İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Türkiyənin Uludağ Universitetinin alimlərinin iştirakı ilə elmi seminar təşkil olunub

Türkiyənin Uludağ Universitetinin alimlərinin iştirakı ilə elmi seminar təşkil olunub

Qərbi Kaspi Universitetində Türkiyənin Uludağ Universitetinin alimləri - professor Ahmet İpek və Dr. Sevin Teoman Duranın elmi seminarı təşkil olunub.

Bu barədə "168 saat"a universitetin mətbuat xidmətindən məlumat veriblər. 
“DNT marker əsaslı klassik və yeni nəsil sekvensləmə vasitəsilə bitkilərdə genlərin xəritələşdirilməsi” (“Using classical and next generation sequencing based DNA markers for mapping genes in plants”) mövzusunda keçirilən seminarda universitetin müəllim və tələbələri ilə yanaşı, bir sıra elmi tədqiqat institutlarının və təhsil ocaqlarının mütəxəssisləri iştirak ediblər.
Qonaq professorların mövzu ilə bağlı təqdimatlarından sonra müzakirələr aparılıb, türkiyəli alimlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Qonaqlar tələbələrin mövzuya və elmi araşdırmaya marağını yüksək qiymətləndiriblər.
Uludağ Universitetinin alimləri Qərbi Kaspi Universitetinin laboratoriyaları ilə də tanış olublar, burada keyfiyyətli praktik təhsil və elmi tədqiqat üçün yaradılmış şəraitin peşəkar kadr hazırlığında əhəmiyyətli rol oynaya biləcəyini diqqətə çatdırıblar.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub
10:0323 may

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub

Sumqayıt Dövlət Universitetində (SDU) V Tələbə Elmi Konfransı keçirilib. Əvvəlcə iştirakçılar akt zalının foyesində konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.

SDU-da saqqal qadağası?!
15:2506 iyun

SDU-da saqqal qadağası?!

Təhsil ilinin sona çatmasına az qalmış Sumqayıtın təhsil həyatı ilə bağlı bir məsələ ölkə gündəmində müzakirə predmetinə çevrildi. Daha doğrusu, məsələ növbəti dəfə gündəmə gəldi - söhbət Sumqayıt Dövlət Universitetində tələbələrə qoyulan saqqal qadağasından gedir.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.