həftədən sonra "Erməni radiosu"ndan belə bir cavab gəlir.

- Zato, bizim konyak ən yaxşıdır!

******

Fakt

Qızlar üçün müasirlik dodaqlarını irəli uzadıb selfi çəkdirməkdir.

Oğlanlar üçün müasirlik saqqal saxlamaqdır.

******

Feysbuk sitatı

Xahiş edirəm profilimə girəndə ayaqqabılarınızı çıxardın.

******

Məsləhət

Bir insanın sizi atıb getməyini istəmirsinizsə, adına kredit götürün.

******

Bilgi

Cənnətlə cəhənnəmin fərqi:

Birincidə wi-fi pulsuz, ikincidə pullu olacaq.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı
11:5507 noyabr

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı

X ə b ə r verdiyimiz kimi , se ç icil ə rin mill ə t v ə kill ə ril ə daha asan ə laq ə qura bilm ə l ə ri üçü n Milli M ə clisin r ə smi veb - s ə hif ə sind ə mobil n ö mr ə l ə r yerl ə ş dirilib .

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır, ya da zor

OXUMASANIZ DA OLAR
17:0422 noyabr

OXUMASANIZ DA OLAR

Sosializm Sizin iki inəyiniz var. Birini qonşunuza verirsiniz. Kommunizm Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə bir az süd verir. Faşizm Sizin iki inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə bir az süd satır.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.