İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Münxen debatı

Bu həftə Münxen Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin mərkəzinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə iştirak etdi. Müzakirələr Paşinyanın əsassız iddialarının darmadağın edilməsi ilə yadda qaldı.

N.Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova "istinad edərək" sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etdi, Prezident İlham Əliyev isə bildirdi ki, bu məlumat Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb.


Hadı Rəcəbli

Seçki məsələsinə toxunmamaqda nə qədər israrlıyıqsa bu xəbərə şərh verməkdən heç cür vaz keçə bilmədik:

Mərkəzi Seçki Komissiyası 4 dairədə, o cümlədən 74 saylı Lənkəran kənd seçki dairəsindəki nəticələri ləğv etdi (davamı da olacaq), Hadı müəllim də gedib Milli Məclisdən şələ-şüləsini yığışdırıb. 

Hadı müəlimin seçilməsinə şübhə ilə yanaşıb ondan şikayət edərək mərdimazar rolunda çıxış eləyənlər isə digər namizədlər - Əzizxan Əzizov və Rəvan Bəşirov oldular.

MSK qərara aldı ki, bu dairədə Seçki protokolları səsvermə otağından xaricə çıxarılıb, yekun protokollarda seçicilərin iradəsi təmin edilməyib, bəzi namizədlərə aid səslərə düzəliş edilib və s. və i.

Milli Parlamentin YAP siyahısı ilə daimi deputatı Hadı Rəcəbli öz qeyri-adi çıxışları ilə ("müəllimlər işdən kənar vaxtda gedib küçə süpürsünlər", "niyə uşaqpulu verilsin ki? Odey, Çində hətta uşağa görə cərimə də edilir" və s.) xalqın sözün həqiqi mənada patoloji nifrətini qazanmışdı. 

Olsun ki, seçki nəticələrindən narazı kütlə tək elə Hadının qurban getməsi ilə vəziyyətlə barışacaq. 


Tramp

Bu arada demokratiya sözünün mahiyyəti bir daha fövqəldövlətdə  - ABŞ-da açıqlandı. Belə ki, ABŞ senatı ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul etdi.

Qətnamənin lehinə 55, əleyhinə isə 45 senator səs verdi.

Qətnamənin mətni Trampı "30 gün ərzində İrana yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağa" məcbur edir. Sənədi isə Senata Demokrat Partiyasından Tim Keyn təqdim edib.

Təsəvvür edin, Senat Prezidentə "dayan" əmri verdi! 


Heroin

İmişli rayonunda bir avtomobildən indiyə kimi heç vaxt müsadirə olunmamış çəkidə - 3 kiloqrama yaxın heroin aşkarlanıb.

DİN-in məlumatına görə İmişli rayon Polis Şöbəsi əməkdaşları Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xaçmaz rayon sakini V. Abbasovun idarə etdiyi KİA markalı avtomobildən 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edərək götürüblər.

Beləliklə, V. Abbasov, onun idarə etdiyi KİA avtomobili və İmişlinin Çaxırlı kəndi tarixə düşdülər.

P.S. Çaxırlı adının Heroinli ilə əvəzlənməsi təhlükəsi görəsən gəzlənilmir ki?


Koronavirus

Ötən həftə dünyanı dəhşətə gətirən bu virus bir daha gündəmə gəldi. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi İra Longini bəyan etdi ki, milyardlarla insanın koronavirusa yoluxması mümkündür.

"Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə surətlə yayılması potensialı böyükdür. Bir virusa yoluxan insan xəstəliyi iki-üç nəfərə ötürə bilər. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, dünyanın üçdə ikisinin virusa yoluxma təhlükəsi var. Karantin bu virusu dayandırmaq iqtidarında deyil".

Necə deyirlər, ümid yalnız Allaha qalır.


Tarix Əliyev

"Xəzər" televiziyasının "Hər şey daxil" proqramının aparıcısı, prodüsser Tarix Əliyev (Tolik) növbəti proqramında bir neçə açıqlama ilə diqqət çəkdi. Əvvəla, o, özü barədə bunları dedi:

- Mən burada necəyəmsə həyatda da eləyəm. Vay o kişilərin halına ki, həyatda kişi kimidirlər, axşam 11-dən sonra isə kalqotka geyinirlər.

Sonra o, tibbi mövzuda danışanda belə bir cümlə işlətdi:

- Müayinədən sonra sizləri ağrısız, göyərtisiz (bəli, bəli, məhz göyərtisiz) əməliyyat edəcəklər.

Daha sonra isə o, belə bir ifadə işlətdi:

-  Naxçıvanın Azərbaycandakı səfiri Vasif Talıbov...

Doğrudan da, TV-lərimiz əsil maarifləndirici funksiya daşımaqdadırlar.

Rəy bildir +
Oxşar xəbərlər
Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi.

Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
18:2417 dekabr

Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür

Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında respublikanın sabiq rəhbərliyinə qarşı səlib yürüşünü davam etdirir. Lakin paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə sırf "Qarabağ klanı"nın nümayəndələri tuş gəlirlər.