İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Zakir Fərəcov növbəti səyyar qəbul keçirib

Zakir Fərəcov növbəti səyyar qəbul keçirib


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 18-ci mikrorayon ərazisində keçirib.

Görüşdə vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Qəbula gələn vətəndaşların müraciəti əsasən sosial müdafiə, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov sakinlərlə nələri müzakirə etdi?
23:2729 avqust

Zakir Fərəcov sakinlərlə nələri müzakirə etdi?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,

Sakinlərlə görüşdə hansı məsələlər qaldırılıb?
17:2212 noyabr

Sakinlərlə görüşdə hansı məsələlər qaldırılıb?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 42-ci məhəllə ərazisində keçirib.

Zakir Fərəcov sakinlərilə görüşdü, problemlərini dinlədi
16:4102 avqust

Zakir Fərəcov sakinlərilə görüşdü, problemlərini dinlədi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində keçirib.