İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Yeni prioritet: Emal müəssisələrinin yaradılması ölkəmizə nə qazandıracaq?

Yeni prioritet: Emal müəssisələrinin yaradılması ölkəmizə nə qazandıracaq?


İqtisadiyyatın diversifikasiyası, bu fonda qeyri-neft sektorunun inkişafı və ixrac potensialının tam olaraq realizəsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin   başlıca prioritetləri sırasındadır. 

Xarici bazarlarda rəqabətin dərinləşdiyi, xammalın deyil, hazır məhsulun bazara çıxarılmasının daha gəlirli olduğu, eyni zamanda ərzaq təhlükəsizliyinin strateji əhəmiyyətinin artdığı indiki dönəmdə Azərbaycan yeni bir çağırışla üz-üzədir: bu, emal müəssisələrinin yaradılması və xarici bazarlara hazır məhsulun ixracı zərurətidir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu sahənin strateji əhəmiyyətinə xüsusi olaraq diqqət ayırmış və bildirmişdi ki, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək: "Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə".

İqtisadiyyat Nazilriyinin məlumatına görə, 2018-ci illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı, ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar çərçivəsində 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatıb.

Aqrar sahədə stimullaşdırıcı addımlar, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, Azərbaycan məhsullarının dünyanın müxtəlif ölkələrində tanıdılması yönündə addımlar, digər dövlət dəstəyi mexanizmləri emal sənayesinin inkişafını da təbii olaraq təşviq edir. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisinin 2 dəfə artmasında da emal sənayesinin payını qeyd etməliyik. 

2020-ci ildə emal sənayesinin diversifikasiyası prioritet olaraq müəyyən edilib. Bu strateji hədəfin uğurla icra olunması üçün regionların spesifikası nəzərə alınmaqla məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. 

Dövlət sahibkarlardan emal sənayesinin şaxələndirilməsi, resurslardan tam həcmdə istifadə edilməsi və hazır məhsulların ixracı üçün addımlar gözləyir, eyni zamanda təşviqedici tədbirlər həyata keçirir. 

Məsələn, ciddi dinamikanın hiss olunduğu pambıqçılıq sahəsində bu potensial mövcuddur. 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı bu sahədə ciddi nəticələrə gətirib çıxardı. Hazırda ölkəmizinnin 20 rayonunda pambıq əkilir və bu rayonlarda yüzminlərlə insan bu sahədə fəaliyyət göstərən müəssisələrdə çalışır.

2019-cu ildə pambıq sahələridən 294 min ton məhsul götürüldü. Müqayisə üçün deyək ki, 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdi.

Ancaq bu sahədə də emal müəssisələrinin yaradılması zərurəti var.

Prezident İlham Əliyev: "Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq".

Tərəvəzçilik sahəsində də məhsulun özü ilə bərabər, ondan hazırlanmış müxtəlif məhsulların xarici bazarlara çıxarılması arzuolunandır və bu sahədə emal sənayesi müəssisələrinin qurulmasında sahibkarlar maraqlı olmalıdır. Prezident İlham Əliyev: "Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər. Mən bu rəqəmləri, Azərbaycanın özünütəminetmə əmsalını müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. Xüsusilə nəzərə alsaq ki, dövlət bütün şəraiti yaradıb və bütün sərgiləri keçirir, sahibkarları xaricə aparır. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb". 

Beləliklə, yaradılmış olan və bundan sonra yaradılacaq emal müəssisələri hesabına  istehsal zəncirinin genişləndirilməsi ölkəmiz üçün idxalın həcminin azalması, ixrac çeşidinin genişlənməsi və "Made in Azerbaijan" brendinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Bu isə o deməkdir ki, idxal üçün ölkədən çıxan valyuta ölkədə qalacaq, eləcə də ixracdan əlavə gəlirlər əldə ediləcək. 

Vüsal Məmmədov






Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Regionlar necə inkişaf edir?
11:3105 noyabr

Regionlar necə inkişaf edir?

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışında iştirak etdi. Dövlətimizin başçısının bölgəyə səfəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələri yenidən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir
16:4625 dekabr

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir

Bir zamanlar daxili tələbatı ödəməkdə çətinlik çəkərək elektrik enerjisini idxal etmək məcburiyyətində olan, bütün ölkəni davamlı enerji ilə təmin edə bilməyən Azərbaycan həyata keçirilmiş məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində nəinki bu problemi əsaslı şəkildə həll edib, eyni zamanda enerji

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay