İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Çörəkdən imtina nəyə səbəb olur?

Çörəkdən imtina nəyə səbəb olur?


Son illər çörəkdən tamamilə imtina edib, bu yolla artıq çəkidən azad olanlar çoxluq təşkil edir. Çörək yeməyərək arıqlayanlar bunu həmişəlik vərdişə çevirməyə çalışırlar.

Çörəkdən tam imtina tibbi baxımdan doğrudurmu? Bunun orqanizm üçün hər hansı fəsadı ola bilərmi?

Aparılan araşdırmalar uzun illər karbohidratsız və ya az karhoditratlı qidalanmanın ürək xəstəlikləri riskini artırdığını ortaya çıxarıb.

Avropa Kardiologiya Cəmiyyətinin Parisdə keçirilən iclasında bu yöndə aparılan son araşdırmaların nəticələri elan olunub. 25 min nəfəri 10 il boyunca izləyən alimlər belə qənaətə gəliblər ki, çörək yeməyib normal çəki əldə edəndən sonra karbohidrat, çörək yeməyəndə ürək xəstəliyinin yaranma riski 20 faiz artır.

Bildirilib ki, qısa müddətdə karbohidratdan imtina faydalı olsa da, bunu uzun zaman, illərlə davam etdirmək sağlamlıq üçün təhlükə yaradır. Ona görə də arzulanan ideal çəki əldə edəndən sonra karbohidratsız qidalanma ürəyə ziyan vurur. Bu səbəbdən mütəxəssislər çəkini idmanla, hərəkətlə normada saxlamağı, çox karbohidrat qəbul edəndən sonra idman etməyi tövsiyə edirlər. Bildirilib ki, çörək, karbohidrat qəbulu gündəlik 200 qramdan az olmamalıdır.

200 qram karbohidrat nə deməkdir? Bu, təxmini olaraq 6 dilim çörək, 1 pors tərəvəz yeməyi, 1 pors qatıq, 2 desert qaşığı bal, 1 kasa şorba, 1 pors makaron, 2 ədəd peçenye və ya 2 kasa salat, 1 pors tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 pors süd və ya qatıq, 2 pors meyvə, 4 xörək qaşığı düyü, 1 peçenyeyə bərabər sayılır.


Rəy bildir +
Oxşar xəbərlər
Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ən uzunömürlülər hansı bölgələrdədir?
11:4618 dekabr

Ən uzunömürlülər hansı bölgələrdədir?

Azərbaycanda 15148 nəfərin yaşı 90 və daha çoxdur. Yəni ölkədə bu yaşlarda uzunömürlü insan yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə bu rəqəm 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820 nəfər olub. Uzunömürlülərin çoxu qadınlardır.

Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Lanset elmi jurnalından dəhşətli statistika: Dünyada hər beşinci adam səhv qidalanma nəticəsində vaxtsız vəfat edir
15:0310 iyul

Lanset elmi jurnalından dəhşətli statistika: Dünyada hər beşinci adam səhv qidalanma nəticəsində vaxtsız vəfat edir

Insan ölümlərindən beşdə birinin səhv qidalanma nəticəsində olması xəbəri ilə sensasiya çıxaran Lanset jurnalı ortalığa olduqca nüfuzlu bir tədqiqat qoymuşdur. Sən demə, hər il 11 milyon adam qida rasionunun qeyri-düzgün balanslaşdırılması - səbəbindən vaxtsız dünyasını dəyişir.