İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Hacı Zeynalabdin qəsəbəsində hesabat yığıncağı keçirilib

Hacı Zeynalabdin qəsəbəsində hesabat yığıncağı keçirilib

2019-ci ildə görülən işlərin yekunları və 2020-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.



Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vurğulanıb ki, şəhərdə həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində Hacı Zeynalabdin qəsəbəsi də inkişaf edir, aparıcı sahələrdə müsbət irəliləyişlərə nail olunur.

Əhaliyə kommunal xidmətlərin göstərilməsinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim gündəlik diqqət mərkəzindədir. Hesabat dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərinin göstərilməsinin daha da yaxşılaşdırılması üçün payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli