İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » "Gələcəyin Beyinləri" layihəsi başa çatıb

"Gələcəyin Beyinləri" layihəsi başa çatıb



"Azərbaycan Respublikasının Gənclər Fondunun" maliyyə dəstəyi, Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "Gələcəyin Beyinləri" layihəsi başa çatmışdır.
8-11 fevral tarixləri arasında Ağcabədi Şahmat Məktəbində baş tutan 4 günlük layihədə Ağcabədi şəhər 8 saylı, 9 saylı, 11 saylı, 12 saylı tam orta məktəblərin 8-9-10-cu sinif şagirdlərindən ibarət və hər birində 6 nəfər olmaqla 6 komanda, ümumilikdə isə 144 məktəbli iştirak etmişdir.
Tədbirə giriş sözü ilə başlayan layihə rəhbəri Yasin Məmmədov "Azərbaycan Respublikasının Gənclər Fonduna" maliyyə dəstəyinə görə, həmçinin Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinə təşkilati dəstək üçün öz təşəkkürünü bildirmiş, layihə haqqında iştirakçıları məlumatlandırmışdır.
Tədbir ərzində məktəblilər intellektual səviyyələrini nümayiş etdirərək gərgin mübarizə aparmış, sertifikat, kubok və medallarla təltif olunmuşdurlar.
C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəb üzrə "Zirvə"
Ağcabədi şəhər 9 saylı tam orta məktəb üzrə "Qarabağ"
M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəb üzrə "Uğur"
Ə.Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəb üzrə "Turan" komandası qalib olmuşdur.

#AzGF #GenclerFondu #GeleceyinBeyinleri #Intellekt




Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıtda keçirilib
18:5630 aprel

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıtda keçirilib

Aprelin 30-da Sumqayıtda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,