İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıt məktəblilərindən texnoloji ixtiralar

Sumqayıt məktəblilərindən texnoloji ixtiralar


Növbəti dəfə ölkəmizdə "Sabahın alimləri" müsabiqəsi keçirilib. Sumqayıt məktəbliləri innovativ layihələrinə görə müsabiqənin qalibləri seçilərək mükafatlandırılıb.

Sumqayıt şəhərindəki 16 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Kamilli elektrik enerjisi istehsal edən ayaqqabı modeli təklif edir: "Elektrik enerjisinin əlçatmaz olduğu yerlərdə alternativ həll yollarına ehtiyac duyulur. Mən də bu yollardan birini təklif edirəm".

İnsanın hərəkət etdiyi ilk 34 dəqiqədən başlayaraq, ayaqqabıda enerji yarandığını deyən Sumqayıt məktəblisi bu ayaqqabı ilə insanlarda hərəkət etməyə stimul yaradacağına inanır.

Başqa bir Sumqayıt məktəblisi Nailə Əmirova Texniki və təbiət elmləri liseyində təhsil alır. Həndəsənin köməyi ilə məsələləri kökündən həll etməyi təklif edib.

Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyada oxuyan Leyla Qəniyeva və Bahar Kərimli isə hərbçilərin vəziyyətini nəzərə alaraq ideya irəli sürüblər. Onlar çətin şəraitdə hərbçiləri təbii qazla təmin etməyin yolunu təklif edirlər. Bu cür şəraitlərdə daha çox ağacın kəsildiyini vurğulayan məktəblilər irəli sürdükləri ideya ilə həm də təbiəti qoruya biləcəklərinə inanırlar. Belə ki, əsgərlər qida qalıqlarından ibarət tullantılarını məktəblilərin hazırladığı, özləri ilə asanlıqla daşıya biləcəkləri qurğuya yığmaqla qaza çevirə və özlərinə isti yeməklər hazırlaya bilərlər.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir
16:4625 dekabr

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir

Bir zamanlar daxili tələbatı ödəməkdə çətinlik çəkərək elektrik enerjisini idxal etmək məcburiyyətində olan, bütün ölkəni davamlı enerji ilə təmin edə bilməyən Azərbaycan həyata keçirilmiş məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində nəinki bu problemi əsaslı şəkildə həll edib, eyni zamanda enerji

Hansı Sumqayıt   məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?
15:4111 sentyabr

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay