İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » MSK Sumqayıt və Abşeron üzrə seçki dairələrinin üzvləri və ekspertləri üçün seminar keçirib

MSK Sumqayıt və Abşeron üzrə seçki dairələrinin üzvləri və ekspertləri üçün seminar keçirib

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası yanvarın 18-də Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.

Seminarda Sumqayıt və Abşeron rayonun ərazisində fəaliyyət göstərən dairə seçki komissiyalarının üzvləri və ekspertləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları" mövzusunda, Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova isə "Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri" mövzusunda təqdimatlarla çıxış ediblər.

Açıq dialoq və maraqlı diskussiya formatında keçən seminarın praktiki hissəsində seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər əyani vəsaitlərlə ətraflı şəkildə izah edilib. Həmçinin, müxtəlif şikayət nümunələri təhlil edilib, müvafiq seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi (kazuslar üzrə) interaktiv şəkildə müzakirə olunub.

Mərkəzi Seçki Komissiyasının katibləri iştirakçıların suallarını cavablandırıblar.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb
15:0527 noyabr

Sumqayıtda aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri davam edir. Sumqayıt şəhərində fəaliyyət göstərən 41, 42, 43 və 44 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün 3 günlük maarifləndirici treninqlər başa çatıb.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Deputatlığa namizədlər Sumqayıtda   bu yerlərdə görüş keçirə bilərlər
10:2316 yanvar

Deputatlığa namizədlər Sumqayıtda bu yerlərdə görüş keçirə bilərlər

Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür