İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » QÜRURLA ANILAN TARİX

QÜRURLA ANILAN TARİX


1990-cı ilin qanlı 20 yanvar hadisələrindən ötən zaman bizə həmin faciəni daha dərindən öyrənməyə, o hadisələrə bir daha diqqətlə nəzər salmağa şərait yaradır. Araxada qalan 30 il və biz...


Tarix öyrətdi ki, hadisələr zamanı Azərbaycan xalqı milli müstəqillik və milli azadlıq yolunda ilk şəhidlərini verdi, tökülən qanlar böyük və şərəfli yolun təməlini qoydu. Doğrudur, o qanlı şənbə gecəsi qəhrəman soydaşlarımızı itirdik, Bakı küçələri sovet tanklarının tırtılları altında əzildi, azğınlaşmış imperiya ordusu uşaq, qadın, qoca bilmədən hər kəsi atəşə tutdu, amma o gün bu qəhrəman xalq həm də dünya xəritəsinin cizgilərini dəyişdi. Ən yeni tarixin qəhrəmanlıq və hünər səhifələri yazıldı. 20 yanvar - şəhidlərimizin ruhundan pərvazlanan müstəqilliyimizin qürur və rəşadət anıdır. 

Həmin dövrə nəzər saldıqda görürük ki, başda keçmiş SSRİ prezidenti Mixail Qorbaçov olmaqla, başıpozuq sovet hakimiyyəti öz sarsılmış gücünü bərpa etmək üçün saman çöpündən yapışan biçarəyə bənzəyir. Qərbin yenidənqurma nağılı ilə darmadağın edilən SSRİ isə reanimasiyada olan xəstə idi və onun sağalacağına ümid etmək olurdu. Bu xəstə isə son nəfəsində qarşısına çıxan hər şeyi məhv etməklə, bir növ sovet adamlarından qisas alırdı. Arxivlər açıldıqca Mixail Qorbaçovun Britaniya və ABŞ kəşfiyyatına satıldığı məlum oldu, onun yerlərdəki Ə.Vəzirov kimi səriştəsiz və milli təəssübkeşlikdən uzaq nümayəndələri isə artıq xalqla olan bütün əlaqələrini itirmişdi. 1990-cı ilin 20 yanvar günlərində Azərbaycan xalqı təklənmişdi, amma milli ruhun qan yaddaşına dirənən hökmü öz tarixi missiyasını yerinə yetirirdi. Bəli, kimlərinsə bir qaraguruh, bir başıpozuq dəstə kimi qələmə verdiyi insanlar, əslində, bəlkə özləri də bilmədən tarixin ən şərəfli səhifələrinə imza atırdılar.  

O qanlı şənbə gecəsində xalqımız uşaqlı-böyüklü, qadınlı-kişili yüzlərlə şəhid verdi, neçə-neçə soydaşımız şikəst oldu, yaralandı, paytaxt Bakıya dəyəri milyonlarla ölçülən ziyan dəydi. Qara Yanvar faciəsi nəticəsində SSRİ və Azərbaycan SSR Konstitusiyaları kobud şəkildə pozuldu, Azərbaycan Respublikasının suveren hüquqları tapdalandı. Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq mübarizəsini beşikdəcə boğmaq, xalqı təhqir etməklə onu sarsıtmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Dünyada sülhsevər ordu imici qazanmış sovet ordusu əsgərləri quldur kimi evlərə basqın edir, insanları girov götürür, öldürürdülər. Həmin dövrdəki respublika hakimiyyəti bu vəhşiliklərin qarşısını almağa, hadisələrə müdaxilə etməyə aciz idi. Ölkəmiz hər tərəfdən informasiya blokadasına alımış, insanlarımız sarsılmış, təklənmişdi, lakin Azərbaycan özündə güc tapmaq üçün çox gözləmədi. Həmin vaxt Moskvada yaşayan ümummilli lidermiz, böyük öndər Heydər Əliyev hadisələrdən xəbər tutan kimi dərhal, 1990-cı il yanvarın 21-i səhər saatlarında yaxın ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, tarixi bəyanat yaydı, hadisələri və onun təşkilatçılarını kəskin şəkildə tənqid etdi, onların bu hərəkətini öz xalqına qarşı bağışlanmaz cinayət adlandırdı və onun bu bəyanatı xalqımızda yeni mübarizə ruhu, döyüş əzmi yaratdı.

Ümumilli liderimizin bəyanatı tezis şəklində dünyanın müxtəlif mətbuat orqanlarında yayımlandı. Heydər Əliyevin o tarixi bəyanatı qısa müddət ərzində Azərbaycanda ağız-ağız dolaşmağa başladı. Ulu öndər bu addımı ilə hər zaman öz xalqının, öz millətinin, soydaşlarının yanında olduğunu bir daha sübut etdi. Onun SSRİ prezidenti M.Qorbaçov, SSRİ Müdafiə Naziri Dmitri Yazov, Azərbaycan SSR Partiya Komitəsinin birinci katibi Ə.Vəzirov haqqında dediyi sözlər, ittihamlar tezliklə təsdiqini tapdı, bu hadisələrin bir millətə qarşı böyük cinayət olduğu sübut olundu. Ulu öndərin həmin o tarixi bəyanatı bu fikirlərlə bitirdi: "Zənnimcə ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiya çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır."

Bəli, bu qanlı hadisələrdə əli olanların hamısı ifşa olundu və xalqımız öz düşmənlərini tanıdı. İlk şəhidlərimiz azadıq yolçularımız oldu. Hadisələrdən az sonra xalqımız müstəqilliyini elan etdi, dünya dövlətləri sırasına müstəqil Azərbaycan Respublikası kimi qoşuldu. 

Artıq o qanlı, həm də şərəfli gecədən 30 il ötür və Qara Yanvar hadisələri tarixə çevrildikcə şəhidlərmiz bizə daha da doğmalaşır. Zaman bizi o hadisələrdən uzaqlaşdırdıqca, biz o günlərə yaxınlaşır, hər zaman o qanlı gecəni qürurla, şərəflə xatırlayır, şəhidlərmizin qisası alınacağı günü səbrsizliklə gözləyirik. Bütün şəhidlərimizin ruhunu hər zaman hörmətlə yad edir, qarşılarında ehtiramla baş əyirik.


Fuad Nəbiyev, 

Sumqayıt şəhəri üzrə İcra 

İdarəsinin rəsi, ədliyyə müşaviri 


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

"...Bir azdan mühüm xəbər eşidəcəksiniz!"    Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?
10:4117 yanvar

"...Bir azdan mühüm xəbər eşidəcəksiniz!" Qorbaçov İstanbulda Qara Yanvarla bağlı nələr dedi?

Yaxşı xatırlayıram o günləri. Bakı nehrə kimi çalxalanırdı. 1990-cı ilin 19 yanvarında bizi - Sumqayıt şəhərinin fəallarını, idarə-müəssisə rəhbərlərini saat 15.00-da çağırıb yığdılar partiya komitəsinin akt zalına. Nə səhnədə görünən oldu, nə bizi niyə çağırıblar deyən. Oturduq, mürgü vurmağa

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

"Qırmızı Şaman"ın izi ilə...
17:2403 oktyabr

"Qırmızı Şaman"ın izi ilə...

O yerlər çox uzaqdır... Ruhuna sarıldığım, hər zaman umursadığım yerlərdir. XVI-cı əsrdən sonra ruslar buranı Yakutsk adlandırdılar. Qədim tarixi mənbələrdə isə bu türk tayfasının yaşadığı yer Saxa kimi tanınıb.