İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Sumqayıtda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Sumqayıtda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

İyirmi Yanvar günü Azərbaycan xalqının milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin, mübarizəsinin şanlı səhifəsidir. Düz 30 il əvvəl təpədən-dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümündə Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində anım tədbiri keçirilib.

Yüzlərlə sumqayıtlı səhər saatlarında Sumqayıtdakı 405 şəhidin məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları arasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri də olub.

Saat 12-də şəhərdə bir dəqiqəlik sükut olub.

Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.

Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə güllər düzülüb.

Daha sonra 1990-cı ilin Yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimov, İsmayıl Mirsaqulov və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15:0415 iyul

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb

Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxananda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş anım tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhidlərimizin doğum günləri ilə əlaqədar reallaşan tədbir onların uyuduqları son mənzildə- Sumqayıtın

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"...Bir azdan mühüm xəbər eşidəcəksiniz!"    Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?
10:4117 yanvar

"...Bir azdan mühüm xəbər eşidəcəksiniz!" Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?

Yaxşı xatırlayıram o günləri. Bakı nehrə kimi çalxalanırdı. 1990-cı ilin 19 yanvarında bizi - Sumqayıt şəhərinin fəallarını, idarə-müəssisə rəhbərlərini saat 15.00-da çağırıb yığdılar partiya komitəsinin akt zalına. Nə səhnədə görünən oldu, nə bizi niyə çağırıblar deyən. Oturduq, mürgü vurmağa